Uilyam Devid Trimbl, Baron Trimbl (15 oktyabr 1944[1][2][…], Belfast – 25 iyul 2022[3], Belfast[4]) — 1998-2002-ci illərdə Şimali İrlandiyanın ilk birinci naziri və 1995-2005-ci illərdə Olster Birlik Partiyasının (UUP) lideri olmuş Britaniya siyasətçisi.[7][8] O, həmçinin 1990-2005-ci illərdə Yuxarı Bann üçün Parlament üzvü (MP) və 1998-2007-ci illərdə Yuxarı Bann üçün Qanunvericilik Assambleyasının (MLA) üzvü olmuşdur. 2006-cı ildə o, Lordlar Palatasının ömürlük həmkarı oldu və bir il sonra Mühafizəkarlar Partiyasına qoşulmaq üçün Olster Birlik Partiyasından ayrıldı.
Devid Trimbl | |
---|---|
ing. David Trimble | |
Şimali İrlandiyanın 1-ci naziri və birinci nazirin müavini | |
1 iyul 1998 – 14 oktyabr 2002 | |
Əvvəlki | Ofis yaradılmışdır |
Sonrakı | İan Peysli |
Olster Birlik Partiyasının lideri | |
8 sentyabr 1995 – 24 iyun 2005 | |
Əvvəlki | Ceyms Molino |
Sonrakı | Req Empi |
Yuxarı Banndan Qanunvericilik Məclisinin üzvü | |
25 iyun 1998 – 7 mart 2007 | |
Əvvəlki | Seçki dairəsi yaradılmışdır |
Sonrakı | Corc Sevic |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 15 oktyabr 1944[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 25 iyul 2022[3] (77 yaşında) |
Vəfat yeri | |
Partiya | |
Təhsili |
|
İxtisası | siyasətçi, vəkil, müəllim |
Fəaliyyəti | siyasətçi, universitet müəllimi[d], advokat[d] |
Atası | Uilyam Trimbl |
Anası | İvi Trimbl |
Həyat yoldaşları |
Hizer Makkob (1968–1976) Dafne Trimbl (1978–hal-hazırda) |
Uşağı | 4 |
Elmi fəaliyyəti | |
Elm sahəsi | siyasət[5] |
|
|
Təltifləri | Nobel sülh mükafatı 1998 |
rəsmi saytı | |
Vikianbarda əlaqəli mediafayllar |
Trimbl 1970-ci illərdə Belfast Kraliçası Universitetində hüquq müəllimliyi karyerasına başladı və bu müddət ərzində o, paramiliterlərlə əlaqəli Avanqard Birlik Tərəqqi Partiyası ilə məşğul olmağa başladı.[8] 1975-ci ildə Şimali İrlandiya Konstitusiya Konvensiyasına seçildi və ABTP-ı dağıldıqdan sonra 1978-ci ildə Olster Birlik Partiyasına qoşuldu.[8] Belfast Universitetində qalaraq, 1990-cı ildə Yuxarı Bann üçün millət vəkili seçilənə qədər akademik karyerasını davam etdirdi. 1995-ci ildə gözlənilmədən Olster Birlik Partiyasının lideri seçildi. O, 1998-ci ildə Belfast sazişi ilə nəticələnən danışıqlarda mühüm rol oynadı və (Con Hyum ilə birlikdə) səylərinə görə həmin il Nobel sülh mükafatına layiq görüldü. Daha sonra o, Şimali İrlandiyanın birinci naziri seçildi.
2005-ci il ümumi seçkilərində məğlub olduqdan sonra Trimbl qısa müddət sonra Olster Birlik Partiyasının rəhbərliyindən istefa verdi. 2006-cı ilin iyununda o, Antrim qraflığındaki Lisnaqarveydən Baron Trimbl titulunu alaraq Lordlar Palatasından ömürlük həmkarlıq vəzifəsini qəbul etdi. O, nəhayət 2007-ci ildə yenidən toplanan Assambleyaya namizədliyini irəli sürmədi, bunun əvəzinə OBP-dan ayrılaraq Mühafizəkarlar Partiyasına qoşuldu.[9]
Trimbl Şimali İrlandiyanın Banqor şəhərində yaşayan orta sinifli presviterian Uilyam və İvi Trimblın oğlu idi.[10][11] İlk təhsilini Banqorda (1956-63) alır.[12] Trimblın ata babası Corc, Salyko qraflığının İski kəndində Uilyam Trimbl və Meri Börnsün oğlu olaraq dünyaya gəlib.
O, 1964-1968-ci illərdə Belfast Kraliça Universitetində təhsil alıb və burada hüquq üzrə Makkeyn medalına layiq görülüb. Bakalavr dərəcəsini fərqlənmə ilə başa vurur.[13][14]
Trimbl 1969-cu ildə vəkil kimi fəaliyyətə başlayıb. O, həmin il Belfast Kraliça Universitetində müəllim kimi çalışır, sonradan 1973-1975-ci illərdə hüquq fakültəsinin dekan köməkçisi, 1977-ci ildə baş müəllim, 1981-1989-cu illərdə isə kommersiya və əmlak hüququ kafedrasının müdiri olmuşdur.[12][15][16][17] 1990-cı ildə parlamentə seçilərkən universitetdən istefasını verir.[12]
1983-cü ildə universitetdəki ofisində oturarkən o, dost və hüquq professoru Edqar Qrahamın İRA qatilləri tərəfindən silahla öldürülməsi səslərini eşidir.[17] Ondan meyitin tanınması tələb olunur. 1994-cü ildə Olster Kral Polisi ona sui-qəsdin hədəfində olduğunu söylədi.[17]
Trimbl 1970-ci illərin əvvəllərində sağçı, paramilitarla əlaqəli Avanqard Birlikçi Tərəqqi Partiyasına üzv oldu. O, 1973-cü ildə Şimal Daun üçün Assambleya seçkilərində partiyadan uğursuz namizəd oldu və sonuncu oldu.[18] 1974-cü ildə Sunningdeyl sazişinə qarşı Olster İşçi Şurasının uğurlu tətili zamanı Olster İşçi Şurasının hüquq məsləhətçisi idi.[19]
O, 1975-ci ildə Şimali İrlandiya Konstitusiya Konvensiyasına Cənubi Belfast üçün Avanqard üzvü seçilir və bir müddət Olster Müdafiə Assosiasiyasından Glenn Barr ilə birlikdə partiya rəhbərinin müavini vəzifəsində çalışır.[20] Partiya Bill Kreyq tərəfindən İrlandiya Millətçiləri ilə hakimiyyətin bölüşdürülməsinə qarşı çıxmaq və İrlandiya Respublikası ilə daha sıx əlaqələrin qarşısını almaq üçün yaradılmışdır; bununla belə, partiya Kreyqin Sosial Demokrat və İşçi Partiyası ilə könüllü olaraq hakimiyyətin paylaşılmasına icazə vermək təklifi ilə bağlı fikir ayrılığı yarandıqda, Trimbl Kreyqi dəstəkləyənlərdən biri idi.
O, 1978-ci ildə Avanqard dağıldıqdan sonra Olster Birlik Partiyasına qoşuldu və dörd partiya katibindən biri seçildi.[14][20] O, 1983-1985-ci illərdə Laqan Vadisi Birlik Assosiasiyasının sədr müavini vəzifəsində çalışıb və 1985-ci ildə sədr seçilib.[15] 1989-1995-ci illərdə OBP-ı Hüquq Komitəsinin sədri və 1990-96-cı illərdə Olster Birlik Şurasının fəxri katibi vəzifələrində çalışmışdır.
1990-cı ildə Yuxarı Bannda keçirilən təkrar seçkidə 58% səslə parlamentə seçilib.[20][21][22] O, 1990-cı illərdə vətəndaş müharibəsi zamanı Bosniya və Herseqovina hökumətinə dəstəyə çağıran azsaylı britaniyalı siyasətçilərindən biri idi.
8 sentyabr 1995-ci ildə Trimbl gözlənilmədən OBP-ı lideri seçilərək, öncül namizədlərdən Con Teylor və digər üç namizədi məğlub dərək, önə keçdi.[16][23]
Trimblin lider seçilməsi onun 1995-ci ildə, Armaq qraflığının Portadoun şəhərində mübahisəli Narıncı Ordenli Protestant yürüşünə rəhbərlik etdiyi Dramkri münaqişəsindəki rolundan sonra baş verdi.[10][16] 1997-ci ildən qadağan edilən yürüşdə Trimbl və Demokratik Birlik Partiyasının lideri İan Peysli əl-ələ verib irəliləyirdilər.[24] Bir çox İrlandiya katolikləri bunu laqeydlik hesab edirdilər, bir çox protestant bunun Trimblenin onları müdafiə etdiyinə işarə olduğunu düşünürdü.[16]
Seçkilərdən qısa müddət sonra Trimbl Dublində 30 ildə İrlandiya baş naziri ilə görüşən (Terens Oneyldən bəri) ilk OBP-ı lideri oldu.[16] 1997-ci ildə o, 1921-ci ildə İrlandiyanın parçalanmasından sonra Şinn Feyn ilə danışıqlara razılıq verən ilk ittifaq lideri oldu.[25]
Daha sonra, ümumi partiya danışıqlarında o, OBP-ı nümayəndə heyətinə rəhbərlik etdi və Şinn Feyn ilə masa arxasında oturdu, baxmayaraq ki, danışıqların getdiyi səkkiz ay ərzində heç vaxt onların lideri Cerri Adams ilə birbaşa danışlara girmədi.[10][15] Danışıqlar uğurlu keçdi və 10 aprel 1998-ci il tarixli Belfast müqaviləsi ilə nəticələndi və nəticədə millətçilərlə hakimiyyətin bölüşdürülməsi qərarına gəlindi.[14][15] 22 may 1998-ci ildə Şimali İrlandiyada seçiciləri 71 faiz lehinə olmaqla sazişi təsdiqlədilər.[15]
Trimbl 1998-ci ildə Yeni İl Fəxri mərasimində Böyük Britaniyanın Şəxsi Şurasına təyin edildi.[26][27]
Trimbl əvvəlcə keçmiş ABŞ senatoru Corc Mitçelin çoxpartiyalı danışıqlara sədr təyin edilməsinə qarşı çıxsa da, sonunda onu qəbul etməli oldu.[28] Danışıqlar 1998-ci ilin aprelində Belfast sazişi ilə nəticələndi. Trimbl sonradan partiyasının razılaşmanı qəbul etməsində mühüm rol oynadı.[29]
Trimbl 25 iyun 1998-ci ildə Yuxarı Bann üçün Şimali İrlandiya Assambleyasının üzvü seçildi. 1 iyul 1998-ci ildə Şimali İrlandiyanın birinci naziri seçildi.[15]
Müvəqqəti İrlandiya Respublika Ordusunun ləğvi ilə bağlı mübahisələr Trimblin birinci nazir vəzifəsində işlədiyi müddətdə fasilələrə səbəb verdi. Xüsusilə:
1998-ci ildə Toni Bleyr 1972-ci ildə Derridə 13 silahsız vətəndaş hüquqları yürüşçüsünün öldürülməsinə dair yeni məhkəmə araşdırması, Qanlı Bazar Günü təhqiqatını elan etdi. Eyni hadisə ilə bağlı əvvəlki təhqiqat, Widgery Tribunal-ı diskreditasiya edilmişdi. İcmalar Palatasındakı müzakirələr zamanı Trimbl bir neçə fərqli səsdən biri idi. O dedi: "Baş nazirə belə düşündüyümü söyləmək məcburiyyətində qaldığım üçün üzr istəyirəm ki,Foylun hörmətli üzvü Con Hyumun bunun inkişaf prosesinin bir hissəsi olacağına dair vəd verdiyi ümid çox güman ki, yersiz olacaq. Köhnə yaraların bu cür açılması xeyirdən çox zərər verə bilər. Vəziyyətin əsas faktları məlumdur və mübahisəyə açıq deyil”.[33] 2010-cu ildə hesabat verən Sevilla Araşdırması 13 qətlin və 13 yaralanmanın hamısının əsassız olduğunu təsdiqlədi.[34]
2005-ci ildə keçirilən ümumi seçkilərdə Trimbl Vestminsterdə Yuxarı Banndan parlamentə yenidən seçilmək üçün Demokratik Birlik Partiyasından Devid Simpsonə məğlub oldu. Olster Birlik Partiyası 2005-ci il ümumi seçkilərindən sonra Parlamentdə yalnız bir yeri (Şimali İrlandiyada 18 yerdən) saxladı və Trimbl 7 may 2005-ci ildə partiya rəhbərliyindən istefa verdi.
11 aprel 2006-cı ildə Trimblın iş həyatı boyunca Lordlar Palatasında yer alacağı elan edildi.[35] 21 may 2006-cı ildə onun doöma şəhəri olaraq qəbul etdiyi Lisbern şəhərinin orijinal adı olan Lisnaqarvi coğrafi təyinatını seçdiyi elan edildi. Daha sonra, 2 iyun 2006-cı ildə Lisnaqarvidən Antrim qraflığının Baron Trimblı olmuşdur.
18 dekabr 2006-cı ildə o, növbəti seçkilərdə Şimali İrlandiya Assambleyasından istefa verəcəyini elan etdi.[36]
Trimbl Dublin Triniti Kollecinin, Universiteti Fəlsəfə Cəmiyyətinin Fəxri Hamisi adına layiq görülmüşdür.
17 aprel 2007-ci ildə Trimbl Birləşmiş Krallıqda siyasətdə daha böyük təsirə malik olmaq üçün Mühafizəkarlar Partiyasına qoşulmaq qərarına gəldiyini elan etdi.[9] Bununla belə, o, Olster Birlik Partiyasına qarşı təbliğat aparmaq niyyətində olmadığını bildirdi. O,1974-cü ilə qədər mövcud olan və Sanninqdeyl sazişinin nəticələrinə bənzər, Mühafizəkarlar və Olster Birlikçiləri arasında gələcək ittifaq ideyasını təklif etdi. Bu ideya 2008-ci ilin sonunda Olster Mühafizəkar və İttifaqçılarının seçki alyansının yaradılması ilə reallaşdı. Bildirilib ki, Mühafizəkarlar 2010-cu il ümumi seçkilərində qalib gəlsələr, Trimbl, ola bilsin, Nazirlər Kabinetində "önəmli" nazir olacaq.[37] Bununla belə, Mühafizəkar-Liberal Demokrat koalisiya hökumətinin qurulmasından sonra Trimbla heç bir hökumət və ya ön sıra vəzifəsi təklif edilmədi.
2010-cu ilin may ayında Trimbl İsrailin mövcudluq hüququnu dəstəkləyən qeyri-yəhudi beynəlxalq layihə olan İsrailin Dostları Təşəbbüsünə qoşuldu. İspaniyanın keçmiş baş naziri Xose Mariya Aznar Lopez tərəfindən başlayan təşəbbüsə Birləşmiş Ştatların Birləşmiş Millətlər Təşkilatındakı keçmiş səfiri Con Robert Bolton, britaniyalı tarixçi Endryu Roberts və Perunun keçmiş prezidenti Alexandro Toledo da daxildir.[38] 29 yanvar 2013-cü ildə Trimbl və Aznar birlikdə The Times qəzetində Hizbullahı pisləyən və Avropa hökumətlərini onu terror təşkilatı siyahısına salmağa çağıran məqalə yazdılar.[39]
2016-cı ildə Trimbl Böyük Britaniyada AB-yə üzvlüklə bağlı referendumda “Çıxış”ı dəstəklədi. O, Ümumi Bazara daxil olmaq qərarından sonra Böyük Britaniyada iqtisadi artımın azaldığını göstərən araşdırmanı apardı.[40]
14 iyun 2010-cu ildə Trimbl Qəzzə flotiliyasının basqını ilə bağlı İsrailin xüsusi müstəqil ictimai Türkel Araşdırma Komissiyasına müşahidəçi təyin edildi.[41][42]
Komissiya gəmilərin Qəzzaya gəlməsinin qarşısını almaq üçün İsrailin hərəkətlərinin beynəlxalq hüquqa uyğun olub-olmadığını araşdırıb.[42] O, digər məsələlərlə yanaşı, Qəzza zolağına dəniz blokadasının tətbiqi üçün təhlükəsizlik mülahizələrinə və dəniz blokadasının beynəlxalq hüquq normalarına uyğunluğuna, reyd zamanı hərəkətlərin beynəlxalq hüququn prinsiplərinə uyğunluğu; və flotiliyanı təşkil edən və iştirak edənlərin həyata keçirdikləri hərəkətlər və onların şəxsiyyətlərinə diqqət yetirib.[42]
Komissiyada İsrail Ali Məhkəməsinin keçmiş hakimi Yakob Turkel və Texnion - İsrail Texnoloji İnstitutunun keçmiş prezidenti Amos Horev, eləcə də 2010-cu ilin iyulunda əlavə edilmiş digər iki üzv var idi.(Bar-İlan adına Universitetin beynəlxalq hüquq professoru Şabtay Rosenne də komissiyanın təsis edildiyi andan 21 sentyabr 2010-cu il tarixində vəfatına qədər onun tərkibində çalışmışdır.[43]) Bundan əlavə, komissiyada dinləmələrdə və müzakirələrdə iştirak edən, lakin yekun nəticələrə səs verməmiş iki xarici müşahidəçi, Trimbl və Kanada ordusunun məhkəmə sisteminin keçmiş rəhbəri, hakim baş advokat Ken Votkin də var idi.[44][45] Panel, 2011-ci ilin yanvarında həm İsrailin Qəzzanı dəniz blokadası, həm də donanmanın ələ keçirilməsinin "hüquqi olaraq beynəlxalq hüquq qaydalarına uyğun olduğu" qənaətinə gəldi.[46]
Trimblinin 1968-ci ilin avqustunda Hizer Makkob ilə olan ilk evliliyi 1976-cı ildə boşanma ilə nəticələndi.[11] Onun ilk evliliyindən övladı olmayıb. Trimbl 1978-ci ilin avqustunda Dafne Elizabet ilə evlənir. Onların iki oğlu və iki qızı dünyaya gəlir (Riçard, Viktoriya, Nikolas və Sarah). Leydi Trimbl 2010-cu ilin mayında Olster Mühafizəkarları və İttifaqçıları üçün Böyük Britaniya parlament seçkilərində iştirak etməzdən əvvəl Şimali İrlandiya üçün Bərabərlik Komissiyasının, daha sonra isə Şimali İrlandiya İnsan Haqları Komissiyasının üzvü kimi fəaliyyət göstərmişdir.
Oğlu Nikolas Olster Birlik Partiyasının fəalıdır.
2016-cı ildə Nikolas Trimbl Lisbern və Kaslri Şəhər Şurasında Daunşir Qərbi təmsil edən Şura üzvü kimi Aleksandr Redpatı əvəz etmək üçün seçildi.
2019-cu ilin iyul ayında o, 2017-ci ildə Şotlandiyada sevgilisi Rozalind Stefens ilə evlənən lezbiyan qızı Vikiyə görə eynicinsli nikahlar və tərəfdaşlıqlarla bağlı mövqeyini dəyişməyə "məcbur olduğunu" etiraf etdi. O, Lordlar Palatasındakı çıxışında: “Mən bunu dəyişə bilmərəm və indi buna qarşı olduğumu söyləyə bilmərəm, çünki buna razıyam. Biz oradayıq”.[47][48][49]
1998-ci ilin oktyabrında Trimbl və Con Hyum Şimali İrlandiyada münaqişənin sülh yolu ilə həlli istiqamətində göstərdikləri səylərə görə Nobel sülh mükafatına layiq görüldülər.[50] Nobel İnstitutu qeyd edirdi:
Şimali İrlandiyada əsas üstünlüyü təşkil edən partiyanın lideri kimi Devid Trimbl prosesin kritik mərhələsində Belfast (Yaxşı Cümə) sülh razılaşmasına gətirib çıxaran həll yollarını müdafiə edərkən böyük siyasi cəsarət göstərmişdir.
8 dekabr 1999-cu ildə Parisdə keçirilən mərasimdə Trimbl Fransa hökuməti tərəfindən Fəxri Legion ordeninə layiq görülmüşdür.[50]
2002-ci ildə Trimble Amerika Uğurlar Akademiyasının Qızıl Plata Mükafatına layiq görüldü.[51]
2002-ci ildə Trimble Amerika Nailiyyətlər Akademiyasının Qızıl Plata mükafatına layiq görüldü.[52]
Consequently I have decided to join the Conservatives.