Akhtem Seidablayev (d. 11 dekabr 1972, Yanqıyol Özbəkistan SSR) — Krım tatarı əsilli aktyor, senarist və rejissor. 2013-cü ildə Haytarma və 2017-ci ildə Another's Prayer daxil olmaqla bir çox yüksək səviyyəli filmlərin rejissorudur. Krımın Rusiya Federasiyası tərəfindən ilhaq edilməsinə qarşı çıxmışdır. Bunu rejissoru olduğu filmlərdə də göstərmişdir. Bir neçə tanınmış Krım tatarlarının taleyinə dair filmləri Ukrayna və Avropada təriflənsə də, Rusiya xəbər bülletenləri tərəfindən tənqid edilmişdir.
Akhtem Seidablayev | |
---|---|
Akhtem Seitablayev | |
Doğum tarixi | |
Doğum yeri | Yanqıyol Özbəkistan SSR |
Vətəndaşlığı | |
Fəaliyyəti | kinorejissor, kino aktyoru, teatr aktyoru, teatr rejissoru |
Fəaliyyət illəri | 1999 |
Təhsili |
|
Tanınma səbəbi | Rejissor, ssenarist |
Mükafatları |
|
IMDb | ID1982961 |
Vikianbarda əlaqəli mediafayllar |
1972-ci ildə Özbəkitsan SSR-nin Yanqıyol şəhərində anadan olmnuşdur. Stalin dövründə Krım tatarlarının kütləvi sürgün cəzalarına məruz qaldıqları bu dövrdə, valideynləri Sürgün dövründə Özbəkistana sürgün edilmişdir. İlk təhsilini Özbəkistan alan Səaidablayev 1989-cu ildə SSRİ yenidənqurma dövrünə kimi ailəsi ilə birlikdə sürgündə qalmışdır.[1][2][3] 29 may 2018-ci ildə Rusiyanın idarəsi altında olan Krımda, həbs olunan rejissor Oleh Sentsovu dəstəklədiyini açıqladı. Onun kimi aktyor olan İvanna Dyadyur ilə evlidir və üç övladı var.
Kino fəaliyyətinə 1992-ci ildə Krım Mədəni Maarif məktəbini bitirdikdən sonra başlamışdır. 1992–2004-cü illərdə Simferopol Krım Tatar Dövlət Teatrında çalışmışdır. Burada bir çox pyesə, o cümlədən Aleksandr Puşkinin əsərlərinin canlandırılmasına rəhbərlik etmişdir. 2005-ci ildə Dneperin sol sahilindəki Kiyev Akademik Dram və Komediya Teatrında işə başladı. 2009-cu ildə ilk filmi "İki üçün dördlük" filmini çəkdi. 2013-cü ildə ən məşhur filmi olan Haytarma filmini çəkmişdir. Kiyev Post filmə müsbət rəy vermiş və onu tarix maraqlılarının "mütləq baxmalı olduğu filmlər" siyahısına salmışdır.[4][5] Simferopoldakı Kosmos Sinema filmə ilk həftə ərzində 6 min insanın baxdığını, sonradan isə hər gün min nəfərin baxdığını hesablamışdır. Bu 4 iyuna qədər belə davam etmişdir. Kinoteatr ilk əvvəl hər günə iki seans nəzərdə tutsa da, gözlənilməyən səviyyədə yüksək maraqdan sonra əlavə olaraq 1 senans da əlavə edilmişdir.
2016-cı ildən 2017-ci ilə qədər Soyqırım zamanı 80-dən çox yəhudi uşağının etnik kimliyini dəyişdirərək Krım Tatar ənənələrini təqlid etməyi öyrədən Gestaponu gizlədən uşaq bağçası müdiri Səidə Arifovanın real həyatına əsaslanaraq Başqasının duası filmini çəkmişdir. Film 18 may 2017-ci ildə Sürgünün ildönümü olaraq yayımlandı. Əvvəlcə film Krımda çəkilməli idi, lakin 2014-cü ildə Rusiya Federasiyası tərəfindən Krımın ilhaqından sonra Ukrayna və Gürcüstanda çəkilmək qərarı verildi.
Aktyor kimi | |||
---|---|---|---|
İli | Film | Rolu | |
2003 | Mamay | Umay'ın qardaşı | |
2004 | Moskovskaya saga | (bölüm) | |
Tatarskiy triptikh | Stambulskiy Sokhti / Rüstəm | ||
2005 | Muxtarın qayıdışı −2 | Safiullin | |
Zoloti khloptsi | (bölüm) | ||
Navizhena | Mühafizəçi | ||
2006 | Bohdan-Zynoviy Khmelnytskyi | ||
Muxtarın qayıdışı −3 | Timur Khazov | ||
Zhinocha robota z ryzykom dlia zhyttia | Artem Polonskyi | ||
2007 | Zhaha ekstrymu | Nikita | |
2008 | Prityazhenie | Arkadiy (Aleksandr Nikolayeviçin oğlu) | |
2009 | Osinni kvity | Meshochnik trende | |
2011 | Temni vody | ||
2012 | Actor, or the Love not after playwright | ||
2012 | Svaty −6 | Murat Vladlenovych (Bukovelin sahibi) | |
2012 | Haytarma | Əhmədxan Sultan | |
2015 | Hvardiya | Tatar | |
Tsentralna likarnya | Rüstəm Ağalarov | ||
2016 | Ya z toboyu | Andriy | |
Den Nezalezhnosti. Vasil Stus | Vasil Stus | ||
Skhidni solodoshchi | İbrahim | ||
Na liniyi zhyttia | Serhiy Zadorozhnyi | ||
2017 | Pravylo boyu | Qara kişi | |
2017 | Chuzhaya molitva | ||
2018 | Spisok Zhelaniy | Leonid Kaufman (bələdiyyə işçisi) |