Şahzadə Çarlz

III Çarlz, III Karl və ya tam adı ilə Çarlz Filip Artur Mauntbatten-Vindzor (əsil adı: ing. Charles Philip Arthur George Mountbatten-Windsor; 14 noyabr 1948[1][2][…], Vestminster borosu, Böyük London[5]) — Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının kralı (8 sentyabr 2022-ci ildən). Kraliça II Elizabetin oğlu. Kral taxtını ən uzun müddət gözləmiş varis[7].

III Çarlz
ing. Charles III, King of the United Kingdom
Böyük Britaniya monarxı[d]
Vəzifədədir
8 sentyabr 2022-ci ildən
ƏvvəlkiII Elizabet
Şəxsi məlumatlar
Doğum adı Prince Charles Philip Arthur George Windsor of Edinburgh
Doğum tarixi 14 noyabr 1948(1948-11-14)[1][2][…] (76 yaş)
Doğum yeri
Təhsili
Atası Filip Mauntbetten[4][6][…]
Anası II Elizabet[4][6][…]
Uşaqları
Hərbi xidmət
Qoşun növü Britaniya Ordusu[d], Krallıq donanması
Rütbəsi feldmarşal[d]

Təltifləri Bant ordeni Order of the Thistle Qüdrətli Hamam ordeni King's Service Order Queen Elizabeth II Coronation Medal Queen Elizabeth II Silver Jubilee Medal Queen Elizabeth II Golden Jubilee Medal Queen Elizabeth II Diamond Jubilee Medal Order of Boyacá Order of the Oak Crown "III Karlos" ordeninin böyük xaçı Grand Cross of the Order of the Oak Crown Order of Charles III Order of Agricultural Merit (France) "Rumıniya Ulduzu" ordeni Order of the Star of Ghana Commander of the Order of Agricultural Merit "Fəxri legion" ordeninin Böyük xaçı Knight Grand Cross of the Order of the Bath Grand Cross of the Order of the Southern Cross Cənubi Xaç ordeni "Kanada" ordeninin üzvü "Hərbi xidmətə görə" ordeni Collar of the Supreme Order of the Chrysanthemum Grand Cordon of the Supreme Order of the Chrysanthemum "Payızgülü" ordeni Grand Cross 1st class of the Order of Merit of the Federal Republic of Germany Müqəddəs Olaf ordeni Knight Grand Cross with Collar of the Order of Saint Olav‎ Grand Cross of the Order of the Star of Romania "Macarıstan qarşısında xidmətlərə görə" Böyük xaçı Macarıstanın "Xidmətlərə görə" ordeni Finlandiyanın "Ağ qızılgül" ordeni Serafimlər ordeni Fil ordeni Order of Aviz Grand Cross of the Order of Orange-Nassau Respublika ordeni (Misir) Dostluq ordeni "Avstraliya" ordeni cəngavəri Order of Mubarak the Great Order of Merit (Qatar) "Kral Əbdüləziz" ordeni Order of Logohu Order of the Lion Order of Ojaswi Rajanya "Xidmət" ordeni Saskatchewan Order of Merit Order of the Crown (Netherlands) Order of the Aztec Eagle
Monoqram Monoqramın şəkli
royal.uk/the-king
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Çarlz 8 sentyabr 2022-ci ildə anasının ölümündən sonra kral oldu. 73 yaşında o, Britaniya tarixində ən uzun ömür sürən varis və Uels şahzadəsi olduqdan sonra Britaniya taxtına çıxan ən yaşlı şəxs oldu. 6 may 2023-cü ildə Vestminster abbatlığında tacqoyma mərasimi oldu.

Karl 14 noyabr 1948-ci ildə Bukingem sarayında anadan olmuşdur. O, Edinburq hersoginyası Şahzadə ElizabetEdinburq hersoqu Şahzadə Filipin ilk övladı və Kraliça Elizabetlə VI Corcun ilk nəvəsidir. Şahzadənin xaç valideynləri Kral (doğma babası), Norveç kralı VII Haakon, Mariya Tek (doğma böyük nənəsi), Şahzadə Marqaret (doğma xalası), YunanıstanDanimarka şahzadəsi Corc, Şahzadə Viktoriya, Xanım Brebon və Devid Bouz-Layon olmuşdur[8]. Hökmdarın qızının övladı olduğuna görə Karla Britaniya şahzadəsi və Zati-aliləri titulları verilməmişdi. Əvəzində o, Meriones Qrafı titulunu (atasının ikinci titulu idi) götürəcəkdi, lakin 22 oktyabr 1948-ci ildə VI Corc Şahzadə ElizabetEdinburq hersoqunun hər hansı övladına kral ailəsinin üzvü və şahzadə statusu hüququnun verilməsi haqqında sənəd hazırlatdı, bu isə Karlı doğuşdan kral ailəsinin şahzadəsi etdi.

Karlın üç yaşı olanda anasının Kraliça olması ilə o da II Elizabetin varisi oldu. Hökmdarın ən böyük oğlu olduğuna görə o, avtomatik olaraq Birləşmiş Krallığın vəliəhd şahzadəsi olmaqla yanaşı, həm də Kornuol Hersoqu, Rotsey Hersoqu, Kerrik Qrafı, Renfru Baronu, Adalar lordu və Şotlandiya Şahzadəsi oldu.

  1. 1 2 Charles, prince of Wales // Encyclopædia Britannica (ing.).
  2. 1 2 Lundy D. R. Charles Philip Arthur George Windsor, Prince of Wales // The Peerage (ing.).
  3. 1 2 3 4 Lundy D. R. Charles Philip Arthur George Mountbatten-Windsor, Prince of Wales // The Peerage (ing.).
  4. 1 2 3 4 5 6 Kindred Britain.
  5. 1 2 3 4 HRH The Prince of Wales | Prince of Wales. 2020.
  6. 1 2 Charles III., Großbritannien, König // Catalog of the German National Library (alm.).
  7. 60 ildir, kral olmağı gözləyən şahzadə. lent.az Arxivləşdirilib 2011-04-23 at the Wayback Machine  (az.)
  8. "Yvonne's Royalty Home Page – Royal Christenings". Users.uniserve.com. 6 August 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 20 February 2012.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]