İtaliya Krallığı (1861-1946)

İtaliya krallığı (it. Regno d'Italia) — 1861-ci ildə İtaliyanın birləşməsinin nəticəsi və 1946-ci ildə İtaliya Respublikasının elanına qədər davam etmiş bir krallıqdır. İtaliya Krallığı Roma İmperiyasının süqutundan sonra qurulan və bütün İtaliya yarımadasını əhatə edən ilk dövlətdir.

dağılıb
İtaliya krallığı
Regno d'Italia
Bayraq Gerb
Bayraq Gerb
 
 
 
 
 
 

Paytaxt Turin, Florensiya, Roma
Ən böyük şəhər Roma, Milan, Venesiya, Turin, Neopol, Genuya
Dilləri italyan dili
Rəsmi dilləri İtalyan
Dövlət dini katolisizm
Ərazisi
  • 310.196 km²
Əhalisi
  • 42.399.000 nəf. (1936)
İdarəetmə forması Konstitusiyalı monarxiya (1861-1922)
Konstitusiyalı monarxiya altında avtoritar hakimiyyət (1922-1925)
Tək partiyalı, faşist, totalitar diktatura (1925-1943)
Hərbi işğal (Orta İtaliya/Cənubi İtaliya) (1943-1945)
İtaliya Sosial Respublikası (Şimali İtaliya) (1943-1945)
Konstitusiyalı monarxiya (1945-1946)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Fransız idarəçiliyində İtaliya

[redaktə | mənbəni redaktə et]

XVIII əsrin son illərində İtaliya I Napoleon tərəfindən işğal edilərək fransız təsiri altına girdi. 1789-cu il inqilabı başlayarkən İtaliya siyasi vəziyyət belə idi: Sardiniya krallığı, Milan hersoqluğu, Genoa Respublikası, Venesiya respublikası, Toskana qraflığı, Papalıq dövləti və Neopol-Siciliya krallıqları var idi. Bu dövlətlərin bəzilərində hökmdarlar yerli deyildilər. İtaliya Direktoriya dövründə fransız orduları tərəfindən işğal edildiyi zaman, AvstriyaPrussiyanın bu dövlətə qarşı başlatdıqları müharibəyə İtaliyanın krallıqla idarə olunan iki dövləti (Sardiniya və Napoli) müttəfiq olaraq qatılmışdı. Direktoriya Napaleona batil inanclar ocağını söndürmək və İtalyanı canlandırmaq üçün Papanın siyasi gücünü ləğv etməsini əmretmişdi. Napaleonun əmrindəki ordular 1796-cı ildə İtaliyaya girərək iki il içində yarımadanı həm işğal etdi, həm də Avstriyanı sülh bağlamağa məcbur etdi. Milanı tutan Napaleon ardınca Romaya yönəldi. Papanı ağır bir təzminat ödəməyə məcbur edəndən sonra şimala, Alpları aşaraq Avstriyaya girdi. 1797-ci ildə Venesiyanı tutdu. Təhlükəni hiss edən Avstriya Napaleon ilə “Compo Formio” müqaviləsini imzaladı. İmzalanan bu müqaviləyə görə Avstriya müharibələrdən imtina etdiyini elan edirdi. Venesiya və ətrafı Avstriyaya qaldı, Dalmasiya sahilləri Fransaya verilirdi. Bundan əlavə İonian adaları da Fransaya verildi. 1796-1814-cü illərdə İtaliya torpaqlarını təsir dairəsində saxlayan Fransa hakimiyyəti iki mərhələdən keçmişdir. Birinci dövrdə Napaleon yarımadanın şimalında bəzi dövlətçikləri ləğv edərək respublikalar yaratdı, İkinci mərhələdə isə bu respublikaları da ləğv edərək krallıqlar yaratdı. Fransız inqilabı və onun ortaya çıxardığı Vətəndaş və İnsan Haqqları Bəyannaməsində ifadə edilənlərdən xəbərdar olan İtalyanlar ilk mərhələdə Napaleon və ordusunu böyük sevinclə qarşılamışdı. Çünki bundan sonra müstəqil İtaliyanın qurulacağını gözləyirdilər. Napaleon isə köhnə krallıqların sadəcə adını dəyişməklə kifayətləndi. 1805-ci il mayın 26-da Napaleon İtaliya Krallığı tacını taxarkən yarımadada 3 krallıq qurmuşdu:

1. Tyrhenienne krallığı

2. İtaliya krallığı

3. Neopol krallığı

Napaleonun süqutu ilə bu krallıqlarda süqut etmişdir. Napaleonun ögəy oğlu Eugenedən sonra İtaliya kralı olan şahzadə Beauharnais isə titulunu qorumaq üçün Avstriya ilə razılığa gəlməli olur, lakin sonra xalq üsyanı nəticəsində ölkədən qaçmağa məcbur olur. Beləcə sahibsiz qalan Venesiya və Milan Avstriya hakimiyyəti altına girmişdir. Artıq Fransa işğalından qurtulmuş İtaliya 1815-ci ildə baş tutan Vyana konqresindən istədiklərini ala bilmədi.

Vyana konqresindən sonra İtaliya

[redaktə | mənbəni redaktə et]

Vyana konqresi İtaliyanın Fransız işğalından əvvəl idarə edən sülalələrə qaytarılmasını nəzərtə tuturdu. Bu zəmində konqres qərərları ilə bəzi krallıqlar yarandı. Bunlar Piemont (Sardiniya) krallığı, Toskana, Modena, Parma hersoqluqları, Lukas qraflığı, Papa dövləti və Neopol krallığı.[2] Lakin reallıq o idi ki, Fransız inqilabı və işğalından sonra İtalyanlar arasında liberalizmmilliyyətçilik dərin kök atmışdı, Vyana konqresindən gözlədiklərini ala bilməyən İtalyanlar milli birlik qurmaq üçün hərəkətə keçdilər. Ancaq bu birliyin qarşısında iki maneə var idi, bunlardan birincisi Avstriya imperiyası, digəri isə Papalıq dövləti idi. Bu dövrlərdə İtalyan birliyini qurmaq üçün ilk təşkilatlar qurulmağa başladı.

Siyasi birliyin yaranmasına kömək edən təşkilatlar

[redaktə | mənbəni redaktə et]

Karbonaria təşkilatı 1807-ci ildə gizli olaraq yaradılan təşkilat əsl məqsədini bildirməmək üçün “kömürçü” anlamına gələn bu sözdən istifadə etmişdir. İlk mərhələ də fransızları ölkədən qovmaq istəyən təşkilat o qədər də təsirli olmağı bacarmamışdır. Lakin restavrasiya dövründə təşkilatın məqsədi də dəyişmiş, Fransa bir dost kimi qəbul edilərkən, əsas məqsəd Avstriyanı ölkədən qovmağa çevrilmişdir. Masonluq təşkilatı İtalyan birliyinin reallaşması üçün çalışan gizli təşkilatlardan biridir. Masonluq İtaliyada yerli bir məfhum olmamış, İngiltərə kökənli olmuş və burada da yayılmışdı.[3] Əvvəlcə sadəcə peşə birliyi kimi yaradılmış təşkilat XVII əsrdən məzmununu dəyişmiş və bir sıra dini cəhətləri də özündə əxz etdirməyə başlamışdır. Yalnız XVIIII əsrdən təsirli olmağı bacarmışlar. İtaliya birliyinin qurulmasında Karbonaria təşkilatı əsas güc yoluna üstünlük verirdisə, Mason təşkilatı əsasən özündə ziyalıları birləşdirirdi, bu birliyin qurulması üçün əsas diqqəti təhsilə və maarifə yönəldirdi.

Birliyin qurulma mərhələləri

[redaktə | mənbəni redaktə et]

1815-ci ildə toplanan Vyana konqresinin yaratdığı xarici təzyiqlər və bununla yanaşı Avstriyanın davam edən idarəçiliyi daxildə də birlik istəklərin artırmışdı. Ortaya çıxan fikir fərqliliklərinə görə İtalya bu birliyə yalnız 1860-cı ildə nail ola bilmişdir.

1820-1821-ci illərdə Piemont və Neopol şəhərləri rəhbər olmuşdular. Eynən İspaniyadakı kimi konstitutsiya istəkləri var idi. Üsyan qaldırıldı, lakin üsyan Avstriyanın müdaxiləsi ilə yatırıldı.

Bu mərhələdə isə 1830-cu il inqilablarını təsirləri ilə Orta İtaliyadakı Modena, Parma və Papalıqda yeni bir hərəkat başladı. Məqsəd konstitutsiyalı bir rejim ilə idarəçilikdə azadlıq qazanmaq, milli ordu yaratmaq və media azadlıqlarını təmin etmək idi.[4] Parma və Modena hersoqluqlarında üsyan edənlər müvəqqəti hökumət yaratdılar. Bu üsyanlarda yatırıldı və bununla da İtaliyada statusu-kvo 1848-ci ilə qədər saxlanıldı.

Bu mərhələdə Mazzinin rəhbərlik etdiyi respublika ideyaları sürətlə İtaliyada yayılırdı. Mazzini bu düşüncə tərzini ailəsindən miras alan, dövrünün tanınmış ziyalılarından biri idi. Bir zamanlar Karbonaria təşkilatına girmiş, buradakı silahlı mübarizə üsuluna görə buradan ayrılmış və öz təşkilatını yaratmışdır. Mazzini tərəfdarları 1834-cü ildə Genoada müvəqqəti hökumət qurmağı belə bacardılar.[5] Lakin Metternixin rəhbərliyi ilə bütün bu üsyanlar yatırıldı. Bunda Avstriya, İspaniya, Neopol və Fransa krallıqlarının rolu böyük idi. Mazzininin səyləri nəticəsində 1848-ci ildə qurulub 16 ay kimi qısa dövrdə mövcud olan respublika idarəçiliyi 1 iyul, 1849-cu ildə Fransız ordusunun Romaya girərək hadisələrə müdaxiləsi ilə sona çatdı.

Fransada çıxan 1848-ci il inqilabının təsiri ilə hərkətə gələn İtalyan xalqı təkrar üsyana başladı. Xüsusilə Metternixin Avstriya imperiyası Baş Nazirliyindən istefaya göndərilməsindən sonra hadisələr sürətləndi. 1848-ci ildə Lombardiya Avstriyanın əlində idi. Bu vəziyyətdə Venesiya və Lombardiya eyni vaxtda üsyana başladı. Bu zaman Avstriyanın daxilində də bəzi üsyanlar başladı. Bundan əvvəl konstitutsiyanı imzalayan, Piemont kral Karl Albertə dəstək böyük idi. Karl Albert Avstriyaya müharibə elan etdi. Lombardiya və Venesiyada Piemont krallığına qatıldıqlarını elan etdilər. Lakin Piemont ordusu Avstriya ordusuna məğlub oldu. Bu Avstriyanı məğlub etmək üçün böyük Avropa dövlətlərinin lazım olduğu fikrini təsdiqlədi. Bu dövrdən sonrakı siyasətdə bunun üzərində quruldu. İtalyan birliyinin qurulmasında birinci dərəcəli rolu isə Kamillo Kavur oynadı.[6]

Viktor Emanuel qoşunları Krım müharibəsi üçün gözdən keçirdərkən

Yeni dövrdə yaradılmış İtaliya Krallığı Roma və Venesiyanı hələ birliyə daxil edə bilməmişdi. Lakin yeni yaradılan dövlətin Venesiyanı Avstriyadan, Romanı Papalıqdan ala bilmiyəcəyi də aydın idi. Güclü bir dövlətlə müttəfiqlik yaradılmalı idi. Gözlənilənlər oldu. Eynən İtaliya kimi Almaniyada birlik yaradılması yolunda idi və çox güclü idi. Bu iki dövlətin qarşısındakı rəqib isə eyni idi- Avstriya. Prussiya (Almaniya)-İtaliya ittifaqı yaradıldı. 1866-cı ildə Prussiya Avstriyanı məğlub etdi. İtaliya bu müharibədə heç bir aktivlik göstərmədiyi halda, yalnız Avstriyanı müdafiə etmədiyi və Almaniyaya siyasi dəstək olduğuna görə Venesiyanı aldı. Artıq sıra Romada idi. İtaliya Romanı da birləşdirərək artıq əsas diqqəti xarici siyasətə yönəltmək fikrində idi. Romanı sığortalayan isə hələ 1849-cu il üsyanını yatırılan zaman Romaya gələn və burada hələ də qalan fransız ordusu idi. Başlanan Fransa-Almaniya müharibəsində III Napaleon İtaliyaya Almaniyanı müdafiə etməyəcəyi təqdirdə Romanı güzəştə gedəcəyini bildirdi.[7] Müharibə nəticəsində Fransa ağır məğlubiyyətə uğradı, III Napaleon isə əsir düşdü (Sedan fəlakəti). 20 sentyabr, 1870-ci ildə Romanı tutan İtalyanlar paytaxtlarını da buraya köçürdülər. Bununla da İtaliyanın birləşdirilməsi başa çatdı. 1871-ci ildə qəbul edilən “Qarant qanunu”na görə Papa dövlət başçısı olaraq qalır, kralla eyni haqqlara sahib olur və krallıqdan hər ay müəyyən maaş alırdı. Əslində isə Papanın əlində yalnız dini hakimiyyət qalırdı. Bununlada 1815-ci ildən həssaslıqla qorunulmasına çalışılan Vyana sistemi faktiki olaraq çökdü, əlverişli mövqedə yaranan İtaliya Krallığı digər iri Avropa dövlətləri ilə müstəmləkə yarışına başladı.[8]

Faşizmin hakimiyyətə gəlişi və kolonial işğallar

[redaktə | mənbəni redaktə et]

I Dünya Müharibəsi zamanı və ondan sonrada davam edən iqtisadi tənəzzül və geriləmə fəhlə sinfi arasında ekstremizmə yol açdı. Bu hal onsuzda sabit olmayan siyasi sferaya da sıçradı. Benito Mussolini də, bu qeyri-sabitlikdən hakimiyyətə gəlməsi üçün istifadə etdi. 1922-ci ilin mart ayında İtaliya Faşıstlərinin Milanda geniş yığıncaqları oldu və Romaya yürüş elan olundu. Baş Nazir Luici Fakta və onun hökumət kabineti hərbi vəziyyətin fərmanını layihələndirdilər lakin bu kral tərəfindən rədd olundu. Əsas kimi isə, ordunun gücünə şübhə etdiyini bildirdi. Faşıstlər 1922-ci ilin yay və payızı boyunca xeyli gücləndi. General Pietro Badoglio Krala, ordunun ona loyal olduğunu, İtaliya hərbi hissələrinin faşist qiyamçılarını məğlub etməyə qadir olduğunu bildirdi. Bu zaman faşıst qüvvələrinin sayı 10.000 nəfəri keçmirdi. “Qara Köynəklilər” birliyinin komandanı Sesare Mariya De Vecchi B.Mussoliniyə bildirir ki, onun monarxa qarşı çıxması məsləhət deyil. Qeyd edək ki, Sesare Mariya De Vecchi Romaya Yürüşü təşkil edən şəxslərdən biri idi. Bütün bunları nəzərə alan, Mussolini İtalyanı tərk etmək qərarına gəlir. Lakin İtalyanı tərk etməyə hazırlaşan Mussolini geca yarı Kraldan onu Romaya dəvət edən telegram alır. Səhəri günü-oktyabr ayının 30-da isə o artıq İtaliyanın Baş Nazırı təyin olunmuşdu. Hökumət kabinetinə ümumilikdə 35 faşıst nümayəndəsi daxil edildi. Bu zaman Mussolininin 39 yaşı var idi. Kral Mussoliniyə qarşı olan müxalifəti sürgünlər, sui-qəsdlər hesabına darmadağın etdi. 1925-1926-cı illər ərzində Mussolini İtaliyada demokratik qanunları ləğv etdirdi. Artıq Baş Nazir parlamentə deyil, kraal tabe idi. Baxmayaraaq ki, Karl Albert zamanı qəbul edilmiş, Statuto Albertino qanuna əsasən bunun əksi idi. 1928-ci ilə kimi Mussolinini öz postundan yalnız kral göndərə bilərdi, 1928-ci ildən isə bunu etmək üçün Böyük Faşıst Şurasının razılığı lazım idi, bura isə hamı Mussolinin yaxın insanları idi.

III Viktor Emmnauelin portreti, 1913-cü ildə .

Efiopiyanın işğalı

[redaktə | mənbəni redaktə et]

İtaliyanın Efiopiyanı işğal etməsinə qədər, III Viktor Emanuel 1934-cü ildə Somaliyə səyahət etmişdi və orada da 65-ci ad gününü qeyd etmişdi (1936-cı ildə). 1936-cı ilin 9 mayında, II İtaliya-Efiopiya müharibəsində qalib gələn III Viktor Emanuel Efiopiya İmperatoru titulunu qəbul etdi. 1941-ci ildə isə İtaliya qoşunları məğlub oldu və Efiopiyanı tərk etməyə məcbur oldu. Millətlər Liqası bunu müzakirəyə çıxardı. ABŞSovet İttifaqı buna qarşı çıxsalar da, Böyük Britaniya və Fransa İtalyanı müdafiə etdi.

III Viktor Emmanuelin Macarıstan səfəri, 1937-ci il

Albaniyanın işğalı

[redaktə | mənbəni redaktə et]

İtalyan qüvvələri Adriatik dənizindən demək olar ki, müdafiəsiz olan, Albaniyaya daxil oldular. Albaniya kralı Kral Zoq qaçmağa məcbur oldu. Bundan sonra III Viktor Emanuel Albanların Kralı titulunu qəbul etdi. Bir müddət Albaniyada qalan kral, 1941-ci ildə Alban millətçisi olan Vasil Lacı tərəfindən sui-qəsdə məruz qaldı, lakin canını qurtara bildi. Bu, İtalyan işğalından Alban xalqınnı narazılığının göstəricisi idi. Krala qarşı ikinci sui-qəsd isə yenə Alban millətçısı Dmitri Mixailov tərəfindən oldu. Yenə uğursuz olan sui-qəsdin ardıyca, İtaliya Krallığı sui-qəsddə əli olması bəhanəsiylə Yunanıstana müharibə elan etdi.

İtaliya II Dünya Müharibəsində

[redaktə | mənbəni redaktə et]

II Dünya Müharibəsi ərəfəsində Mussolini İtaliyada monarxiyanın talehini həll edən qərarı verdi və müharibəyə Almaniya tərəfindən daxil oldu. Elə müharibənin başlanğıcından, İtalyanı fəlakətlər bürüdü. Belə ki, 1940-cı ildə İtalyan qoşunları Şimali Afrikada və Yunanıstanda məğlub oldu, 1941-ci ildə İtalyan qoşunları Şərqi Afrikadan çıxarıldı, 1942-ci ildə İtalyanlar Liviyadan çıxarıldı, 1943-cü ildə müttəfiq qoşunları Siciliyanı tutdular. 1943-cü ilin sonlarında Stalinqrad döyüşlərində iştirak edən 10 İtalyan bölməsi isə darmadağın edildi. Beləliklə, demək olar ki, İtaliya aktiv döyüşlərdən xaric edildi. İqtisadiyyat yenidən çökdü. Monarxiya ağır böhran keçirirdi.

İyul ayının 25-də Böyük Faşıst Şurası Mussoliniyə etimadsızlıq göstərdi. Kralda bunu təsdiq etdi. Kralın əmrinə əsasən Mussolini öz postunu Marşal Pietro Badoglioya verməyi tələb edir. Mussolininin istefaya göndərilməsi Statuto Albertinonun 5-ci maddəsinə əsasən qəbul edilir.

Kral və Baş Nazir Almaniyanın müttəfiqi kimi müharinəyə davam etmək fikrində olduqlarını bildirdilər, lakin gizlində Müttəfiqlərlə sülh haqqında danışıqlara başladılar. Mussoliniyə yaxın olan çəxslərin əksəri parlamnetddən qovuldu.

Müttəfiqlərlə barışıq

[redaktə | mənbəni redaktə et]

1943-cü ilin 8 sentyabrında III Viktor Emanuel müttəfiqlərlə sülh imzaladı. İtaliya qoşunları buraxıldı. Ancaq asayışı qorumaq üçün lazım olan qədər qoşun saxlanıldı. Bundan sonra alman qoşunları İtaliyaya hücuma başladı. İtaliyanın nəzarətində olan digər ərazilərdə isə almanlar italyan mövqelərini ələ aldılar. Kral və Baş nazir Bodaglio cənuba - Brindiziyə qaçdılar. Sentyabr ayının 12-də almanlar Operation EİCJ əməliyyatını başladılar. Nəticədə Mussolini həbsdən azad edildi və İtaliyanın şimalında İtaliya Sosial Respublikasını (it. Repubblica Sociale Italiana) qurdu. Bu dövlət oyuncaq dövlət idi və almanlar tərəfindən idarə olunurdu. Cənubda isə azaldılmış sayda İtaliya Müttəfiq Ordusu (Sud Esercito Cobelligerante del-i), İtliya Müttəfiq Hava Qüvvələri (Aviazione Cobelligerante Italiana), İtaliya Müttəfiq Donanması (Sud Marina Cobelligerante del-i) qalırdı. 1944-cü ilin aprelində Kral III Viktor Emanuel öz oğlu Vəliəhd-Şahzadə Umbertonun xeyrinə öz səlahiyyətlərinin bir çoxundan əl çəkdi. 4 iyunda Roma azad edildikdən sonra isə qalan səlahiyyətlərindən də öz oğlunun xeyrinə əl çəkdi və ona krallığın general-leytenantı rütbəsini verdi.

II Umberto Qahirəyə səfəri zamanı.

Referendum və monarxiyanın ləğvi

[redaktə | mənbəni redaktə et]

İctimai rəy III Viktor Emanueli hakimiyyətdən öz oğlunun xeyrinə əl çəkməyə məcbur etdi. Faktiki olaraq, 1944-1946-cı illər aralığında İtaliyanın kralı II Umberto oldu. 1946-cı ilin, 9 mayında keçirilən referendumda İtalyan seçıçılərin 54 faizi respublika istədiklərini bildirdilər. Referendumun nəticəsi tanındı, Savoyya Sülaləsinni bütün kişi üzvlərinə ölkəni əbədi olaraq tərk etmək tələb olundu. III Viktor Emanuel Misirdən sığınacaq ala bildi və bir ildən sonra elə oradaca da öldü, St Ketrin kilsəsinin məzarlığında dəfn edildi. Bundan sonra, 1948-ci ildə Time Magazin qəzeti "Kiçik Kral" haqqında məqalə dərc etdirdi. III Viktor Emanuel bütün zamanların ən məhsuldar numizmatı idi. Belə ki, o, Roma imperiyasının süqutundan, İtaliya Krallığının yaranmasına kimi 100.000 ekzempelyar yığməşdı. Hakimiyyətdən devrildikdən sonra, onun bu ekzempelyarları elm xadimlərinə bağışlanıldı, Savoyya Sülaləsinin sikkələrini isə ona özü ilə Misirə aparmağa icazə verildi, İtaliyada qalan ekzempelyarlar hesabına 20 cild kitab yazıldı, 1983-cü ildə II Umberto öləndən sonra Savoyya sikkələri də İtaliyanın mərkəzi muzeyinə geri qaytarıldı.

İtaliya Krallığının kralları

[redaktə | mənbəni redaktə et]
  1. II Viktor Emanuel
  2. I Umberto
  3. III Viktor Emanuel
  4. II Umberto
  1. Western Europe 2003. 2003. S. 360. ISBN 1-85743-152-9
  2. Charles Seignobos, (çev. Ali Reşad), Tarih-i Siyasi, c.11., İstanbul, 1325, s. 4.
  3. Mithat Atabay, Aydınlanma Çağı ve Avrupa, s. 139.
  4. Atabay, a.g.e., s. 139.
  5. Atabay, a.g.e., s. 145.
  6. Rifat Uçarol, Siyasi Tarih, s. 234.
  7. Oral Sander, Siyasi Tarih (İlkçağlardan 1918’e), 18. baskı, Ankara, İmge kitabevi yayınları, 1989, s. 220.
  8. Atabay, a.g.e., s. 151.
  • Oxsford Lügəti, II Viktor Emanuel maddəsi
  • Rövşən Hətəmov, Yeni Tarixdən mühazirələr kursu
  • Oxsford Lügəti, III Viktor Emanuel maddəsi