Lord-Hau silsiləsi — sualtı silsilə Sakit okeanın cənub-qərbindən başlayaraq şimal-qərbə istiqamətlənir. Yeni Kaledoniyanın şimal hissəsindən Çelencer platosuna, oradan isə Yeni Zelandiyanın cənubuna uzanır. Şimada Mərcan dənizindən başlayır.
Silsilənin formalaşması paleozoy dövrünə təsadüf edir. Uzunluğu 2500 km, eni 500 km-dir. Silsiləsin sahəsi 1 500 000 km² təşkil edir. Su səthindən olan dərinliyi 2500 – 1500 m arasında dəyişir.