Ah, ədalət! (film, 1997)

Ah, ədalət! qısametrajlı televiziya tamaşası rejissor Mirzə Əliyev tərəfindən 1997-ci ildə ekranlaşdırılmışdır. Teletamaşa Azərbaycan televiziyasında istehsal edilmişdir. Televiziya tamaşası azərbaycanlı şair, yazıçı, dramaturq, Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanının əsas nümayəndəsi olan Hüseyn Cavidin həyatını əks etdirir. Teletamaşada rolları Nazir Rüstəmov, Azad Şükürov, Məleykə Məmmədova, Əfqan Soltanov, Kazım Abdullayev, Rafiq İbrahimov və Elman Təvəkküloğlu ifa edirlər.

Ah, ədalət!
Ah, ədalət!
Janr qısametrajlı
dram
bioqrafik
Rejissor Mirzə Əliyev
Əsərin müəllifi Nafilə Abuzərli
Baş rollarda Nazir Rüstəmov
Azad Şükürov
Məleykə Məmmədova
Əfqan Soltanov
Kazım Abdullayev
Rafiq İbrahimov
Elman Təvəkküloğlu
Operator Abbasağa İmanov
Rəssam Rəfael Əlizadə
İstehsalçı Azərbaycan televiziyası
İlk baxış tarixi 1997
Filmin növü qısametrajlı televiziya tamaşası
Müddət 46 dəq.
Ölkələr Azərbaycan Azərbaycan
Dil azərbaycanca
İl 1997
Rəng rəngli

Məzmun[redaktə | mənbəni redaktə et]

Televiziya tamaşası azərbaycanlı şair, yazıçı, dramaturq, Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanının əsas nümayəndəsi olan[1] Hüseyn Cavidin (Nazir Rüstəmov) həyatını əks etdirir. Teletamaşada ziyalıların ona qarşı çıxışları, onun yaradıcılığını əsassız tənqid etmələri, digərlərinin isə cidd-cəhdlə onun tərəfini tutmaları, Cavidin haqsız yerə həbsi, həbsdə Mişkinaz (Məleykə Məmmədova) xanımla son görüşü, uzun illər sonra Cavidin nəşinin Azərbaycana gətirilməsi lirik şəkildə tərənnüm olunur.

Filmin üzərində işləyənlər[redaktə | mənbəni redaktə et]

Əsər müəllifi: Nafilə Abuzərli
Rejissor: Mirzə Əliyev
Operator: Abbasağa İmanov
Rəssam: Rəfael Əlizadə

Rollarda[redaktə | mənbəni redaktə et]

Nazir RüstəmovHüseyn Cavid
Azad Şükürov — Cavidin tərəfdarı
Məleykə Məmmədova — Mişkinaz Cavid
Əfqan Soltanov — Cavidin tərəfdarı
Kazım Abdullayev — Cavidə qarşı çıxan
Rafiq İbrahimov — Cavidə qarşı çıxan
Elman Təvəkküloğlu — Cavidə qarşı çıxan

Film haqqında[redaktə | mənbəni redaktə et]

Televiziya tamaşası Nafilə Abuzərlinin[2] "Cavid" poeması əsasında ekranlaşdırılıb.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Hüseyn Cavid". 2022-03-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-21.
  2. Nafilə Abuzərli

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Azərbaycan filmlərinin siyahısı
1997-ci ilin Azərbaycan filmləri
1990-cı illər Azərbaycan filmlərinin siyahısı