2019 UEFA Çempionlar Liqası finalı

2019 UEFA Çempionlar Liqası finalıÇempionlar Liqasının 2018–19 mövsümünün final matçıdır. 1 iyunda Madriddə yerləşən Vanda Metropolitano stadionunda keçirilmişdir.[5]

2019 UEFA Çempionlar Liqası finalı
Turnir 2018–19 UEFA Çempionlar Liqası
Tarix 1 iyun 2019 (2019-06-01)
Yer Vanda Metropolitano, Madrid
Matçın adamı Vircil van Dayk (Liverpul)[1]
Hakim Sloveniya Damir Skomina [2]
Tamaşaçı 63 272[3]
Hava Günəşli
30 °C (86 °F)
15% rütubət[4]
2018
2020

Finalda iki ingilis klubu: LiverpulTottenhem Hotspur üz-üzə gəldi. Bu həm də Tottenhemin oynadığı ilk ÇL finalı oldu. Bu finalda yeddinci dəfə eyni ölkənin klubları üz-üzə gəldi. Həmçinin, bu 2008-ci il finalından bəri ikinci ingilis klublarının qarşılaşdığı final idi.

Matçda rəqibinə 2–0 hesabı ilə qalib gələn Liverpul 6-cı dəfə bu kuboka yiyələndi. Həmçinin, 2018–19 UEFA Avropa Liqası qalibi Çelsi ilə 2019 UEFA Super Kuboku çərçivəsində oyun oynama hüququ qazandı. Bundan əlavə komanda 2019-cu ilin dekabrında Qətərdə keçiriləcək klublararası dünya çempionatında da iştirak edəcək.

Bu mövsümdən etibarən UEFA Avropa Liqasının finalı ilə UEFA Çempionlar Liqasının finalı eyni həftədə baş tutacaqdır.[6]. 2018-ci ilin martında UEFA matçda əlavə vaxtın oynanacağı təqdirdə komandalara dördüncü oyunçu əvəzetmə hüququnu vermişdi. Matçın start fiti Bakı vaxtı ilə 23:00-da səsləndi.[7] Matçda həm də Çempionlar Liqası finalları tarixində ilk dəfə video köməkçi hakimdən (VAR) istifadə olunmuşdu.[8]

Bu Madriddə keçirilən beşinci Çempion Klublar Kuboku / UEFA Çempionlar Liqası finalı oldu. Burada ən son final 2010-cu ildə Santyaqo Bernabeu stadionunda keçirilmişdi.[9]

2017-ci ildə stadionda yenilənmə-bərpa işləri bitdi. Atletiko Madrid klubu ev oyunlarını burada keçirir. UEFA-nın sponsorluq qaydalarına görə stadion UEFA turnirlərində "Estadio Metropolitano" olaraq adlandırılır.[9]

İlk dəfə 9 dekabr 2016-cı ildə UEFA klub turnirlərinin finallarının keçirilməsiylə bağlı açıq təklif vermə prosesini başlatdı. Bununla bağlı assosiasiyalar öz maraqlarını 2017-ci ilin yanvarın sonuna kimi bildirməli idilər və rəsmi sənədləri həmin ilin 6 iyununa kimi təsdiqləməliydilər.[10]

UEFA 2017-ci ilin fevralın üçündə Azərbaycanİspaniyanın finalla yaxından maraqlandığını bildirdi.[11] Təkliflərin dəyərləndirilməsi 14 sentyabr 2017-ci ildə UEFA tərəfindən dərc edildi. Vanda Metropolitano sentyabrın 20-si UEFA İcraiyyə Komitəsi tərəfindən finalın keçiriləcəyi stadion olaraq seçildi. Bakı Olimpiya Stadionu isə Avroliqa finalına ev sahibliyi etmə hüququ qazandı.[12][13]

Finala gedən yol

[redaktə | mənbəni redaktə et]
Ətraflı bax: UEFA Çempionlar Liqası 2018/2019

Qeyd: E–ev, S–səfər oyunu

İngiltərə Tottenhem Hotspur Mərhələ İngiltərə Liverpul
Rəqib Nəticə Qrup mərhələsi Rəqib Nəticə
İtaliya İnter 1–2 (S) 1-ci matç Fransa Paris Seyn-Jermen 3–2 (E)
İspaniya Barselona 2–4 (E) 2-ci matç İtaliya Napoli 0–1 (S)
Niderland PSV Eyndhoven 2–2 (S) 3-cü matç Serbiya Srvena Zvezda 4–0 (E)
Niderland PSV Eyndhoven 2–1 (E) 4-cü matç Serbiya Srvena Zvezda 0–2 (S)
İtaliya İnter Milan 1–0 (E) 5-ci matç Fransa Paris Seyn-Jermen 1–2 (S)
İspaniya Barselona 1–1 (S) 6-cı matç İtaliya Napoli 1–0 (E)
B qrupu ikincisi
# Klub O Q B M Vt Bt ± Xal
1 İspaniya Barselona 6 4 2 0 14 5 +9 14
2 İngiltərə Tottenhem Hotspur 6 2 2 2 9 10 –1 8
3 İtaliya İnter 6 2 2 2 6 7 –1 8
4 Niderland PSV Eyndhoven 6 0 2 4 6 13 –7 2
Qrupdakı son nəticələr C qrupu ikincisi
# Klub O Q B M Vt Bt ± Xal
1 Fransa Paris Seyn-Jermen 6 3 2 1 17 9 +8 11
2 İngiltərə Liverpul 6 3 0 3 9 7 +2 9
3 İtaliya Napoli 6 2 3 1 7 5 +2 9
4 Serbiya Srvena Zvezda 6 1 1 4 5 17 –12 4
Rəqib Ümumi nəticə 1-ci matç 2-ci matç Finala doğru gedilən mərhələlər Rəqib Ümumi nəticə 1-ci matç 2-ci matç
Almaniya Borussiya Dortmund 4–0 3–0 (E) 1–0 (S) 1/8 final Almaniya Bayern Münhen 3–1 0–0 (E) 3–1 (S)
İngiltərə Mançester Siti 4–4 (SQ) 1–0 (E) 3–4 (S) 1/4 final Portuqaliya Porto 6–1 2–0 (E) 4–1 (S)
Niderland Ayaks 3–3 (SQ) 0–1 (E) 3–2 (S) Yarı final İspaniya Barselona 4–3 0–3 (S) 4–0 (E)

Finalın ulduz səfiri Atletiko Madriddə 2002–03 və 2007–09 illərində oynamış Luis Qarsiya idi. O həm də 2005-ci ildə Liverpulla Çempionlar Liqası kubokunu başı üzərinə qaldırmışdı.[14]

Final üçün stadionda 63500 yer ayrılmışdır. Həmin yerlərin 38000-lik hissəsi əsas publikaya, azarkeşlərə təqdim edilir. Buna hər iki finalçı klub üçün hərəsinə ayrıca ayrılmış 17000-lik yerlər də daxildir. Yerdə qalan 4000 bilet isə UEFA.com tərəfindən 4 qiymət kateqoriyasında satışa çıxarılır: €600, €450, €160 and €70. Yerdə qalan hissə isə yerli icraiyyə komitəsinə, təşkilatlara, ticari partnyorlara və sponsorlara, beynəlxalq telekanallara verilir.[15]

Açılış mərasimi

[redaktə | mənbəni redaktə et]
Xarici video
2019 UEFA Çempionlar Liqası finalı: Açılış mərasimi (6:21)

Amerikanın məşhur pop rok qrupu Imagine Dragons matç başlamazdan öncə bir sıra pirotexniki vasitələr və fişənglərin müşayiəti ilə ard-arda "Believer", "Thunder", "Radioactive", "On Top of the World" kimi hit mahnılarını səsləndirərək gözəl performans sərgilədi.[16][17][18] Ukraynanın çalğı alətləri kvarteti olan Asturia Girls isə oyunçular stadiona gəldiyi vaxt UEFA Çempionlar Liqası Himnini səsləndirdilər.[19]

Start fitindən öncə elə finalın olduğu gün maşın qəzası nəticəsində həyatını itirən ispaniyalı futbolçu Xose Antonio Reyes 1 dəqiqəlik sükutla yad edildi. Liverpul matça sürətli başladı və 24-cü saniyədə penalti qazandı. Belə ki, Sadio Manenin pası Musa Sissokonun qoluna dəymişdi. Matçın ikinci dəqiqəsində penaltini qola çevirən Salah həm də Çempionlar Liqası finalları tarixində ən erkən ikinci qolun müəllifi oldu.[20] Ümumiyyətlə, birinci hissədə topa sahib olmada Tottenhem daha üstün olsa da, qol imkanları tapmaqda çətinlik çəkirdi. Liverpul isə daha ehtiyatlı və əks-hücuma meyilli oynayırdı. 18-ci dəqiqədə naməlum qadının meydançaya girməsi nəticəsində oyunda bir az fasilə yaşandı.[21]

İkinci hissə başlayarkən ard-arda Liverpul qol fürsətləri yaratmışdı. Məsələn, Ceyms Milnerin zərbəsi qapıdan azca aralı keçmişdi. Hər iki klubun məşqçisi əvəzetmələrini 60-cı dəqiqədən sonra etdi. Tottenhem vaxt daraldıqca daha çox hücuma çıxırdı, lakin hücumlar qolla bitmirdi. Və "vurmayana vurarlar" prinsipi yenə özünü doğrultdu. 87-ci dəqiqədə künc zərbəsi zamanı Tottenhemli oyunçular topu cərimə meydançalarından uzaqlaşdıra bilmədilər və nəticədə topu əldə edən Divok Origi qapının sağ aşağı küncünə dəqiq zərbə endirərək hesabı artırdı. Matç bu hesabla bitdi və Liverpul 6-cı dəfə bu titula yiyələndi. Yürgen Klopp isə Liverpulda ilk kubokunu qazandı.[22]

1 iyun 2019
23:00 (Bakı vaxtı ilə)
Tottenhem Hotspur İngiltərə 0 : 2
Hesabat
İngiltərə Liverpul
Qollar Salah Qol 2' (pen.)
Origi Qol 87'
Vanda Metropolitano, Madrid
Tamaşaçı: 63 272[3]
Hakim: Sloveniya Damir Skomina
Tottenhem Hotspur[4]
Liverpul[4]
GK 1 Fransa Huqo Lyoris (K)
RB 2 İngiltərə Kiran Tripyer
CB 4 Belçika Tobi Alderveyreld
CB 5 Belçika Yan Vertongen
LB 3 İngiltərə Denni Rouz
CM 17 Fransa Musa Sissoko 74-cü dəqiqədə əvəz olunub 74'
CM 8 İngiltərə Herri Vinks 66-cı dəqiqədə əvəz olunub 66'
RW 20 İngiltərə Dele Alli 81-ci dəqiqədə əvəz olunub 81'
AM 23 Danimarka Kristian Eriksen
LW 7 Cənubi Koreya Son Honq-min
CF 10 İngiltərə Harri Keyn
Əvəzetmələr:
GK 13 Niderland Mişel Vorm
GK 22 Argentina Paulo Qazzaniqa
DF 6 Kolumbiya Davinson Sançez
DF 16 İngiltərə Kayl Volker-Peters
DF 21 Argentina Xuan Foyt
DF 24 Kot-d'İvuar Serj Orye
DF 33 Uels Ben Deyvis
MF 11 Argentina Erik Lamela
MF 12 Keniya Viktor Vanyama
MF 15 İngiltərə Erik Dayer 74-cü dəqiqədə əvəzetmədən daxil olub 74'
MF 27 Braziliya Lukas Moura 66-cı dəqiqədə əvəzetmədən daxil olub 66'
FW 18 İspaniya Fernando Liorente 81-ci dəqiqədə əvəzetmədən daxil olub 81'
Baş məşqçi:
Argentina Maurisio Poçettino
GK 13 Braziliya Alisson
RB 66 İngiltərə Trent Aleksandr-Arnold
CB 32 Kamerun Joel Matip
CB 4 Niderland Vircil van Dayk
LB 26 Şotlandiya Endrü Robertson
CM 14 İngiltərə Cordan Henderson (K)
CM 3 Braziliya Fabinyo
CM 5 Niderland Jorjinyo Viynaldum 62-ci dəqiqədə əvəz olunub 62'
RF 11 Misir Məhəmməd Salah
CF 9 Braziliya Roberto Firmino 58-ci dəqiqədə əvəz olunub 58'
LF 10 Seneqal Sadio Mane 90-cı dəqiqədə əvəz olunub 90'
Əvəzetmələr:
GK 22 Belçika Simon Minyole
GK 62 İrlandiya Kevin Kelleher
DF 6 Xorvatiya Deyan Lovren
DF 12 İngiltərə Cozef Qomez 90-cı dəqiqədə əvəzetmədən daxil olub 90'
DF 18 İspaniya Alberto Moreno
MF 7 İngiltərə Ceyms Milner 62-ci dəqiqədə əvəzetmədən daxil olub 62'
MF 20 İngiltərə Adam Lallana
MF 21 İngiltərə Aleks Oksleyd-Çemberleyn
MF 23 İsveçrə Cerdan Şakiri
FW 15 İngiltərə Deniyel Störidc
FW 24 İngiltərə Rian Brüster
FW 27 Belçika Divok Origi 58-ci dəqiqədə əvəzetmədən daxil olub 58'
Baş məşqçi:
Almaniya Yürgen Klopp

Matçın adamı:
Vircil van Dayk (Liverpul)[1]

Hakim köməkçiləri:[2]
Yure Praprotnik (Sloveniya)
Robert Vukan (Sloveniya)
Dördüncü hakim:[2]
Antonio Mateu Laos (İspaniya)
Video köməkçi hakim:[2]
Danni Makkeli (Niderland)

  1. 1 2 "Və final matçının adamı: Vircil van Dayk !". UEFA.com. Union of European Football Associations. 1 iyun 2019. 2019-06-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 1 iyun 2019. (#invalid_param_val)
  2. 1 2 3 4 "Çempionlar Liqasının finallarına artıq hakimlər təyin olunub". UEFA.com. Union of European Football Associations. 14 may 2019. 8 June 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 may 2019.
  3. 1 2 "Full Time Report Final – Tottenham Hotspur v Liverpool" (PDF). UEFA.com. Union of European Football Associations. 1 iyun 2019. 2019-09-15 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 1 iyun 2019.
  4. 1 2 3 "Tactical Line-ups – Final – Saturday 1 June 2019" (PDF). UEFA.com. Union of European Football Associations. 1 iyun 2019. 7 June 2019 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 1 iyun 2019.
  5. "Madrid 2019-cu ildəki ÇL finalına ev sahibliyi edəcək". UFEA.com. Union of European Football Associations. 20 sentyabr 2017. 20 sentyabr 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 sentyabr 2017.
  6. "UEFA Europa League final 2019 to be played on 29 May". 2018-06-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-03.
  7. "Additional fine-tuning of club competition regulations for 2018/19 onwards". UEFA.com. Union of European Football Associations. 27 mart 2018. 27 mart 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 mart 2018.
  8. "VAR Çempionlar Liqasında tətbiq olunur". UEFA.com. Union of European Football Associations. 3 dekabr 2018. 3 dekabr 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 dekabr 2018.
  9. 1 2 "Madriddəki Estadio Metropolitano 2019-cu ildəki ÇL finalına ev sahibliyi edəcək". UEFA.com. Union of European Football Associations. 20 sentyabr 2017. 3 aprel 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 dekabr 2018.
  10. "UEFA klub turnirlərinin final seçimləri" (PDF). UEFA. 2017-08-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-07-04.
  11. "15 15 assosiasiya 2019-da keçiriləcək turnirlərin finalı ilə maraqlanır". UEFA.com. Union of European Football Associations. 3 fevral 2017. 23 yanvar 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 dekabr 2018.
  12. "UEFA İcraiyyə Komitəsinin Nyondakı növbəti görüşü". UEFA.com. Union of European Football Associations. 7 sentyabr 2017. 23 January 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 dekabr 2018.
  13. "Atletiko Madridin stadionu 2019-dakı ÇL finalına ev sahibliyi edəcək". Associated Press. 20 sentyabr 2017. 17 aprel 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 aprel 2019.
  14. "Bayern drawn against Liverpool in last 16". fcbayern.com. Fußball-Club Bayern München. 17 dekabr 2018. 18 dekabr 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 dekabr 2018.
  15. "2019 UEFA Çempionlar Liqası finalının biletləri Cümə Axşamı günündən satışa çıxarılır". UEFA.com. Union of European Football Associations. 13 mart 2019.
  16. Smirke, Richard. "Imagine Dragons UEFA Çempionlar Liqası finalındakı açılış mərasimində iştirak edir". Billboard. 9 may 2019. 10 May 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 may 2019.
  17. Medrano, Teresa. "Imagine Dragons abre final de la Champions en Madrid" [Imagine Dragons opens Champions League final in Madrid]. San Francisco Chronicle (isp.). Associated Press. 1 iyun 2019. 1 iyun 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 iyun 2019.
  18. BT Sport. "Imagine Dragons UEFA Champions League full opening ceremony". 1 iyun 2019. 1 iyun 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 iyun 2019 – YouTube vasitəsilə.
  19. "Asturia Girls ÇL himnini ifa etdilər". UEFA.com. Union of European Football Associations. 21 may 2019. 30 June 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 iyun 2019.
  20. "Salah scores second-fastest Champions League final goal". Yahoo Sports. 1 June 2019. 1 iyun 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 iyun 2019.
  21. Das, Andrew; Smith, Rory. "Scoring Early and Late, Liverpool Beats Tottenham to Win Sixth Champions League Title". The New York Times. 1 iyun 2019. 1 iyun 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 iyun 2019.
  22. Taylor, Daniel. "Liverpool Salah və Originin qollarıyla qələbə qazandı". The Guardian. 1 iyun 2019. 1 June 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 iyun 2019.
  23. 1 2 3 "Matçın statistikası" (PDF). UEFA.com. Union of European Football Associations. 1 iyun 2019. 2019-06-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 1 iyun 2019.