İrəc İsmayıllı (15 oktyabr 1961, Urmiya) — Əslən Cənubi Azərbaycandan olan yazıçı, publisist, tərcüməçi, lüğətçi.
İrəc İsmayıllı | |
---|---|
Doğum tarixi | 15 oktyabr 1961 (63 yaş) |
Doğum yeri | |
Milliyyəti | Azərbaycanlı/İranlı |
Təhsili |
|
Fəaliyyəti | yazıçı, publisist, tərcüməçi |
İrəc İsmayıllı 1961-ci ilin oktyabr ayının 15-də Cənubi Azərbaycanın (İran) Urmiya şəhərində anadan olmuşdur. İbtidai və orta təhsilini Urmiyada almışdır. Erkən yaşlarından milli azadlıq mübarizəsinə qoşulmuşdur. Ötən əsrin 80-ci illərin ortalarından siyasi səbəblər üzündən vətəni tərk etməyə məcbur olmuş, Norveçə mühacirət etmişdir.
Hal-hazırda Norveçin Stavanger şəhərində yaşayır. 1991–1995-ci illərdə Norveçin Stavanger Universitetinin bakalavr, (1995–1996) Böyük Britaniyanın Heriott-Watt Universitetinin magistratura pillələrini bitirmişdir.
Bir müddət Stavanger şəhərində Azərbaycan Mədəniyyət Mərkəzinə rəhbərlik etmişdir. Həmin şəhərin mərkəzi kitabxanasında Azərbaycan dilində kitablardan ibarət bölmənin yaradılmasında mühüm rol oynamışdır. Müxtəlif illərdə Norveçdə neft şirkətində mühəndis kimi fəaliyyət göstərmişdir. Daha çox bədii tərcümə və lüğətçilik sahəsində fəaliyyət göstərən müəllifin əsərləri Avropa və Amerikanın müxtəlif nüfuzlu nəşriyyatlarında işıq üzü görmüşdür.
Azərbaycan, ingilis, norveç, rus və fars dillərini bilir.
Ailəlidir, üç övladı var.