Əli inaq

Tarixi mənbələrdə Sultan Şahruxun 1435-ci ilin sonunda Qarabağda qışlaması zamanı onun yanına gələn və sonra, 20 noyabr tarixdə vətənlərinə geri dönən ətraf yerlərin hakımlərinin adları sadalanarkən, ilk dəfə olaraq Əli inaqın da adı çəkilir; qeyd olunur ki, həmin tarixdə "Nüsrət əd-din Xəlilullah Şirvana və Əli inaq Şəkiyə və Əmir Bəyazid Bistam Muğana və İspaxbad isə Tavalaşa qayıtdılar"[2].

Əli
Əmir Əli inaq[1]
Şəki hökmdarı
+1435 – -1435
Şəxsi məlumatlar
Dini İslam

Tarixi mənbələrdə Əli inaqın da adı çəkilən 2-ci tarixi hadisə isə elə 1-ci hadisənin ardınca baş vermişdir. Belə ki Həsən bəy Rumlunun yazdığına görə "Şirvanşah Xəlilullah Şirvana gedən kimi (Sultan Şahruxa) xəbər çatdı ki (Şirvanşahın) qardaşları Keyqubad və Fərruxzad və Əbu İshəq və Haşım, Şəki hakimi Əmir Əli inaq ilə birlikdə bu iddiadadırlar ki, Şirvanşah Xəlilullahı Şirvandan çıxarsınlar. Ona görə o həzrət (Sultan Şahrux) Əmir Bayazid Xətlani və Əmir Çaqmaq Şami və Əmir Əli Bərəndəqi'ni çoxlu qoşunla Şirvan padşahına köməyə göndərdi. Xəlilullahın qardaşları Qarasu qalasında möhkəmləndilər və (Sultan Şahruxa məxsus) əsgərlər qalanın ətrafını dövrəyə aldılar. Onlar ( yəni qaladakılar) öz qardaşları Fərruxzadı bayıra göndərib xahiş etdilər ki, əmirlər (yəni (Sultan Şahruxun göndərdiyi əsgərlər) qaladan kənara çəkilsinlər ki bayıra çıxaq və sülh edək. Ona görə əmirlər oradan uzaqlaşdılar və Əmir Əli inaq beş min atlı ilə gəlib onlarla (qaladakılarla) birləşdi və əmirlər də yenə qayıtdılar əvvəlki yerlərinə – onların qarşısında durdular. Və Əmir Əli inaq xəbər göndərdi ki, Şeyx İbrahim məmləkəti öz sağlığında oğlanlarına vermişdi və Əmir Xəlil onları qovub. Əgər məmləkəti qardaşlarına geri qaytararsa aralarında sülh və dostluq olacaq, və əgər əksini edərsə o an müharibə başlamalıdır.

Əmirlər xəbəri ... (Sultan Şahruxa) çatdırdılar. O həzrət Əmir Yadigarşah Orlatı əmirlərə köməyə göndərdi. O əsnada Əli inaq əmirlərin üstünə şəbxun (gecə hücumu) etdi... və Əmir Mənsur ki Xəlilullahın mötəbər əmirlərdən idi onu öldürdülər. Və o əsnada Əmir Yadigarşah Orlat köməyə gəlib çatdı. Əmir Əli inaq və Əmir Xəlilullahın qardaşı yüz mün həsrət və ahla meşə tərəfə fərar etdilər və şanlı əmirlər geri dönüb qüdrətli orduya qatıldılar[3].

  1. "İnaq" monqol dövrünə aid rütbələrdən biridir. Hasan Rumlu. Ahsan al-tavarix, Teheran, 1970, səh.824; نزديكان و مقربان درگاه سلطنت، محارم شاه، مشاورين خاص پادشاه، مقرداين كلمات ايناق،(اناق) است به معناى مصاحب و مقرب (صف) شريك و يار (پا) خالصهء صلطنتى، كسى كه به طريقى خاص در خدمت سلطان باشد
  2. Фасих Ахмад ибн Джалал ад-дин Мухаммад ал-Хавафи. Муджмал-и Фасихи, Ташкент, 1980, 213; Hasan Rumlu. Ahsan al-tavarix, Teheran, 1970, 222 (Amma Həsən Rumluda sonuncunun adı yoxdur).
  3. Hasan Rumlu. Ahsan al-tavarix, Teheran, 1970, 222-223.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]