Şuşulu — Azərbaycan Respublikasının Şuşa rayonunun Xəlfəli kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Şuşulu kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikasının nəzarətinə qayıtmışdır.
Şuşulu | |
---|---|
39°44′56″ şm. e. 46°42′04″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
1933-cü ildə kəndin adı Şüşülu kimi qeyd olunmuş, bundan əlavə dağlıq Qarabağda Şüşukənd adlı yaşayış məntəqəsi də qeydə alınmişdir. Çox gümanki, Şuşülu oykonimi Şuşükanddən çıxmış ailələrin saldığı yaşayış məntəqəsinin adıdır. Şüşükənd isə "dik kənd, zirvədəki kənd" mənasındadır.[1]
Kənd Qarabağ silsiləsində yerləşir.
Şuşa rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |