Lakros, hər oyunçunun kiçik və sərt plastikdən edilmiş topu daşıya biləcəkləri və ucunda bir səbət olan çubuqlarla (crosse) oynadığı, məqsədi topu qarşı komanda qalasına soxmaq olan bir sıra idmanıdır. Oyun dəyişik kateqoriyalarda fərqli ədəddə oyunçudan yaranan komandalarla oynanar. Kişilər açıq sahədə 10 oyunçu, bağlı sahədə altı oyunçudan ibarət olan komandalarla oynayarkən, qadınlar 12 adamdan yaranan komandalarla mübarizə edərlər. Klassik olaraq hər qola 1 bal verilər. Ancaq ABŞ peşəkar lakros liqası Major League Lacrossedə 15 yarddan uzaqdan atılan qollara 2 ədəd verilər. Normal şərtlərdə matçların normal müddətinin bərabərə bitməsi nəticəsində uzatma tətbiq olunar.[1][2][3]
Ümumiyyətlə Şimal Amerikada məşhur olan lakros, Kanadanın milli idmanı olaraq qəbul edilməkdədir.[4] Eyni zamanda ABŞda ən sürətli inkişaf edən idmandır.[5].
Müasir lakrosta kişilərdə on oyunçudan ibarət olan iki komanda çəmən və süni çəmən üzərində mübarizə edər. Bu on oyunçunun üçü hücum oyunçusu, üçü orta sahədə, üçü də müdafiədə vəzifəlidir. Bir oyunçu isə qapıçıdır. Kişilərin idman paltarları müvəffəqiyyəti, çiyinlərini, qollarını və əllərini qarşı komanda lakros çubuqlarından gələn zərbələrə qarşı qoruyucu bir şəkildədir. Bunun əksinə qadınların paltarında yalnız gözü qoruyacaq bir eynək vardır. Bunun səbəbi qadınların mübarizəsində çubuqlarla qarşı komanda oyunçusuna müdaxiləyə dözümlülük yoxdur. Qadınlarda yalnız qapıçının paltarında kaska kimi qoruyucular vardır. Qadınların lakros matçlarında bir başqa fərq orta sahədə iki dənə artıqdan oyunçu tapılması və komanda 12 oyunçudan qurulmasıdır.
İdman haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |