Mozambik silsiləsi - Hind okeanıında yerləşən sualtı silsilə. Cənub-qərbdə Aqulyas şərqdə isə Mozambik çökəkliyi yerləşir. Silsilənin uzunluğu 1100 km, eni 300 km təşkil edir. Səthə ən yaxın yerinin dərinliyi 1207 m, ən dərin yeri isə 2900 m təşkil edir. Silsilənin suxurları materik məşəllidir. Bu səbəbdən onu bəzən Afrikanın sualtı davamı hesab edilir.
Faunası zəngindir. Burada 44 fəsiləyə 130 növə aid balıq vardır[1]
Silsilə Danimarka elmi-araşdırmacı "Qalateya" gəmisi tərəfindən 1951 ildə [2] araşdırılmışdır.