Müslüm Maqomayevin abidəsi (Bakı)

Müslüm Maqomayevin abidəsiAzərbaycanın paytaxtı Bakı şəhərində Dənizkənarı Milli Parkda görkəmli Azərbaycan müğənnisi və bəstəkarı Müslüm Maqomayevin xatirəsinə ucaldılmış abidə

Müslüm Maqomayevin abidəsi
Xəritə
Ölkə Azərbaycan
Yerləşir Bakı
Ünvan Bakı Dənizkənarı Milli Park
Heykəltaraş Ömər Eldarov
Sifarişçi Azərbaycan Prezidenti
Hündürlüyü 2 metr
Həsr olunub Müslüm Maqomayev
Material bürünc
Saxlanıldığı yer

Prezident İlham Əliyev 2020-ci il martın 12-də Azərbaycan musiqi mədəniyyəti xəzinəsinin zənginləşdirilməsinə dəyərli töhfələr vermiş fitri istedada malik görkəmli sənətkar, dünyaşöhrətli opera və estrada müğənnisi, SSRİ Xalq artisti Müslüm Maqomayevin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı Sərəncam imzalayıb. Həmin Sərəncama əsasən ucaldılan abidənin müəllifi Xalq rəssamı, heykəltaraş Ömər Eldarovdur. Bürüncdən hazırlanan abidənin hündürlüyü 2 metrdir. Abidənin önündə Azərbaycaningilis dillərində hazırlanan müvafiq məlumat lövhəsi quraşdırılıb.[1]

Avqustun 17-də Bakının Dənizkənarı Milli Parkında dünyaşöhrətli müğənni Müslüm Maqomayevin abidəsinin açılışı olub.[2] Açılışda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva, Müslüm Maqomayevin həyat yoldaşı Tamara Sinyavskaya, Fərhad Bədəlbəyli və başqaları açılışda iştirak ediblər.[3]

  1. Mədəniyyət TV. . medeniyyettv.az. 18 August 2022 https://medeniyyettv.az/az/news/3136/prezidentle-xanimi-maqomayevin-abidesinin-acilisinda (#bare_url_missing_title). 24 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 August 2022.
  2. "Bakının Dənizkənarı Milli Parkında dünyaşöhrətli müğənni Müslüm Maqomayevin abidəsinin açılışı olub". 2022-08-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-18.
  3. "Bakının Dənizkənarı Milli Parkında dünyaşöhrətli müğənni Müslüm Maqomayevin abidəsinin açılışı olub". www.trthaber.com. 18 August 2022. 24 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 August 2022.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]