Abdallı — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Çörük Qəmərli rayonunun inzibati-ərazi vahidində kənd.
Abdallı | |
---|---|
ჯავშანიანი | |
41°26′02″ şm. e. 44°26′02″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 400 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 1100[2] |
Abdallı kəndi Maşaver çayının sol sahilində, rayon mərkəzindən 11 km günbatarda, avtomobil magistral yolunun kənarında, dəniz səviyyəsindən 620 metr hündürlükdə yerləşir.
1903-cü ildə erməni-azərbaycanlı münaqişəsi zamanı bu kənd Ağdamın Abdal-Gülablı kəndindən qaçqın düşən insanlar tərəfindən salınıb. İlk öncə bu kənd Marneuli rayonunun Kişmiştəpə ərazisində məskunlaşmışdır. Sonradan 1905-ci ildə indiki Abdallıya köçüb. Bir il sonra kəndin varlı təbəqəsi Dmanisi rayonunun Qızılkilsə kəndinə köç etmişlər. Sonradan kəndin adı dəyişdirilərək Cavşanı olmuşdur. Lakin 1990–1991-ci illərdə Gürcüstan hakimiyyətinin zorla gürcüləşdirmə siyasəti çərçivəsində kəndin əhalisinin istəyinin əleyhinə olaraq kəndin adı dəyişdirilərək Cavşaniani qoyulub. Kəndin əhalisi indi də Abdallının tarixi adı geri qaytarılmasını tələb edir.[3]
Abdallı toponimi qədim Ağ Hunlar sayılan Abdal tayfası ilə əlaqələndirilə bilər.
Əhalisi 1870-ci ildə 216 nəfər; 1918-ci ildə 253 nəfər, 1926-cı ildə 40 ailədə 232 nəfər, 2002-ci ildə 232 ailədə 829 nəfər, 2006-cı ildə 185 ailədə 800 nəfər olub.
Abdallının tanınmışları içərisində ilk öncə məşhur Borçalı qaçağı Kor İsmayıl yada düşür. Gürcü və rus çarlarına qarşı amansız mübarizə aparan İsmayılın dəstəsində 100-dən çox Borçalı fəalı vardı. Çox təəssüf ki, sapı özümüzdən olan baltalar tərəfindən həlak edilən İsmayılın gerbi hazırda Cəfərli kəndindədir. Onun övladları Abdallıda və Qoçuluda yaşayırlar.
Hazırda kənddə 2 orta məktəb və klub fəaliyyət göstərir. İlk orta məktəb 1927-ci ildə açılıb (2005-ci ildə 13 sinifdə 136 şagird təhsil alırdı).
Abdallı kəndi yaxınlığında qaya üzərində Koroğlu qalası yerləşir.
borchali.net — də: Abdallı kəndi Arxivləşdirilib 2012-05-17 at the Wayback Machine
Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |