Albatros silsiləsi — Sakit okeannın şərqində Yaylaya bənzər okean altı qalxma. Ekvatordan başlayaraq Kaliforniya körfəzinə qədər uzanır. Onun uzunluğu 2500 km təşkil edir. Eni 1000 km, su səthindən dərinliyi 1500–1000 arasında dəyişir. Dərinliyi 3357–3871 metr təşkil edir. Albatros silsiləsinin bəzi hissələri səthə çıxaraq Revilya-Xixedo, Klipperton və sualtı dayazlıqlar əmələ gətirir. Silsilə öz adını "Albatros" gəmisinin şərəfinə adlandırılıb. Gəmidən 1888–1905 illərdə Sakit okeanın sualtı tətqiqatları zamanı iştirak etmişdir.