Ənvər İsmayılov (musiqiçi)

Ənvər Sərvər oğlu İsmayılov (ukr. Енвер Серверович Ізмайлов, krımtat. Enver Server oğlu İzmaylov; d. 12 iyun 1955, Kirquli, Fərqanə, Özbəkistan SSR, SSRİ) — Krımtatar əsilli Ukrayna xalqcaz musiqiçisi, virtuoz gitaraçı, "teppinq" gitara texnikasının məşhur təbliğatçısı, İsveçrənin Lozanna şəhərində keçirilən Avropa Beynəlxalq Gitara Yarışmasının birincilik mükafatının laureatı (1995), çoxsaylı diplom və mükafatların sahibi, Ukrayna Caz Assosiasiyasının Rəyasət Heyətinin üzvü (1995).

Ənvər İsmayılov
ukr. Енвер Ізмайлов
krımtat. Enver İzmaylov
Ənvər İsmayılov 12-ci dəmirçi festivalında çıxış edərkən
Ənvər İsmayılov 12-ci dəmirçi festivalında çıxış edərkən
Ümumi məlumatlar
Doğum tarixi (69 yaş)
Doğum yeri Kirquli, Fərqanə, Özbəkistan SSR, SSRİ
Vətəndaşlığı  SSRİ
 Ukrayna
Milliyyəti Krımtatar
Musiqiçi məlumatları
Fəaliyyəti ifaçı
Fəaliyyət illəri 1970–h.h.
Janr Caz
Musiqi aləti Gitara
Mükafatları
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ənvər İsmayılov 12 iyun 1955-ci il tarixində Özbəkistanın Fərqanə şəhərində anadan olmuşdur. Onun ailəsi Krım tatarlarının deportasiyası zamanı 1944-cü ilKrımdan Özbəkistana deportasiya edilmişdir. Yerli bir incəsənət məktəbindən faqot sinfində məzun olduqdan sonra, o, müstəqil olaraq elektrogitaranı məsimsəməyə və ifa etməyə başlamışdır. 1980-ci illərdə o, «Sato» adlı bir caz-rok qrupunun üzvü olmuşdur.[1]

Ənvər İsmayılov 1990-cı illərdə Fontan adlı mənzərəli bir kəndə köçmüşdür (hal-hazırda Simferopol şəhərinin ətrafında yerləşən bir məhəllə). O, burada öz dədə-babalarının – Krım tatarlarının musiqi folklorunu öyrənməyə başlamışdır. Bu illərdə o, İqor Pupenko ilə birlikdə etnocaz sintezi ideyasını əks etdirən bir neçə fərdi proqram yazmışdır. Paralel olaraq, onlar 1995-ci ilfleytaçalan Narket Ramazanov və təbilçi Rüstəm Bari tərəfindən təşkil olunan bir musiqi üçlüyünə rəhbərlik etmişdilər. Ənvər İsmayılov beynəlxalq festivallarda Türkiyə zərb aləti ifaçısı Burxan Öçal, Fransa pianoçusu Xavye Qarsiya və başqaları ilə birlikdə çıxış etmişdir.[2][3]

Riqa şəhərində nəşr olunan «Sovetskaya Molodej» (azərb. Sovet gəncləri‎) qəzetinin keçirdiyi sorğunun nəticələrinə görə Ənvər İzmaylov SSRİ-nin ən yaxşı gitaristləri arasında altıncı, "İlin musiqiçisi" kateqoriyasında beşinci, "Ən böyük məşhurluğa layiq olan musiqiçi" kateqoriyasında isə ikinci yeri tutmuşdur.[1]

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

Ənvər İsmayılov ailəlidir və bir qızı var. Ənvər İsmayılovun qızı – Ləniyə İsmayılova Krım tatarları arasında məşhur olan bir musiqiçidir. O, öz repertuarında xalq, cazpop musiqilərinin elementlərini bir araya gətirir.

Mükafatlar və təltiflər

[redaktə | mənbəni redaktə et]
  • «Эфсане». Əfsanə (1986);
  • «Передай добро по кругу». Əhatənə yaxşılıq göstər. «Sato» musiqi qrupu. Fərqanə (1987);
  • «At Fergana Bazar». Fərqanə bazarında. Almaniya (1991);
  • «Eastern Legend». Şərq əfsanəsi. Moskva (1993);
  • «Black Sea». Qara Dəniz. İsveçrə (1993);
  • «Dancing over the Moon». Ay üzərində rəqs etmək. Almaniya (1995);
  • «Minaret». Minarə. Kiyev (1997);
  • «Ultra-marin». Ultra-dənizçi. Bolqarıstan (2001);
  • «Meganom». Meqanom. Ukrayna (2012)
  1. 1 2 Herris, Kreyq. "Enver Izmailov". AllMusic. 2022-08-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 aprel 2018.
  2. Prazad, Anil. "Enver Izmaylov". Guitar Player. 1 iyul 2010. 2017-08-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 21 aprel 2018.
  3. Yanou, Skott. The Great Jazz Guitarists. San-Fransisko: Backbeat. 2013. səh. 220. ISBN 978-1-61713-023-6.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]