Şərqiyyə Vəliyeva (Şərqiyyə Əkbər qızı Vəliyeva; 1 iyul 1936, Piçənis, Laçın rayonu) — Sosialist Əməyi Qəhrəmanı (1966), Qəhrəman Ana, Azərbaycan SSR Ali Sovetinin VII və VIII çağırış deputatı.
Şərqiyyə Vəliyeva | |
---|---|
Şərqiyyə Əkbər qızı Vəliyeva | |
Doğum tarixi | 1 iyul 1936 (88 yaş) |
Doğum yeri | |
Həyat yoldaşı | Sabir Vəliyev |
Uşaqları | Aybəniz, Füzuli, Vidadi |
Atası | Əkbər |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti | siyasətçi |
Partiyası |
|
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Şərqiyyə Vəliyeva 1 iyul 1936-cı ildə Laçın rayonunun Piçənis kəndində anadan olub.[1]
Ailədə 4 bacı, 1 qardaş olmuşdurlar. Atası Əkbər kişi Böyük Vətən müharibəsinə getdikdən sonra ailəliklə Nağdalı kəndinə köçmüşlər. Anası və özü Kirov sovxozunda sağıcı işləmişlər.
Maldarlıq təsərrüfatında uzun müddət sağıcı işlədikdən sonra, il ərzində öhdəsində olan hər inəkdən bir bala və hər inəkdən əl ilə 7400 litr süd sağdığına görə 22 mart 1966-cı ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb.
Müxtəlif illərdə 2 dəfə "Lenin", "Şərəf Nişanı", "Oktyabr İnqilabı", "Qırmızı Əmək Bayrağı", "Xalqlar Dostluğu" ordenləri və SSRİ-nin bir çox digər orden və medalları ilə təltif olunub.
Azərbaycan SSR Ali Sovetinin VII və VIII çağırış deputatı olmuşdur. SSRİ Kənd Təsərrüfatı sərgisinin iştirakçısı olmuş 2 qızıl, 1 gümüş və 2 bürünc medal almışdır.[1]
1952-ci ildən ÜİLKGİ üzvü, 1965-ci ildən Sovet İttifaqı Kommunist Partiyası üzvü olmuşdur. 1997-ci ildə YAP-ın üzvüdür. 2002-ci ildə Prezident Heydər Əliyevin sərəncamı ilə ona "Prezident təqaüdü" verilmişdir.[2]
Şərqiyyə Vəliyeva Sabir Vəliyevlə ailə qurmuş, ailəliklə maldarlıqla məşğul olmuşlar. Sabir Vəliyev qabaqcıl maldar olduğu üçün bir neçə orden və medallarla təltif edilmişdir.
Şərqiyyə Vəliyevanın oğlanlarının dördü Qarabağ müharibəsində iştirak ediblər. Oğlu Füzuli Vəliyev Azərbaycan Respublikası Hərbi Hava Qüvvələrinin Mİ-24 helikopterində hərbi təyyarəçi olub. 252 uçuş keçirən, kapitan rütbəsində xidmətini davam etdirərək döyüşlərdə yaralanan kapitan Füzuli Vəliyev 2003-cü ildə hərbi vəzifəsini yerinə yetirərkən həlak olub.
Şərqiyyə Vəliyeva Laçının işğalından sonra Bərdə rayonunun Zümürxan kəndində məskunlaşmışdır.