2019 UEFA Avropa Liqası finalı


2019 UEFA Avropa Liqası finalı Avropa Liqasının 2018–19 mövsümünün final matçıdır. 29 may 2019-cu ildə Bakı Olimpiya Stadionunda[5] keçirilmişdir.

2019 UEFA Avropa Liqası finalı
Turnir 2018–19 UEFA Avropa Liqası
Tarix 29 may 2019 (2019-05-29)
Yer Bakı Olimpiya Stadionu, Bakı
Matçın adamı Eden Hazard (Çelsi)[1]
Hakim Cian Luka Rokki (İtaliya)[2]
Tamaşaçı 51370[3]
Hava Açıq hava
21 °C (70 °F)
74% rütubət[4]
2018
2020

Finalda iki ingilis klubu – ArsenalÇelsi üz-üzə gəldi. Bu artıq onuncu turnir finalıdır ki, eyni ölkənin komandaları üz-üzə gəlir. Finalda 4–1 hesabı ilə qalib gələn Çelsi 2019 UEFA Super Kuboku çərçivəsində 2018–19 UEFA Çempionlar Liqası qalibi ilə üz-üzə gəlib.

Bu mövsümdən etibarən UEFA Avropa Liqasının finalı ilə UEFA Çempionlar Liqasının finalı eyni həftədə baş tutacaqdır.[6]. 2018-ci ilin martında UEFA matçda əlavə vaxtın oynanacağı təqdirdə komandalara dördüncü oyunçu əvəzetmə hüququnu verdi. Matçın start fiti Bakı vaxtı ilə 23:00-da səsləndi. Matçda həm də Avropa Liqası finalları tarixində ilk dəfə Video köməkçi hakimdən (VAR) istifadə olunmuşdu.[7]

Finala ev sahibliyi edən Bakı Olimpiya Stadionu

Bu final Azərbaycanda keçirilən ilk UEFA turnirinin finalı oldu. Stadion həm də UEFA Avro 2020-nin bəzi oyunlarına ev sahibliyi edəcək.[8]

İlk dəfə 9 dekabr 2016-cı ildə UEFA klub turnirlərinin finallarının keçirilməsiylə bağlı açıq təklif vermə prosesini başlatdı. Bununla bağlı assosiasiyalar öz maraqlarını 2017-ci ilin yanvarın sonuna kimi bildirməli idilər və rəsmi sənədləri həmin ilin 6 iyununa kimi təsdiqləməliydilər.[9]

UEFA 2017-ci ilin fevralın üçündə finalla maraqlanan 6 assosiasiyanın olduğunu desə də,[10] həmin ilin 7 iyununda sadəcə 3 federasiya UEFA-ya sənədlərini göndərmişdi:[11]

2019 UEFA Avropa Liqası Finalı seçimləri
Ölkə Stadion Şəhər Tutum Qeyd
Azərbaycan Azərbaycan Bakı Olimpiya Stadionu Bakı 69870 2019 UEFA ÇL finalına da seçim göndərmişdi
İspaniya İspaniya Ramon Sançez Pizxuan Stadionu Sevilya 42500
Türkiyə Türkiyə Vodafone Park İstanbul 41903 2019 UEFA Super Kubokuna da seçim göndərmişdi

Təkliflərin dəyərləndirilməsi 14 sentyabr 2017-ci ildə UEFA tərəfindən dərc edildi. Bakı Olimpiya Stadionu sentyabrın 20-si UEFA İcraiyyə Komitəsi tərəfindən finalın keçiriləcəyi stadion olaraq seçildi. Vodafone Park isə 2019 UEFA Super Kubokuna ev sahibliyi etmək hüququ qazandı.[12]

Finala gedən yol

[redaktə | mənbəni redaktə et]
Ətraflı bax: UEFA Avropa Liqası 2018/2019

Qeyd: E–ev, S–səfər oyunu

İngiltərə Çelsi Mərhələ İngiltərə Arsenal
Rəqib Nəticə Qrup mərhələsi Rəqib Nəticə
Yunanıstan PAOK 1–0 (S) 1-ci matç Ukrayna Vorskla Poltava 4–2 (E)
Macarıstan MOL Vidi 1–0 (E) 2-ci matç Azərbaycan Qarabağ 3–0 (S)
Belarus BATE Borisov 3–1 (E) 3-cü matç Portuqaliya Sportinq Lissabon 1–0 (S)
Belarus BATE Borisov 1–0 (S) 4-cü matç Portuqaliya Sportinq Lissabon 0–0 (E)
Yunanıstan PAOK 4–0 (E) 5-ci matç Ukrayna Vorskla Poltava 3–0 (S)
Macarıstan MOL Vidi 2–2 (S) 6-cı matç Azərbaycan Qarabağ 1–0 (E)
L qrupu birincisi
# Klub O Q B M V.Q B.Q ± Xal
1 İngiltərə Çelsi 6 5 1 0 12 3 +9 16
2 Belarus BATE Borisov 6 3 0 3 9 9 0 6
3 Macarıstan MOL Vidi 6 2 1 3 5 7 –2 7
4 Yunanıstan PAOK 6 1 0 5 5 12 –7 3
Qrupdakı son nəticələr E qrupu birincisi
# Klub O Q B M V.Q B.Q ± Xal
1 İngiltərə Arsenal 6 5 1 0 12 2 +10 16
2 Portuqaliya Sportinq Lissabon 6 4 1 1 13 3 +10 13
3 Ukrayna Vorskla Poltava 6 1 0 5 4 13 –9 3
4 Azərbaycan Qarabağ 6 1 0 5 2 13 –11 3
Rəqib Ümumi nəticə 1-ci matç 2-ci matç Finala doğru gedilən mərhələlər Rəqib Ümumi nəticə 1-ci matç 2-ci matç
İsveç Malmö 5–1 2–1 (S) 3–0 (E) 1/16 final Belarus BATE Borisov 3–1 0–1 (S) 3–0 (E)
Ukrayna Dinamo Kiyev 8–0 3–0 (E) 5–0 (S) 1/8 final Fransa Renn 4–3 1–3 (S) 3–0 (E)
Çexiya Slaviya Praqa 5–3 1–0 (S) 4–3 (E) 1/4 final İtaliya Napoli 3–0 2–0 (E) 1–0 (S)
Almaniya Ayntraxt Frankfurt 2–2 (3–4 pen.) 1–1 (S) 1–1 (ə.v) (E) Yarı final İspaniya Valensiya 7–3 3–1 (E) 4–2 (S)
Pier van Hoydonk finalın ulduz səfiridir

Final üçün ulduz səfir Niderlandlı məşhur futbolçu, Feyenoordla 2001–02 UEFA Kubokunun həm bombardiri həm də qalibi olmuş Pier van Hoydonkdur.[13] O həm də 2002-ci il UEFA Super Kubokunda da Borussiya Dortmunda 2 qol vuraraq qələbənin qazanılmasında önəmli pay sahibi olmuşdu.[14]

Xatırlatmaq lazımdır ki, Bakı Olimpiya Stadionunun tutumu 68700 nəfərdir. Final üçün satışa 64000 bilet çıxarılır. Bunların 37500 biletlik hissəsi Azərbaycan futbol sevərlərinə təqdim edilir.[15] Buna hər iki finalda iştirak edən klubun tutacaqları 6000-lik yerlər də daxildir. Yerdə qalan 26500 bilet UEFA.com tərəfindən 4 qiymət kateqoriyasında satışa çıxarılır: €140, €90, €50 and €30. 4700 nəfərlik digər hissə isə yerli icraiyyə komitəsinə, təşkilatlara, ticari partnyorlara və sponsorlara, beynəlxalq telekanallara verilir.[16]

Kubokun Azərbaycanda səyahət trayektoriyası

Kubokun səyahət trayektoriyası Avropadan, daha dəqiq desək Cenevrə avtosalonundan 5 mart 2019-cu ildə başladı. Sevilya, Berlin, London, Milan, MoskvaParis kimi şəhərləri gəzən kubok Bakıya 18 may 2019-cu ildə gəlib çatdı.[17] Kubok Avropa Liqasının səfiri olan portuqaliyalı futbolçu Nunu Rikardo tərəfindən şəxsən təhvil verilib. Bundan sonra kubok Azərbaycanın regionlarında səyahətə yollanıb və respublikanın ikinci böyük şəhəri qədim Gəncə və Cəbrayıl rayonunun 2016-cı ildə işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində dayanıb.[18]

Henrix Mxitaryan

Hər şey gözlənilmədən başladı. İlk hiddətlənən Bakıya getməyə heç hazırlaşmayan adam oldu – bu, Liverpulun alman baş məşqçisi Yürgen Klopp idi. O, finalın keçiriləcəyi günlərdə otellərdə və aviabiletlərə yüksək qiymətlərdən şikayətlənib və eyni zamanda deyib:

" Bakı… Bu cür qərar qəbul edən uşaqların səhər yeməyinə nə yediklərini bilmirəm. Anlayışım yoxdur ki, ora necə getmək olar, Bakıya müntəzəm reyslər varmı. Finalların keçirilməsi haqqında qərarlar daha düşünülmüş və əsaslandırılmış olmalıdır. Bu məsuliyyətsizlikdir. Bu cür qərarların necə qəbul edildiyini bilmirəm.[19] "

Bundan əlavə, finala maraq gözləniləndən çox az idi. Belə ki, Azərbaycana reysin az olması və viza problemi ingilislərin finala isti yanaşmamasına səbəb oldu. Bu səbəblərə biletin və Bakıda olan otel və hostellərin baha olması da təsir göstərdi.[20][21] Bu da azmış kimi, avropalıların Heydər Əliyev adına Beynəlxalq Hava Limanının çox kiçik olmasını deməsi, Azərbaycan tərəfinin hər iki London klubuna az yer ayırması bu qalmaqalları daha da qızışdırdı.[22] Bu söz-söhbətlərin nəticəsində London klublarına ayrılan, satılması nəzərdə tutulan 12000 biletin heç yarısı da satıla bilmədi. Nəticədə hər iki finalçı satılmayan biletlərdən imtina etdi.[23] Hətta, Arsenal klubu rəsmi açıqlama yayaraq UEFA-nın finalı Bakıda keçirmək qərarını "fiasko", "qəbul edilməz" bir vəziyyət olduğunu dilə gətirdi.[24] Bundan öncə isə Britaniya Xarici İşlər Nazirliyi Bakını səyahət edən ingilislərə diqqətli olmağı tövsiyə etmişdi.

Qalmaqalları qızışdıran daha bir futbolçu var idi: Henrix Mxitaryan. Azərbaycan tərəfi əvvəllər də erməni idmançıların ölkəyə gəliş və gedişində heç bir problemin olmadığını dilə gətirərək Mxitaryanın da təhlükəsizliyinə tam zəmanət verdiyini desə də, Arsenal Mxitaryanın komanda yoldaşları ilə birgə Bakıya gəlməməsi barədə qərar verdi.

UEFA prezidenti Aleksander Çeferin də Almaniyanın Der Spiegel jurnalına müsahibə verərək bu qalmaqallara münasibət bildirib. O, final oyununun Bakıda keçirilməsi qərarını müdafiə edib:

" Terror hücumlarının hədəfində olan Fransada Avropa çempionatını təşkil etməyi bacardıq. Futbol bu cür gərginliklərə görə dayandırılsa, gələcəkdə heç nə təşkil edə bilməyəcəyik.[25]
"

Açılış mərasimi

[redaktə | mənbəni redaktə et]

İngilis DJ Conas Blu finalın açılış mərasimində 150 nəfər rəqsçinin müşayiəti ilə performans sərgilədi.[26][27]

29 may 2019
21:45 (Azərbaycan saatı ilə)
Çelsi İngiltərə 4 : 1
Hesabat
İngiltərə Arsenal
Jiru Qol 49'
Pedro Qol 60'
Hazard Qol 65' (pen.)72'
Qollar İvobi Qol 69'
Olimpiya Stadionu, Bakı
Tamaşaçı: 51370[3]
Hakim: İtaliya Cian Luka Rokki
Çelsi[4]
Arsenal[4]
GK 1 İspaniya Kepa Arrizabalaqa
RB 28 İspaniya Sezar Azpilikueta (K)
CB 27 Danimarka Andreas Kristensen Booked in the 68-ci minute 68'
CB 30 Braziliya David Luiz
LB 33 İtaliya Emerson Palmiyeri
CM 7 Fransa N'Qolo Kante
CM 5 İtaliya Jorjinyo
CM 17 Xorvatiya Mateo Kovaçiç 76-cı dəqiqədə əvəz olunub 76'
RF 11 İspaniya Pedro Booked in the 56-cı minute 56' 71-ci dəqiqədə əvəz olunub 71'
CF 18 Fransa Olivye Jiru
LF 10 Belçika Eden Hazard
Əvəzetmələr:
GK 13 Argentina Villi Kabalyero
GK 52 İngiltərə Ceymi Kamminq
DF 3 İspaniya Markos Alonso
DF 21 İtaliya Davide Zappakosta 89-cu dəqiqədə əvəzetmədən daxil olub 89'
DF 24 İngiltərə Geri Kehil
DF 44 Uels Etan Ampadu
MF 8 İngiltərə Ross Barkli 76-cı dəqiqədə əvəzetmədən daxil olub 76'
MF 51 İngiltərə Konor Qalaqer
MF 55 İngiltərə Corc Mekekran
FW 9 Argentina Qonzalo İquayin
FW 22 Braziliya Vilyan 71-ci dəqiqədə əvəzetmədən daxil olub 71'
Baş məşqçi:
İtaliya Mauritsio Sarri
GK 1 Çexiya Petr Çex
CB 5 Yunanıstan Sokratis Papastatopoulos
CB 6 Fransa Loran Koselni (K)
CB 18 İspaniya Naço Monreal 66-cı dəqiqədə əvəz olunub 66'
RM 15 İngiltərə Enzli Meytlend-Nayls
CM 11 Uruqvay Lukas Torreyra 66-cı dəqiqədə əvəz olunub 66'
CM 34 İsveçrə Qranit Caka
LM 31 Bosniya və Herseqovina Sead Kolaşinaç
AM 10 Almaniya Mesut Özil 77-ci dəqiqədə əvəz olunub 77'
CF 9 Fransa Aleksandr Lakazet
CF 14 Qabon Pier-Emerik Obameyanq
Əvəzetmələr:
GK 19 Almaniya Bernd Leno
GK 44 Şimali Makedoniya Dejan İliev
DF 12 İsveçrə Stefan Lixtştayner
DF 20 Almaniya Şkodran Mustafi
DF 25 İngiltərə Karl Cenkinson
MF 4 Misir Mohamed Elneni
MF 29 Fransa Matteo Gündüzi 66-cı dəqiqədə əvəzetmədən daxil olub 66'
MF 59 İngiltərə Co Villok 77-ci dəqiqədə əvəzetmədən daxil olub 77'
FW 17 Nigeriya Aleks İvobi 66-cı dəqiqədə əvəzetmədən daxil olub 66'
FW 23 İngiltərə Denni Uelbek
FW 49 İngiltərə Eddi Nketia
FW 87 İngiltərə Bukayo Saka
Baş məşqçi:
İspaniya Unai Emeri

Oyunun adamı:
Eden Hazard (Çelsi)[1]

Hakim köməkçiləri:[2]
Filippo Meli (İtaliya)
Lorenzo Manqanelli (İtaliya)
Dördüncü hakim:[2]
Daniele Orsato (İtaliya)
Video köməkçi hakim:[2]
Massimilyano İrrati (İtaliya)

  1. 1 2 "Çelsi 2019 UEFA Avropa Liqası kubokunun sahibidir !". UEFA.com. Union of European Football Associations. 29 may 2019. 15 September 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 may 2019.
  2. 1 2 3 4 "Finalda iştirak edəcək hakimlər bəlli oldu". UEFA.com. Union of European Football Associations. 13 may 2019. 18 May 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 may 2019.
  3. 1 2 "Full Time Summary Final – Chelsea v Arsenal" (PDF). UEFA.com. Union of European Football Associations. 29 may 2019. 31 May 2019 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 29 may 2019.
  4. 1 2 3 "Tactical Lineups – Final – Wednesday 29 may 2019" (PDF). UEFA.com. Union of European Football Associations. 29 may 2019. 6 June 2019 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 29 may 2019.
  5. "Финал Лиги Европы UEFA пройдет в Баку". 2017-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-24.
  6. "UEFA Europa League final 2019 to be played on 29 May". 2018-06-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-24.
  7. "VAR UEFA turnirlərində istifadə edilir". UEFA.com. Union of European Football Associations. 3 dekabr 2018. 2018-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 dekabr 2018.
  8. "Bakı Avropa Liqası finalına ev sahibliyi edəcək". UEFA.com. Union of European Football Associations. 20 sentyabr 2017. 2017-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-23.
  9. "UEFA klub turnirlərinin final seçimləri" (PDF). UEFA. 2017-08-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-05-23.
  10. "15 assosiasiya 2019-da keçiriləcək turnirlərin finalı ilə maraqlanır". UEFA. 3 fevral 2017. 2019-01-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-23.
  11. "Ten associations bidding to host 2019 club finals". 7 iyun 2017. 2018-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-23.
  12. "UEFA Executive Committee agenda for Nyon meeting". UEFA.com. Union of European Football Associations. 7 sentyabr 2017. 2019-01-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-23.
  13. "Arsenal draw Napoli in pick of Europa League quarter-finals". France 24. Agence France-Presse. 15 aprel 2019. 17 may 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 May 2019.
  14. "Feyenoordun UEFA kuboku möhürü". BBC Sport. British Broadcasting Corporation. 8 may 2002. 14 February 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 dekabr 2017.
  15. "Europa League final: supporter information". arsenal.com. Arsenal FK. 9 may 2019. 5 June 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 may 2019.
  16. "Bakıdakı finalda 37500 bilet əsas publikaya təqdim edilir". UEFA.com. Union of European Football Associations. 28 fevral 2019. 2019-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-25.
  17. "Kia Motors ilk dəfə Avroliqa Kubok turunu start götürəcək". UEFA.com. Union of European Football Associations. 28 fevral 2019. 2019-05-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-25.
  18. "Avropa Liqasının kuboku Cocuq Mərcanlıda". Oxu.az. 19 may 2019. 25 May 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 May 2019.
  19. "Bakıdakı futbol finalı ətrafında qalmaqal. Qərəzli şərh". jam-news.net. 20 may 2019. 23 July 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 May 2019.
  20. "Europa League final: Arsenal & Chelsea fans face difficult trip to Baku". BBC Sport. 9 may 2019. 18 July 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 may 2019.
  21. "Liverpool, Tottenham, Chelsea and Arsenal fans criticise Uefa for final ticket numbers". BBC Sport. 11 may 2019. 10 May 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 may 2019.
  22. Hughes, Matt. "Baku airport 'too small to accommodate more Chelsea and Arsenal fans for Europa League final'". The Times. 10 may 2019. 18 July 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 may 2019.
  23. Thomas, Lyall. "Arsenal and Chelsea to send back up to 6,000 unsold Europa League final tickets". Sky Sports. 23 may 2019. 14 April 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 may 2019.
  24. Dean, Sam. "Arsenal furious at Europa League final in Baku: 'It is unacceptable and cannot be repeated'". The Telegraph. 16 May 2019. 14 April 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 may 2019.
  25. "UEFA prezidenti Mxitaryanın Bakıya gəlməməsinə münasibət bildirib". Oxu.az. 24 may 2019. 4 August 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 May 2019.
  26. "Jonas Blue to perform at UEFA Europa League final". Oxu.az. 22 may 2019. 30 May 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 may 2019.
  27. Performansın uzaqdan çəkilmiş videosu
  28. 1 2 3 "Matçın statistikası" (PDF). UEFA.com. Union of European Football Associations. 29 may 2019. 17 December 2019 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 29 may 2019.