Əbdüllətif Bəndəroğlu

Əbdüllətif Bəndəroğlu Omran (1937[1], Tuzxurmatu, Səlahəddin mühafəzəsi2 fevral 2008[1], Amman) — türkman əsilli İraq şairi, tərcüməçisi, ədəbiyyatşünası, publisisti, folklorçusu və araşdırmaçısı, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1994), Bakı Dövlət Universitetinin fəxri doktoru.[2]

Əbdüllətif Bəndəroğlu
Əbdüllətif Bəndəroğlu Omran
Doğum tarixi 1937[1]
Doğum yeri
Vəfat tarixi 2 fevral 2008(2008-02-02)[1]
Vəfat yeri
Milliyyəti İraqlı
Təhsili
Fəaliyyəti şair, yazıçı, jurnalist, tərcüməçi
Üzvlüyü

İraq Türkmanlərinin öndə gələn ziyalılarından araşdırmaçı şair, yazar və jurnalist Əbdüllətif Omran Bəndəroğlu 1937-ci ildə İraqın Kərkük vilayətində Təzə Xurmatu kəndində anadan olmuşdur[3]. İbtidai sinfi Təzə Xurmatu və Kərkükdə başa vurdu. 1956-cı ildə Kərkük Petrol şirkətinə aid Texniki məktəbdə təhsilinə davam edərkən siyasi səbəblərdən məktəbdən xaric edildi. Artan siyasi təqiblər nəticəsində ölkədən getmək məcburiyyətində qalan Bəndəroğlu 1964-cü ildən sonra Livan, Bolqarıstan, Yunanıstan başqa ölkələlərdə müxtəlif işlərdə işlədi. 1965-ci ildə yenidən vətənə qayıtdı. 4 fevral 2008-ci ildə Ürdün Xəstəxanasında keçirdiyi ağır əməliyyat nəticəsində vəfat etdi. Nəcəfdə torpağa tapşırıldı.

Əbdüllətif Bəndəroğlu İraq-türkman folklorunu bütün fəaliyyət tipləri üzrə (toplayıcılıq, nəşr, tədqiq) öyrənmiş İraq-türkman folklorşünası olaraq bu sahədə özünəməxsus alim olmuşdur.

İraq-türkman folklorunun toplanması, tədqiqi və nəşri sahəsində fəaliyyətini davam etdirən Ə. Bəndəroğlunun 1993-cü ildə "İraq-türkman folklorundan örnəklər" adlı digər bir tədqiqat əsərini çapdan çıxarıb. 1970-ci ildə İraq türkmanlarına müəyyən mədəni hüquqlar verilmişdi. Tədqiqatçı bu əsərinin Kərkükdə ölkənin şimal bölgəsinin maarif müdiri vəzifəsində işləyərkən burada və Tuzxurmatuda yaşlı söyləyicilərlə görüşərək orijinal xalq yaradıcılığı mətnlərini onlardan toplayıb.

Məhəmməd Füzulinin 500 illik yubileyinin 1994-cü ildə Bağdadda yüksək səviyyədə keçirilməsində xidmətləri böyük olan şair elə həmin ildən Azərbaycan Yazıçılar Birliyinin "Ədəbiyyat qəzeti"nin beynəlxalq yaradıcı heyətinin İraq təmsilçisi kimi fəaliyyət göstərirdi. O həmçinin çoxcildlik "Azərbaycan folklor antologiyası"nın "Kərkük folkloru" cildinin hazırlanmasında fəal iştirak etmişdir.

Bakı Dövlət Universiteti Filologiya fakültəsində 20 il boyunca tələbələrə verdiyi konfrans və seminarlarlara görə 1992-ci ildə Universitetin Fəxri Doktoru adı verilmişdir. S. Hüseyndən sonra İraq Türkman mədəniyyət işlərinə baxan Prezident köməkçisi vəzifəsinə gətirildi. Daha sonra şimali İraq Ərbildə qurulan Federal Kürt Bölgəsi Hökumətində Nazir oldu.

Qəzənfər Paşayev ilə birlikdə Azərbaycan ilə İraq Kürdüstanı hökumətləri arasında ikitərəfli əlaqələrin bünövrəsini qoymuşdur.[4]

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

1973-cü ildə Bakıda "Qərənfil" adlı şeirlər kitabı çıxan Bəndəroğlu 24 yanvar 1970-ci ildə qəbul olunan Türkmanların mədəni hüquqlarının qismən tanınması ilə bağlı bildirişdən sonra Kərkükdə İrşad müdiri vəzifəsinə təyin olundu. 70-ci illərdən onun şeir topluları Bağdad, Ankara, Bakı şəhərlərində kütləvi tirajla nəşr olunur. Bir müddət sonra Mədəniyyət Nazirliyinə bağlı Türkman Mədəniyyət Müdiri və hər həftə çıxan "Yurd" qəzetində baş yazar və baş redaktor vəzifələrinə gətirildi.

1997–2000-ci illər arasında Türkiyənin Anadolu Xəbər Agentliyinin İraq müxbiri vəzifəsinda çalışan Bəndəroğlu, 1999-cu ildə İraq Mədəniyyət Nazirliyinə bağlı Türkman Mədəniyyət Müdiri və "Yurd" qəzetindəki vəzifələrindən ayrılaraq təqaüdə çıxdı. 2002-ci ildə "Yurd" qəzetinin baş yazarının vəfatından sonra yenidən həmin vəzifəyə gətirildi. 2003-cü ilin dekabr ayında öz istəyi ilə vəzifədən getdi.

Bədii tərcümə ilə ardıcıl məşğul olan şairin tərcüməsi Moskvada Səməd Vurğunun "Seçilmiş əsərləri", "Türk şeirindən seçmələr", Qəzənfər Paşayevin "Altı il Dəclə-Fərat sahillərində" kitabı ərəb dilində Bağdad şəhərində nəşr edilmişdir. "İraq-Türkman dili", "Ata sözlərimiz" (iki cilddə), "Füzuli Bayatlı", "İmadəddin Nəsimi əl-Bağdadi", "Azərbaycan şairləri" kitabları onu tədqiqatçı alim kimi tanıtmışdır.

  • "Günəş şərqisi", 1969
  • "Yurd torpağı", 1971
  • "Gur-gur baba", 1973
  • "Qərənfil", Bakı, 1973
  • "Doğu insanları", 1975
  • "Qərənfil", 1977
  • "Dəryanın dibi", 1980
  • "Ürək çırpıntıları", 1987
  • "Dünya unutmuşdu yağacağını", 1991
  • "İraq-türkman folklorundan örnəklər", 1993
  1. 1 2 3 4 Ərəbcə Vikipediya. 2003.
  2. Kuzəçi., Şəmsəddin. İraq mətbuat tarixi (1869-2019). Bakı: "CBS". səh. 53. ISBN 978-9952-516-66-1..
  3. "İraq bizə iraq deyil" (Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin xüsusi kitabçası), "Bakı" nəşriyyatı, 2002. səh.28. ISBN 9952-24-003-1
  4. "Mən əminəm ki, dostluq əlaqələri mütləq yaranacaq". Diplomat (az.). 15 (2). mart 2005. səh. 2.