İran Kürdüstanı[1] və ya Şərqi Kürdüstan (kürd. Rojhilatê Kurdistanê/ڕۆژھەڵاتی کوردستان) — İranın İraq ilə sərhədlərində yerləşən şimal-qərbi ərazilərində, əsasən kürdlərin yaşadığı əraziyə verilən ad. İran Kürdüstanı Qərbi Azərbaycan ostanı,[a] Kürdüstan ostanı və Kirmanşah ostanını əhatə edir.[3][4]
Kürdlər İranın şimal-qərbi ərazilərini Kürdüstanın dörd hissəsindən biri hesab edir. Digərlərinə Rojava və ya Qərbi Kürdüstan (Suriya) Şimali Kürdüstan (Türkiyə) və Cənubi Kürdüstan (İraq) aiddir.[5][6]
2006-cı ildə keçirilən sonuncu əhalinin siyahıyaalmasında əldə edilən məlumatlara görə, kürd əhaliyə malik üç ostanı – Kürdüstan, Kirmanşah və İlam ostanlarında ümumilikdə və habelə Qərbi Azərbaycan ostanı'nın cənubi şəhərlərində ümumilikdə 6.730.000 nəfər yaşayır.[7] İlam ostanının cənubunda əsasən lurlar yaşayır.
İran kürdləri İran əhalisinin təxminən 7–10 %-ni təşkil edir.[8][9][10][11][12] Bir sıra mənbəyə görə, İran kürdlərinin əksəriyyəti şiədir,[13][14] lakin başqa mənbələr əksinə, onların əksəriyyətinin sünni olduğunu iddia edir.[15] İran İslam İnqilabı zamanı kürd siyasi partiyaları muxtariyyət ilə maraqlanmayan şiə kürdləri öz tərəflərinə çəkməkdə uğursuz olmuşdurlar.[16][17] Buna baxmayaraq, 1990-cı illərdən bəri kürd milliyətçiliyi şiə kürdlərə də yayılmışdır. Buna əsas səbəb şimaldakı kürdlərin zorakılıq ilə yatırılmasıdır.[18]
Birinci Dünya müharibəsində Qacar hakimiyyətinin zəifliyi bəzi kürd tayfa rəislərinə bu xaotik vəziyyətdən istifadə etməyə həvəsləndirmişdi. Şikak tayfasının rəisi Simko 1918-ci ildən 1922-ci ilə qədər Urmiya gölünün qərbində öz rejimini təsis etmişdir. Həvrəman vilayətinin başçısı Cəfər sultan Mərivan ilə Hələbcə arasındakı ərazinin nəzarətini 1925-ci ilə qədər ələ keçirmişdir. 1922-ci ildə sonralar birinci Pəhləvi monarxı Rza xan kürd tayfa rəislərinə qarşı tədbirlər görməyə başlamışdır. Simko regionu 1922-ci ilin payızında regionu tərk etməli olmuş və səkkiz il gizli həyat yaşamalı olmuşdur. İran rejimi 1930-cu ildə onu təslim olmağa cəlb edəndə hökumət ona Üşnəviyyə yaxınlıqlarında tələ qurmuş və öldürmüşdür. Bundan sonra Rza şah kürdlərə qarşı qəddar, ancaq effektiv bir siyasət yürütmüşdür. Yüzlərlə kürd tayfa rəisi deportasiya olunmuşdur. Həmçinin, onların sahibləndiyi ərazilər hökumət tərəfindən müsadirə edilmişdir.[19]
Antihitler koalisiyası 1941-ci ilin sentyabr ayında İrana soxulanda İran Silahlı Qüvvələri çox keçməmiş dağıdılmışdır və onların silah-sursatı kürdlər tərəfindən ələ keçirilmişdir. Kürd tayfa rəislərinin oğulları bu şəraitdən istifadə etmiş və Tehran şəhərindəki sürgünlərindən qaçmışdır. Kürd tayfa rəisi olan Həmə Rəşid Sərdəşt, Banə və Mərivan şəhərlərini ələ keçirmişdir. O və onun qüvvələri 1944-cü ilin payızında İran qoşunları tərəfindən məğlub edilmişdir.[20]
İran İkinci Dünya müharibəsində öz neytrallığı bəyan etsə də, antihitler koalisiyası tərəfindən işğal olunmuşdu. Azərbaycan böhranı zamanı, SSRİ-nin dəstəyi ilə 1946-cı ildə Qazı Məhəmmədin öndərliyi altındakı Komeley Ciyanevey Kürd hərəkatı tərəfindən Məhabad şəhərində respublika təsis olunmuşdur. Bu kiçik ölkə Məhabad, Bükan, Piranşəhər və Üşnəviyyə şəhərlərini əhatə etdiyindən ölkənin varlığını bütün İran kürdləri dəstəkləmirdi. Məhabad Cümhuriyyəti bir ildən az bir müddətdə mövcud olmuşdur. Sovet qüvvələrini bu zaman regiondan çəkilmiş və mərkəzi İran hökumətinin qüvvələrinin seperatçıları məğlub etməsinə icazə vermişdir.[21]
Kürd siyasi təşkilatlar şaha qarşı bir inqilabı böyük maraq ilə dəstəkləyirdilər. Bu inqilab 1979-cu ilin fevral ayında Ayətullah Xamneyini ölkənin başçısına çevirmişdir. Şah kürdlərin muxtariyyət əldə etmək və mərkəzi hökumətin onların daxili işlərinə daha az qarışmasına nail olmaq səylərinə qarşı çıxmışdır. Şah rejimi hakimiyyətdə olan farslardan bir qədər fərqli bir dilə və mədəniyyətə sahib kürdlərin xarici qüvvələr tərəfindən sui-istifadə olunacağına inanırdı. Bu böhran 1979-cu ildə kürdlərə yeni konstitusiyanın yazılmasından məsul olan "Mütəxəssislər şurası"nda yer vərilməməsindən sonra daha da dərinləşmişdi. Ayətullah Xamneyini Əbdül Rəhman Qasımlını bu şuranın birinci yığıncağına qoşulmasına imkan verməmişdir.[22]
Pəhləvi sülaləsinin süquta uğramasından sonra İran Kürdüstanında milliyətçilik dalğası yayılmağa başlamış, hətta inqilab əleyhinə üsyanlar qaldırılmışdır. 1979-cu ilin əvvəllərində kürd fraksiyalar ilə İran inqilabi hökumətinin qüvvələri arasında hərbi münaqişə başlamışdır. Kürd silahlı dəstələri əsasən İran Kürdüstanının Demokratik Partiyası və solçu İran Kürdüstanı Komalə Partiyasından təşkil olunmuşdu.[23]
1979-cu ilin dekabr ayında səsləndirdiyi nitqdə Əli Xamenei etnik azlıqlar anlayışının İslam doktrinasına qarşı olduğunu vurğulamışdır. O həmçinin, "Müsəlman ölkələrinin birləşməsini görmək istəməyənlər"i etnik azlıqlar arasında milliyətçilik problemləri yaratmaq ilə günahkarlandırmışdır. Onun bu düşüncələri ruhani rəhbərlik tərəfindən dəstəklənmişdir.[24]
2 dekabr 1996-cı ildə görkəmli sünni ruhanisi Molla Məhəmməd Rabiyeyin ölümü şəhərində sünni kürdlər ilə hüquq-mühafizə qüvvələri arasında şiddətli döyüşlərə səbəb olmuşdur. Molla Rabiyey Kirmanşah şəhərindəki Əl-Şəfeyi məscidində imam idi. Mitinqlər daha üç gün davam etmiş və Kürdüstan ostanında yerləşən başqa şəhər və qəsəbələrə yayılmışdır.[25]
1997-ci ildə keçirilən İran prezident seçkilərində sünni kürdlər də iştirak etmişdir. Həm mülki, həm də ki hərbi kürd müxalif qrupları kürdlərdən xahiş etmişdir ki, seçkilərə "laqeyd yanaşmasın"lar. Prezident Məhəmməd Hatəmi kürd mədəniyyətinin və tarixini tərifləmişdi. Kürdlərin bu vaxtlardakı tələbləri əsasən kürd dili və yüksək vəzifəli səlahiyyətliləri ilə bağlı idi. Hatəmi birinci prezidentlik dövründə Abdulla Ramazanzadəni Kürdüstan ostanının birinci kürd qubernatoru təyin etmişdir. O həmçinin, bir neçə sünni və şiə kürdü öz və ya kabinet üzvlərinin məsləhətçiləri kimi işə almışdır. Hatəmi ikinci prezidentlik dövründə kabinet üzvlüyünə iki dənə kürd əsilli şiə siyasətçini təyin etmişdir.[26] Altıncı parlamentə 18 kürd siyasətçi seçilmişdi. Kürdüstan və Kirmanşah ostanlarını təmsil edən 40 nəfərlik parlament fraksiyası təsis edilmişdir.[27]
1999-cu ilin fevral ayında kürd milliyətçilər Məhabad, Sənəndəc və Kirmanşah kimi bir neçə şəhərin küçələrinə çıxmış və İran hökuməti əleyhinə, Abdullah Öcalan lehinə mitinqlər keçirdilər. Bu, sərhədlərarası kürd hərəkatı olaraq dəyərləndirilmişdir.[28] Bu mitinqlər hökumət qüvvələri tərəfindən şiddətli şəkildə yatırılmışdır. İnsan hüquqları üzrə ixtisaslaşmış müxtəlif qruplara görə, ən azı 20 nəfər öldürülmüşdür.[29]
9 iyul 2005-ci ildə kürd müxalifətçi fəal Şirvan Qədiri[30] və daha iki kürd əsilli şəxs İran hüquq-mühafizə işçiləri tərəfindən Məhabad şəhərində qətlə yetirilmişdir. Növbəti altı həftə Məhabad, Piranşəhr, Sənəndəc, Sərdəşt, Üşnəviyyə, Banə, Saqqız kimi kürd əhaliyə sahib şəhər, qəsəbə və kəndlərdə iğtişaşlar və mitinqlər təşkil olunmuşdur.[31] Bu iğtişaşlarda onlarla insan öldürülmüş və yaralanmışdır, yüzlərlə insan isə həbs edilmişdir. 13 mart 2006-cı ildə İran insan hüquqları vəkili, Şirvan Qədirinin hüquqşünası Saleh Nikbəxt Qədirinin qatilinin bir hüquq-mühafizə işçisi olduğunu və onun qanunsuzcasına öldürüldüyünü açıqlamışdır. O həmçinin, qatil və qətl əmirini verən ilə yerli məhkəmə sisteminin əməkdaşlıq etdiyini qeyd etmişdir.[32]
The Kurdish area of Iran includes most of West Azerbaijan.
ranian Kurdistan is relatively narrow where it touches the Soviet border in the north and is hemmed in on the east by the Azerbaijani Turks. Extending south along the border west of Lake Urmia is the tribal territory.
In 1997, Sunni Kurds took part in the presidential election. Both civilian and military Kurdish opposition groups asked Kurds to do so. The winner, President Mohammad Khatami, praised the glory of Kurdish culture and history. From the Kurdish side, demands mainly concerned the Kurdish language and the appointment of top-level officials. In his first term, Khatami appointed Abdollah Ramezanzadeh to be the first Kurdish governor of the Iranian province of Kurdistan. He also appointed several Sunni and Shia Kurds as his own or cabinet members’ advisers. In his second term Khatami had two Kurdish cabinet members, both of them Shia.
On 9 July 2005, the Kurdish opposition activist Shivan Qaderi (also known as Shwane Qadri or Sayed Kamal Asfaram) and two other Kurdish men were shot by Iranian security forces in Mahabad. According to witnesses, the security forces then tied Qaderi’s body to a Toyota jeep and dragged it through the streets. Iranian authorities confirmed that Qaderi, “who was on the run and wanted by the judiciary,” was shot and killed while allegedly evading arrest.