Firdovsi (940[1], Tus, Samanilər dövləti – təq. 1020[1][2], Tus, Qəznəvilər dövləti, tam adı: Əbülqasim Həsən bin Əli Tusi, farsca: حکیم ابوالقاسم فردوسی توسی) — İran ədəbiyyatının simalarından biri.
Firdovsi | |
---|---|
fars. فِردُوسی | |
Doğum adı | حَکیم اَبوالقاسِم فِردُوسی طوسی |
Doğum tarixi | 940[1] |
Doğum yeri | |
Vəfat tarixi | təq. 1020[1][2] |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | şair, yazıçı |
Əsərlərinin dili | fars dili |
Tanınmış əsəri | |
Firdovsi Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Firdovsi Sultan Mahmud Qəznəvinin zamanında yaşamışdır. O əsərlərində Ərəb sözlərindən yayınmağa cəhd etmiş ilk İran şairlərindən biridir. Dünya şöhrətli "Şahnamə" əsəri üzərində 30 il zəhmət çəkmiş və dünya ədəbiyyatının ən gözəl incilərindən birini yaratmışdır.
Firdovsi fars dilindən əlavə, həm də ərəb və pəhləvi dillərini də kamil bilmişdir.
Firdovsinin 30 ilə yazdığı "Şahnamə" poeması İranın VII əsrədək olan tarixini özündə əks etdirir. Bu əsər 60 min beytdən ibarətdir və əfsanəvi İran-Turan müharibələrindən bəhs edir.
Rəvayətə görə, Qəznəvilər dövlətinin ən qüdrətli hökmdarı Sultan Mahmud əsərin hər beytinə bir qızıl pul verəcəyini deyir, lakin "Şahnamə"ni oxuyandan sonra bəyənmir və Firdovsiyə hər beyt üçün qızıl yox, gümüş pul verir. Bundan sonra Firdovsi sultana həcv yazır və doğma yurdunu tərk edir.
1020-ci ildə vəfat edən Firdovsi Tus şəhərindəki bağında dəfn edilir.