İrfan Sapmaz

İrfan Sapmaz (30 may 1962, Yayladağı, Hatay, Türkiyə Respublikası) — Türkiyəli jurnalist və döyüş müxbiri.[1][2]

İrfan Sapmaz
Doğum tarixi (62 yaş)
Doğum yeri Yayladağı, Hatay, Türkiyə Respublikası
Vətəndaşlığı Türkiyə Respublikası
Milliyyəti Türk
İxtisası Hüquqşünas
Təhsili Pişəvər Universiteti
Bakı Dövlət Universiteti (bakalavr və magistr)
Fəaliyyəti Jurnalistika
Yazıçılıq
Mükafatları Türkiyə Jurnalistlər Cəmiyyəti tərəfindən İlin jurnalisti mükafatına layiq görülmüşdür (20 yanvar hadisələrini işıqlandırdığı üçün)
Türkiyə Yazıçılar Birliyi tərəfindən İlin jurnalisti mükafatına layiq görülmüşdür (Xocalı soyqırımını işıqlandırdığı üçün)
Xüsusi Radio və Televiziya Yayımçıları Dərnəyi tərəfindən Medianın ən yaxşıları - 2001 mükafatları müsabiqəsi çərçivəsində İlin ən yaxşı müxbiri mükafatına layiq görülmüşdür (Əfqanıstan hadisələrini işıqlandırdığı üçün)

İrfan Sapmaz 1962-ci ildə Türkiyənin Hatay bölgəsinin Yayladağı qəsəbəsində anadan olmuşdur.

Ailəlidir, 2 qızı vardır.

Pakistanın Pişəvər Universitetinin Siyasi Elmlər fakültəsində ingilis dili təhsili aldıqdan sonra Bakı Dövlət Universitetində hüquq təhsili almışdır. Həmin fakültədə magistr pilləsində də təhsil almışdır.

Jurnalist fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1982-ci ildə TV müxbirliyinə Sabah qəzetində başlamışdır. Daha sonra Günaydın, Hürriyət, CNN Türk və DHA-da (Doğan Xəbər Agentliyi - Qafqaz və Orta Asiya nümayəndəliyi) jurnalist kimi fəaliyyət göstərmişdir. Bundan sonra Azərbaycanda Avrasiya qəzetində baş redaktorluq etmişdir. Azərbaycan Türk Agentliyinin qurucusu, sahibi və baş redaktoru olan Sapmaz, bundan başqa Fransada Sipa Press və Gamma Fotoqrafiya Agnetliyində, BBC, Star qəzeti, TRT, TGRT Xəbər, Anadolu Agentliyində işləmişdir. Sapmaz TRT Türk-ün Səudiyyə Ərəbistan nümayəndəsi olaraq 2013-cü ildən bu tərəfə Ciddədə işləməkdədir.[1]

Sapmaz Qafqaz, Orta Şərq, Orta AsiyaCənub-şərqi Asiyada baş vermiş müxtəlif müharibələrdə müxbirlik etmişdir. Son olaraq TGRT televiziyasında yayımlanan Jurnalist adlı proqramı hazırlanmışdır. Bundan başqa həmin televiziyada Analiz adlı portalda köşə yazarlığı və TGRT Xəbərdə aparıcılıq da etmişdir. Sapmaz daha sonra 6 adlı xəbər kanalına rəhbərlik etmək üçün TGRT kanalından ayrılmışdır.[3]

20 yanvar, Xocalı soyqırımı və Kabilin bombardman edilməsini işıqlandıran ilk jurnalistlərdən olmuşdur.[3]

O, həmçinin Müddətli Sarı Mətbuat Kartına sahibdir.

İrfan Sapmaz və Azərbaycan

[redaktə | mənbəni redaktə et]

İrfan Sapmaz Xocalı soyqırımı hadisəsini dünyada işıqlandıran ilk jurnalistlərdəndir. Video qeydə almanı Ağası Hun ilə birlikdə aparan İrfan Sapmaz, həmçinin baş verənləri şərh də etmişdir.

İrfan Sapmaz həmçinin 20 yanvar hadisələrini də ilk işıqlandıran jurnalistlərdən biridir.[1]

  • Qurdlar süfrəsində Azərbaycan
  • Dünya məndən öyrəndi
  • Türkiyə Jurnalistlər Cəmiyyəti tərəfindən İlin jurnalisti mükafatına layiq görülmüşdür (20 yanvar hadisələrini işıqlandırdığı üçün)
  • Türkiyə Yazıçılar Birliyi tərəfindən İlin jurnalisti mükafatına layiq görülmüşdür (Xocalı soyqırımını işıqlandırdığı üçün)
  • Xüsusi Radio və Televiziya Yayımçıları Dərnəyi tərəfindən Medianın ən yaxşıları - 2001 mükafatları müsabiqəsi çərçivəsində İlin ən yaxşı müxbiri mükafatına layiq görülmüşdür (Əfqanıstan hadisələrini işıqlandırdığı üçün)
  • Radio-Televiziya Jurnalistləri Dərnəyinin Çingiz Poladxan mükafatına layiq görülmüşdür (Əfqanıstan müharibəsini işıqlandırdığı üçün).
  1. 1 2 3 "İrfan Sapmaz Hocalı katliamını ilk kez dünyaya nasıl duyurduğunu anlatıyor". 2021-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-26.
  2. İrfan Sapmaz:"Türkiyə artıq diktə ilə idarə olunan ölkə deyil"
  3. 1 2 "İrfan Sapmaz-Ekşisözlük". 2021-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-26.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]