İstiqlal bəyannaməsi abidəsi

Abidənin aşağı hissəsi qranitdən, yuxarı hissəsi isə ağ mərmərdən hazırlanıb. Ağ mərmərdən hazırlanan hissədə dövlət gerbi həkk olunub, qranit hissəyə isə "İstiqlal bəyannaməsi"nin mətni və bu bəyannaməni imzalayan şəxslərin adları həm əski, həm də latın qrafikası ilə yazılıb. "İstiqlal bəyannaməsi" abidəsi Səbayel rayonu ərazisində AMEA Əlyazmalar İnstitutu ilə İqtisad Universiteti arasındakı ərazidə ucaldılıb. "İstiqlal bəyannaməsi" 1918-ci ildə məhz hazırda Əlyazmalar İnstitutunun yerləşdiyi binada - keçmiş "İsmailiyyə"də imzalanıb.

İstiqlal bəyannaməsi abidəsi
Xəritə
Ölkə Azərbaycan
Yerləşir Bakı
Material qranit, ağ mərmər

2007-ci il 25 may-da İstiqlaliyyət küçəsində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış İstiqlal bəyannaməsi abidəsinin açılışı olub.[1] Qranitdən və ağ mərmərdən yonulmuş, abidə üzərinə 1918-ci il mayın 28-də Tiflisdə qəbul olunmuş "İstiqlal Bəyannaməsi"nin həm əski, həm də latın əlifbası ilə mətni həkk olunub.[1] Açılış mərasimində prezident İlham Əliyev iştirak edib.[1]

Abidə Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunun binası ilə Azərbaycan Dövlət İqtisad Universitetinin binası arasında ucaldılıb.[1]

  1. 1 2 3 4 "«İstiqlal Bəyannaməsi» abidəsinin açılışı olub". www.azadliq.org. Azadlıq Radiosu. 4 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 January 2016.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]