Abxaziya erməniləri (erm. Հայերն Աբխազիայում) - Gürcüstanın şimal-qərbində yerləşən Abxaziyada məskunlaşmış erməni əsilli əhali. Qarabağ müharibəsi zamanı Abxaziya ermənilərindən təşkil edilmiş batalyonların iştirakı və xüsusi amanslızlqa cinayətlər törətdiyi məlumdur. 1992-1993-cü illərdə baş vermiş Abxaziya müharibəsində ermənilərdən ibarət Baqramyan batalyonuda seperatçıların tərəfindən müharibədə iştirak etmişdir. Ermənilər Abxaziyada XIX əsrin sonları, XX əsrin əvvəllərindən etibarən məskunlaşmağa başlamışdılar. Paytaxt Suxumi və Qaqra şəhərləri başda olmaqla, ölkədə 45 minə yaxın erməni əsilli əhali yaşamaqdadır.
Abxaziya bölgəsində ermənilərin kütləvi formada məskunlaşması XIX əsrin sonları, XX əsrin əvvəllərinə təsadüf edir. Rusiya imperiyası tərəfindən 1763-1864-cü illər Qafqaz müharibəsi dövründə icra edilən Çərkəz soyqırımı Abxaziyada yaşayan müsəlmanların vəziyyətinə də öz təsirini göstərib. Bölgə də olan müsəlman əhalinin azalmasından istifadə edən bir çox erməni icmaları çoğrafi baxımdan əlverişli olan torpaqlarda sürətli şəkildə köç etməyə başlayıblar.[1] Erməni soyqırımında iştirakı etmiş bir çox hərbi cinayətkarda hadisələrdən sonra Abxaziyaya köçməyə başlayıb.[1]
Abxaziya ermənilərinin növbəti aktivliyi 1992-1993-cü illərdə baş vermiş Abxaziya müharibəsinə təsadüf edir.[2] Gürcüstan tərəfinin müharibədə üstünlük yaratmasından narahatan olan erməni icması çıxış yolu kimi hərbi birləşmə yaradaraq Abxaziya tərəfdən müharibəyə qoşulmaqda görür. Yaradılan batalyon Sovet İttifaqı marşalı İvan Baqramyanın şərəfinə Baqramyan batalyonu olaraq adlandırılır. Baqramyan batalyonunun iştirakı ilə 1992-1993-cü illərdə baş vermiş Abxaziya müharibəsində bir çox hərbi cinayətlər və zoraklıq hadisələri törədilmişdir. Göstərdikləri xidmətlərə görə 20-dən çox erməni mükafatlandırılmış, ümumilikdə 242 nəfər müharibədə öldürülmüşdür. Müharibədən sonra bir çox erməni maddi ehtiyaclar səbəbindən Rusiya və Ermənistana getmişdir.
Abxaziyada siyahıyaalınma ilə bağlı ən etibarlı mənbələr ailə siyahıları hesab olunur. 1886-cı ildə hazırlanan və 1893-cü ildə Tbilisi şəhərində nəşr edilən ailə siyahısına əsasən Suxumi bölgəsində 69 min insan yaşamaqda idi və bunların 28 mini etnik abxazlardan ibarət olmuşdur. Həmin dövrün məlumatına görə, paytaxt bölgəsində yaşayan ermənilərin sayı min nəfərə yaxındır. 1897-ci ildə Çar Rusiyası tərəfindən aparılmış siyahıyaalınmaya əsasən Abxaziyada 58 min insanın ana dili Abxaz dili olmuşdur.[3]
Siyahıyaalma ili | Gürcü | Abxaz | Rus | Erməni | Yunan | Cəmi |
---|---|---|---|---|---|---|
1926 | 36,3% (67 494) |
30,1% (55 918) |
6,7% (12 553) |
13,8% (25 677) |
7,6% (14 045) |
186 004 |
1939 | 29,5% (91 967) |
18,0% (56 197) |
19,3% (60 201) |
15,9% (49 705) |
11,1% (34 621) |
311 885 |
1959 | 39,1% (158 221) |
15,1% (61 193) |
21,4% (86 715) |
15,9% (64 425) |
2,2% (9 101) |
404 738 |
1970 | 41,0% (199 596) |
15,9% (77 276) |
19,1% (92 889) |
15,4% (74 850) |
2,7% (13 114) |
486 959 |
1979 | 43,9% (213 322) |
17,1% (83 087) |
16,4% (79 730) |
15,1% (73 350) |
2,8% (13 642) |
486 082 |
1989 | 45,7% (239 872) |
17,8% (93 267) |
14,3% (74 913) |
14,6% (76 541) |
2,8% (14 664) |
525 061 |
2003 | 21,3% (45 953) |
43,8% (94 606) |
10,8% (23 420) |
20,8% (44 870) |
0,7% (1 486) |
215 972 |