Qədir Hüseynov (21 may 1986, Moskva) — Azərbaycan şahmatçısı, qrosmeyster (2002).
Qədir Hüseynov | |
---|---|
azərb. Qədir Hüseynov | |
Ölkə | Azərbaycan |
Doğum tarixi | |
Doğum yeri |
Moskva, Sovet İttifaqı |
Titulu | qrosmeyster (2002) |
Son reytinqi |
|
Maksimal reytinqi | 2.668 (may 2022) |
FİDE nömrəsi | 13401378 |
Vikianbarda əlaqəli mediafayllar |
1994-cü ildə 8 yaşındaikən Rumıniyada keçirilən Avropa çempionatında birinci yeri tutduqdan sonra o nəinki dünyanın ən gənc FİDE ustası adını qazanır və həmçinin Ginnesin Rekordlar Kitabına düşür, hətta Azərbaycanda birinci şahmatçı olur, hansı ki Müstəqil Azərbaycan Respublikası yarandığı 1991-ci ildən sonra Azərbaycan şahmat tarixində ilk dəfə olaraq ölkəyə birinci qızıl medalı gətirdi.
Şahmat oynamağı Qədirə 6 yaşında olarkən atası öyrətmişdi. İlk dəfə olaraq şahmat məktəbinə Gəncə şəhərində getmişdi. Tezliklə Respublika Çempionatında üçüncü yeri tutaraq o gənclər arasında Avropa çempionatında iştirak etmək hüququ əldə edir. Şahmatçının ailə vəziyyətinin yaxşı olmaması səbəbindən onun bu yarışda iştirakı sual altında idi. Həmin illərdə Azərbaycan müharibə şəraitində Yaxın qohumunun koməyi sayəsində Qədir Hüseynov bu turnirə qatılır və gənclər arasında Avropa çempionatının qalibi olur.
Qədirin ilk məşqçisi idman ustalığına namizəd olan Şahin Hacıyev idi, daha sonra onu məşqçi Qurviç çalışdırmışdı. 1998-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev dörd ən güclü şahmatçını qəbul etmişdir, onların arasında gənc şahmatçı Qədir Huseynov var idi.
2002-ci ildə 15 yaşında ikən o, beynəlxalq qrosmeyster normasını yerinə yetirmişdi. Bu andan etibarən dəyişilməz olaraq Azərbaycan yığma komandasının heyətində bütün Olimpiada və Avropa birinciliklərində iştirak edir.
7–9 may 2009-cu ildə Bakıda keçirilmiş Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Prezident Kuboku" turnirində Azərbaycan Yığması Dünya yığmasına qarşı Azərbaycan yığma komandasının heyətində çıxış etmişdir.