Prokofi Caparidzenin heykəli — 26 Bakı Komissarlarından biri olmuş Prokofi Caparidzenin şərəfinə Bakıda yerləşmiş abidə. Abidə Azadlıq və Vaqif prospektlərinin kəsişməsində yerləşirdi. Heykəltaraş Ömər Eldarov[1], Memar isə Rasim Əliyev[2] olmuşdur. Abidə 1980-ci ildə ucaldılmışdır[2]. Bu heykələ görə Ömər Eldarova 1982-ci ildə Azərbaycan SSR-in dövlət mükafatı verilmişdir[1]. 27 - 28 aprel 2009-cu il tarixlərində Prokofi Caparidzenin heykəli demontaj olundu. Həmin ərəfələrdə Məşədi Əzizbəyovun heykəli də demontaj olundu.[3] 2012-ci ildə heykəlin yerində Koroğlu heykəli ucaldıldı. Heykəlin müəllifi Məşədi Əzizbəyovun heykəlinin müəllifi Tokay Məmmədov olmuşdur[4].
Prokofi Caparidzenin heykəli | |
---|---|
Ölkə | Azərbaycan |
Yerləşir | Bakı |
Heykəltaraş | Ömər Eldarov |
Memar | Rasim Əliyev |
Tikilib | 1980 |
Material | Bürünc, Qranit |
189.
Eldarov Ö., memar. Əliyev R.
A.Caparidze heykəli. Bürünc, qranit. 1980. Bakı.