Bu səhifənin səhifə silmə qaydasına əsasən silinə biləcəyi güman edilir. Əgər səhifənin silinməsinə dair etirazınız varsa, silinməyə namizəd səhifələr səhifəsində bu barədə fikrinizi bildirin. Müzakirə davam etdiyi müddət ərzində səhifədəki bu xəbərdarlığı silməyin.
Bu məqalə sonuncu dəfə 1 saniyə əvvəl Moses (müzakirə | töhfələr) tərəfindən redaktə olunub. (Yenilə) |
Bu məqalədə bəzi məlumatlarının mənbəsi göstərilməmişdir. |
Ədəbiyyat ensiklopediyaları və lüğətlər — mәlumat nәşrlәri. Ədəbiyyat ensiklopediyaları bәdii әdәbiyyat vә әdәbiyyatşünaslıq, әdәbi cәrәyan vә nәzәriyyә, yazıçı vә personajlar haqqında, hәmçinin folklor, dilçilik, kitabşünaslıq, estetika, publisistika, jurnalistika vә s. haqqında sistemlәşdirilmiş mәlumat verir[1].
Avropada әdәbiyyat ensiklopediyasının әn qәdim nümunәsi yunan şair vә qrammatiki Kallimaxın "Elmin bütün sahәlәrindә mәşhur olan adamlar vә onların әsәrlәri haqqında cәdvәllәr" kataloqu hesab olunur. İsgәndәriyyә kitabxanasının kataloqu kimi yaradılan "Cәdvәllәr" tәdricәn qәdim yunan әdәbiyyatının әsas sorğu mәnbәyinә çevrilmiş vә sonrakı sorğu kitabları üçün nümunә olmuşdur. İntibah dövründә ensiklopedik lüğәtlәr tez-tez çap olunurdu. Onlardan Konrad Gesnerin (1515–65) "Universal kitabxana"sı (1545) xüsusi әhәmiyyәtә malik idi. Kataloqa tәqribən 5 min müәllif haqqında mәlumat daxil edilmişdi. İohan Albert Fabrisius İntibah dövrünәqәdәrki әdәbiyyatlarda olan biliklәrә özünün silsilә sorğu kitablarında [2 cildlik "Latın kitabxanası, yaxud Qәdim latın müәlliflәrinin siyahısı" (Hamburq, 1697), 3 cildlik "Yunan kitabxanası" (Hamburq, 1705–1711) vә 6 cildlik "Orta әsrlәr vә sonrakı illәr latın kitabxanası" (Hamburq, 1734–36)] yekun vurdu. Biliklәrin yeni, ensiklopedik icmalı vә tәsnifatı ingilis filosofu Frensis Bekon tәrәfindәn "Yeni Orqanon" әsәrindә irәli sürülmüşdür[1].
Deni Didro vә D’Alamberin redaktәsi ilә çıxan "Ensiklopediya, yaxud Elm, incәsәnәt vә peşәlәrә dair izahlı lüğәt" (Paris, 1751–72) Bekon sisteminә uyğun tәrtib edilmişdir. XIX әsrdә Avropada qәdim dövr әdәbiyyatına dair sorğu kitabları yaradıldı: naşir V.Roşerin 6 cildlik "Yunan vә Roma mifologiyasının geniş leksikonu" (Leypsiq, 1884– 1937), V.Folmerin 3 cildlik "Bütün xalqların mifologiyasının tam lüğәti" (Ştutqart, 1836), Olden amerikan nәşriyyatının 20 cildlik "Dünya әdәbiyyatı ensiklopediyası" (Nyu-York, 1885–91) vә s. XX әsrdә folklorşünaslığın genişlәnmәsi ilә әlaqәdar olaraq, bu sahәyә aid maraqlı lüğәtlәr yarandı: "Əsas folklor, mifologiya vә әfsanәlәr lüğәti" (Nyu-York, 1949–50, c. 1–2). Yazıçı vә şairlәrә hәsr olunmuş biblioqrafik ensiklopediyalar geniş yayıldı: Koş Alman әdәbiyyatı lüğәti. Bioqrafik vә biblioqrafik sorğu kitabı, c. 1–4, Bern, 1949–58; Ensiklopedik italyan әdәbiyyatı lüğәti, c. 1–6, Roma – Bari, 1966–70 vә s.[1].
XX әsrin 2-ci yarısında fәrdi ədəbiyyat ensiklopediyaları vә lüğәtlәrә maraq artdı: "Göte haqqında soraq kitabı" (c.1–4, Ştutqart, 1955–61), Adolf Vilhelm Şmidtin "Şekspir leksikonu" (c.1–2, Berlin–Nyu-York, 1971), "Dante ensiklopediyası" (c. 1–5, Roma, 1970–76) vә s. Bir çox ölkәdә әdәbiyyatşünaslıq terminlәri lüğәtlәri çıxmışdır: L.Georgiyevin (Sofiya, 1963, 1969), Q.fon Vilpetin, Q.Sounun (Nyu-York, 1972) vә s. Rusiyada XIX әsr – XX әsrin әvvәllәrindә Nikolay Fyodoroviç Ostolopovun "Qәdim vә yeni poeziya lüğәti" (c.1–3, SPb, 1821); Semyon Vengerovun natamam "Rus yazıçı vә alimlәrinin tәnqidi-bioqrafik lüğәti…" (SPb, 1886–1904, c. 1–5, 6-cı әlavә cild çıxmışdır) vә s. nәşr edilmişdir. SSRİ-dә 2 cildlik "Ədәbiyyat ensiklopediyası. Ədәbi terminlәr lüğәti" (1925), 12 cildlik "Ədәbiyyat ensiklopediyası" (c. 1–9, 11 c. 1929–39; 10 vә 12-ci cildlәr çıxmamışdır), "Qısa әdәbiyyat ensiklopediyası" (c. 1–9, 1962–78), bircildlik "Ensiklopedik әdәbiyyat lüğәti" (1987) nәşr olunmuşdur. Ayrı-ayrı yazıçı vә şairlәrә hәsr edilmiş ensiklopediyalar da vardır ("Şevçenko lüğәti", c.1–12, Kiyev, 1976– 77; "Lermontov ensiklopediyası", M., 1981; "Dünya xalqlarının miflәri", c.1–2, M., 1980–82) vә s. Çin, Hindistan, Türkiyә, Vyetnam, Yaponiya vә s. ölkәlәrdә yazıçı vә şairlәrә hәsr olunmuş lüğәt-sorğu kitabları nәşr edilmişdir[1].
Yaxın vә Orta Şәrqdә, elәcә dә Azәrbaycanda geniş yayılmış tәzkirәlәr ədəbiyyat ensiklopediyaları vә lüğətləri sayıla bilәr: Dövlәtşah Sәmәrqәndinin "Tәzkirәt üş-şüәra" (1481–87), Əlişir Nәvainin "Mәcalis ün-nәfais" (1491), Əhdi Bağdadinin "Gülşәni üş-şüәra" (1563), Sam Mirzәnin "Töhfeyi-Sami", Sadıq bәy Əfşarın "Mәcmә ül-xәvas" (1599), Lütfәli bәy Azәrin "Atәşgәdә" (1762), Mir Möhsün Nәvvabın "Tәzkireyi-Nәvvab" (nәşri 1913), Məhəmmədəli Tәrbiyәtin "Danişmәndani-Azәrbaycan" (1935) tәzkirәlәri. Əziz Mirәhmәdovun "Ədәbiyyatşünaslıq. Ensiklopedik lüğәt"i tәkmillәşdirilmiş variantlarda 1957, 1965, 1988 vә 1998 illәrdә nәşr olunmuşdur. "Kitabi Dәdә Qorqud Ensiklopediyası" (2 cilddә. B., 2000) son dövr Azәrbaycan әdәbiyyatşünaslığının bu qәbildәn olan әn fundamental әsәridir. Teymur Əhmәdovun redaktәsi ilә "XX әsr Azәrbaycan yazıçıları" (B., 2004) kitabı irihәcmli biobiblioqrafik lüğәti, Z.Ş.Əsgәrlinin "Poetika: izahlı sözlük" (B., 2014) kitabı çapdan çıxmışdır[1].