Fıstıqlı — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd.
Fıstıqlı | |
---|---|
41°26′42″ şm. e. 46°47′33″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Kənd fıstıq ağacı çox olan ərazidə salındığı üçün belə adlandırılmışdır.[1]
Kənd Qapıçayın sahilində, Alazan-Əyriçay çökəkliyində yerləşir.
1872-ci ildə dərc olunmuş və 1869-cu il əhalinin kameral siyahıyaalınması nəticələrini əks etdirən Tiflis quberniyasının və Zaqatala dairəsinin hərbi icmalına əsasən Zaqatala dairəsinin İlisu naibliyinə daxil olan Fıstıqlı kəndində milli tərkibi muğallardan ibarət 42 ailə yaşayırdı.[2] Müvafiq icmalda dairəni təşkil edən yaşayış məntəqələrinin əhalisinin milli tərkibinə dair məlumatlarda etnik türklər muğallar, Dağıstanlı xalqların nümayəndələri isə ümumi adla ləzgilər olaraq göstərilmişdirlər. Kənd əhalisi etnik azərbaycanlılardan ibarətdir və Azərbaycan dilində danışır.[3]
2009-cu il Azərbaycan əhali siyahıyaalınmasına əsasən Qum kənd ərazi dairəsinə daxil olan yaşayış məntəqələrində 2.881 nəfər (1422 nəfəri kişilər, 1459 nəfəri qadınlar) əhali yaşayırdı.[4]
1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən Fıstıqlı kəndində hər iki cinsdən toplam 262 nəfər əhali yaşamaqdadır.[5]
Kənddə 75 təsərrüfat mövcuddur.
Qax rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |