Taras Şevçenkonun heykəli — Azərbaycanın Bakı şəhərində Ukrayna şairi və yazıçısı Taras Şevçenkonun şərəfinə ucaldılan abidə. Abidənin müəllifi ukraynalı heykəltaraş İqor Qreçanikdir[1].
Taras Şevçenkonun heykəli | |
---|---|
Ölkə | Azərbaycan |
Yerləşir | Bakı |
Heykəltaraş | İqor Qreçanik |
Tikilib | 30 iyun 2008 |
Hündürlüyü | 3,5 m |
Material | Bürünc |
Abidənin hazırlanması ideyası ukraynalı heykətəraş İqor Qreçanik və onun komandasına məxsusdur[2]. Abidə bürüncdəndir, bununla da o sovet vaxtı hazırlanmış Taras Şevçenkonun digər abidələrindən fərqlənir[2]. Heykəlin müəllifləri Taras Şevçenkonu gənc formada təsvir etmişlər. Taras Şevçenko Kobzar əsərini yazanda belə görünürdü[2] (bu kitabın ilk nəşri onun 26 yaşında olmuşdur). Kobzar əsəri Taras Şevçenko ilə birlikdə abidədə təsvir olunmuşdur.
Abidə quraşdırılan sahədə dəyişiklikər baş vermişdir. Heykəlin yaradılmasını və gətirilməsini Sergey Bondarçuk maliyyələşdirmişdir[3].
Abidə 30 iyun 2008-ci il tarixində açılmışdır. Açılış mərasimində Azərbaycanın prezidenti İlham Əliyev və Ukraynanın prezidenti Viktor Yuşenko iştirak etmiş idilər.[1].
Abidənin hündürlüyü 3,5 metrdir, bürüncdən hazırlanmışdır[3]. Taras Şevçenko gənc, Kobzar əsəri və qanadlarla təsvir olunmuşdur. Digər tərəfdən isə, abidə ağaca bənzəyir.[3].