ABŞ-də idman

ABŞ-də idman (ing. Sports in the United States) — ABŞ mədəniyyətinin mühüm tərkib hissələrindən biri.

MLB, MLS, NBA, NFL və ya NHL-də ən azı bir komandaya malik bütün ABŞ və Kanada şəhərləri, 2018-ci il

Amerika futbolu bir çox göstəriciyə görə ən məşhur tamaşaçı idmandır,[1] Milli Futbol Liqası (NFL) dünyada ən yüksək ortalama iştirakçıya malik idman liqasıdır və Super Boul dünyada milyonlar tərəfindən izlənilir. Beysbol XIX əsrin sonundan ABŞ-nin milli idman növü olaraq qəbul edilib, Böyük Beysbol Liqası (MLB) üst liqadır. Basketbolbuzüstü hokkey ölkənin növbəti iki aparıcı peşəkar komanda idmandır, Milli Basketbol Assosiasiyası (NBA) və Milli Hokkey Liqası (NHL) üst liqalardır. Bu dörd böyük idman peşəkarlıqla oynanıldıqda hər biri ilin fəqli, lakin üst-üstə düşən vaxtlarında bir mövsüm keçirirlər. Kollec futbolubasketbolu böyük auditoriyanı cəlb edir.[2] Futbolda ölkə 1994 FİFA Dünya Kubokuna ev sahibliyi etdi, kişi milli futbol komandası on dəfə Dünya Kubokuna vəsiqə qazanıb və qadın milli futbol komandası üç dəfə FİFA Qadınlararası dünya çempionatı qalibi olub, MLS ABŞ-də bu idmanın ən yüksək liqasıdır (21 Amerika və 3 Kanada komandası çıxış edir). ABŞ-də professional idman bazarı təxminən 69 milyard $ təşkil edir, bu bütün Avropa, Yaxın Şərq və Afrika ölkələrinin cəmindən təxminən 50% böyükdür.[3]

ABŞ-də səkkiz Olimpiya oyunları təşkil edilib (2028 Yay Olimpiya Oyunları doqquzuncu olacaq). 2017-ci il (2017-ci il) tarixinə olan məlumata əsasən, ABŞ, Yay Olimpiya Oyunlarında digər bütün ölkələrdən daha çox olmaqla 2.522 medal qazanıb və Qış Olimpiya Oyunlarında 305 medal qazanaraq Norveçdən sonra ikincidir.[4] Beysbolamerika futbolu kimi başlıca ABŞ idman növləri Avropa praktikasında inkişaf etməməsinə baxmayaraq basketbol, voleybol, skeytbordinqsnoubordinq Amerikanın ixtiralarıdır və bəziləri isə dünyada məşhurdur. Lakrosssörfinq Qərb təmasından əvvəlki yerli amerika və yerli havaylıların fəaliyyətlərindən yaranmışdır.[5] Ən çox izlənilən fərdi idman növləri qolf və avtoidman, xüsusilə NASCAR-dır.[6][7] Reqbi birliyi 115.000+ qeydiyyatdan keçmiş oyunçu və ayrıca 1,2 milyon iştirakçı ilə ABŞ-də ən sürətlə böyüyən idman sayılır.[8]


  1. Krane, David K. "Professional Football Widens Its Lead Over Baseball as Nation's Favorite Sport". Harris Interactive. 30 oktyabr 2002. 9 iyul 2010 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 14 sentyabr 2007. MacCambridge, Michael (2004). America's Game: The Epic Story of How Pro Football Captured a Nation. New York: Random House. ISBN 0-375-50454-0.
  2. "Passion for College Football Remains Robust". National Football Foundation. 19 mart 2013. 2014-04-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 1 aprel 2014.
  3. "Global sports market to hit $141 billion in 2012". Reuters. 18 iyun 2008. 2013-10-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 24 iyul 2013.
  4. Chase, Chris. "The 10 most fascinating facts about the all-time Winter Olympics medal standings". USA Today. 7 fevral 2014. 2019-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 fevral 2014. Loumena, Dan. "With Sochi Olympics approaching, a history of Winter Olympic medals". Los Angeles Times. 6 fevral 2014. 2014-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 fevral 2014.
  5. Liss, Howard. Lacrosse (Funk & Wagnalls, 1970) pg 13.
  6. "As American as Mom, Apple Pie and Football? Football continues to trump baseball as America's Favorite Sport" (PDF). Harris Interactive. 16 yanvar 2014. 9 mart 2014 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2 iyul 2014.
  7. Cowen, Tyler; Grier, Kevin. "What Would the End of Football Look Like?". Grantland/ESPN. 9 fevral 2012. 2013-11-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 fevral 2012.
  8. Hodgetts, Rob. "Will U.S. learn to love rugby?". 2022-08-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-05.