Sevil Qazıyevanın heykəli — Azərbaycan SSR-də ilk qadın mexanizator, Azərbaycan SSR Ali Sovetinin deputatı olmuş Sevil Qazıyevanın şərəfinə ucaldılmış abidə. Ölümündən sonra Sevil Qazıyevaya Sosialist Əməyi Qəhrəmanı adı verilmişdir. Abidə 1970-ci illərin əvvəllərində ucaldılmışdır. Abidə Rusiya səfirliyinin binasının yanındakı bağda qoyulmuşdur. Heykəltəraş M. Rzayeva, arxitektor Ş. Zeynalovdur. 2002-ci ilin yayında, bağda abadlıq işləri görülən zaman, monumentin özü də rekonstruksiya olunmuşdur. Abidənin hər iki tərəfində orijinal dizaynlı fontanlar quraşdırılmışdır.[1]
Sevil Qazıyevanın heykəli | |
---|---|
Ölkə | Azərbaycan |
Yerləşir | Bakı |
Heykəltaraşlar | Münəvvər Rzayeva |
Memar | Ş. Zeynalov |
Tikilib | 1970 |