Alatoran: Yeni Ay (film musiqisi)

"The Twilight Saga: New Moon – Original Motion Picture Soundtrack"2009-cu ildə çıxarılmış "Alatoran: Yeni Ay" filminin rəsmi film musiqisidir. “Yeni Ay” filminin musiqisini bəstəkar Aleksandr Desplat[1] yazsa da, musiqi seçimini, “Alatoran” filminin də musiqi prodüserliyini etmiş Aleksandra Patsavas etmişdir.[2] “The Twilight Saga: New Moon: Original Motion Picture Soundtrack” albomu Patsavasın “Chop Shop” leybli və “Atlantic Records” tərəfindən[2] satışa çıxarılmışdır.[3]

The Twilight Saga: New Moon – Original Motion Picture Soundtrack
Albomun üz qabığı
Albomun üz qabığı
Yayımlanma tarixi 16 oktyabr 2009
Janr indi rok, alternativ rok, film musiqisi
Müddət 57:40
Leybl Chop Shop/Atlantic Records
Prodüser Alexandra Patsavas
Albom xronologiyası
"Twilight: Original Motion Picture Soundtrack"
(2008)
"The Twilight Saga: New Moon – Original Motion Picture Soundtrack"
(2009)
"The Twilight Saga: Eclipse: Original Motion Picture Soundtrack"
(2010)

New Moon: Original Motion Picture Soundtrack

[redaktə | mənbəni redaktə et]

“Yeni Ay” filmində istifadə olunmuş musiqilər sırf film üçün yazılmış mahnılardır[4] və onlar müxtəlif indi-rok və alternativ rok sənətçiləri tərəfindən ifa edilmişdir. “Yeni Ay” filminin rejissoru Kris Veytz qeyd edirdi ki, film musiqilərini səsləndiənlər arasında Radiohead, MuseBand of Skulls kimi məşhur qruplar da var.[5]Death Cab for Cutie” qrupu xüsusi olaraq film üçün yazılmış "Meet Me on the Equinox" mahnısını ifa etmiş və mahnı ilk dəfə “MTV Video Music Awards” mərasimi zamanı səsləndirilmişdir.[2] Bassist Nik Harmer qeyd edir ki, “Biz 'Meet Me On the Equinox' mahnısını yazarkən fikirləşdik ki, bütün “Alatoran” romanlar seriyası boyunca davam edən və əsas obrazların xarakerində əks olunan ülvi mövuz və motivləri əks etdirək.[6] "Meet Me on the Equinox" mahnısına çəkilmiş və filmdən səhnələrin də yer aldığı klipin premyerası 7 oktyabr 2009-cu ildə baş tutdu.[7] İngilis rok qrupu “Muse” film üçün, 2009-cu ildə çıxarılmış “The Resistance” albomundan olan “I Belong to You” mahnısının yeni remiks versiyasını işləmişdir. St. Vincent “Bon Iver” qrupundan Castin Vernonla birgə “Roslyn” mahnısını yazmışdır. Mahnını təsvir edərkən o deyir: "[Castin] öz gözəl falseti ilə oxuyur, mən isə ən aşağı səsimlə ifa edirəm…Məncə bizim ikimizin səsinin birləşməsindən nəsə vampirsayağı bir hiss yaranır. Bu sadə, səmimi bir mahnıdır.” Film musiqisi rəsmən 20 oktyabr 2009-cu ildə çıxarılsa da, tarixi 4 gün irəli çəkilərək 16 oktyabr kimi qeyd edilmişdir.[4]

Kompozisiya siyahısı

[redaktə | mənbəni redaktə et]
# Musiqi/İfaçı Səhnə Müddət
1 "Meet Me on the Equinox" - Death Cab for Cutie Bağlanış titrlarında ikinci musiqi 3:44
2 "Friends" Band of Skulls Bellanın yad adamla motosikletdə getməsi 3:09
3 "Hearing Damage" - Tom Yorki Viktoriyanın canavar sürüsündən qaçması 5:04
4 "Possibility" - Likki Li Ayların keçməsi fonunda Bella oturur və düşünür 5:06
5 "A White Demon Love Song" - The Killers Bağlanış titrlərində ilk musiqi 3:34
6 "Satellite Heart" - Anya Marina doğum günü partisindən sonra Edvard Bellanı evə gətirir 3:33
7 "I Belong to You" [New Moon Remix] - Muse Bella və Cessika kinoya gedir 3:12
8 "Rosyln" - Bon Iver və St. Vincent Bella otağında şəkilləri çap edir 4:49
9 "Done All Wrong" - Black Rebel Motorcycle Club Cared və Embri Bellanı Emilinin evinə aparır 2:49
10 "Monsters" - Hurricane Bells Edvard məktəbə qayıdır 3:16
11 "The Violet Hour"- Sea Wolf Bellanın doğum günü partisi 3:32
12 "Shooting the Moon" - OK Go Bella və Ceykob vaxtını qarajda keçirir 3:18
13 "Slow Life" - Grizzly Bear ft. Viktoriya Leqrand qayalıqdan tullanan Bella suyun altında 4:21
14 "No Sound But the Wind" - Editors Səsvermədən sonra Edvard Bellanı Kallenlərin evindən gətirir 3:48
15 "New Moon (The Meadow)" - Aleksandr Desplat Açılış musiqisi 4:09

iTunes dijital albom

[redaktə | mənbəni redaktə et]

Onlayn alış üçün açıq olan iTunes dijital albomu 16 oktyabrda albomun mağazalarda satışa çıxarılmasından əvvəl təqdim edilmişdir.[8] Albomun bu versiyasına üç bonus parça, musiqi videosu və 15 standart parça daxil idi. Əvvəlcədən sifariş edilmiş alboma isə daha dörd bonus parça da daxil idi.

# Mahnı/İfaçı Qeyd(lər) Səhnə
16 "Solar Midnite" - Lupe Fiasco[9] 3:32 Bella, Ceykob və Mayk kinoteatrda
17 "All I Believe In" - The Magic Numbers 4:04 Bella və Ceykob motosikleti təmir edir
18 "Die Fledermaus – Duettino: Ach, ich darf nicht hin zu dir" - APM Orchestra[9]
1:09 Edvard, Bella, Elis, Ceyn, Feliks & Demetri liftdə
"Meet Me on the Equinox" - Death Cab for Cutie musiqi videosu -

Beynəlxalq bonus parçalar

[redaktə | mənbəni redaktə et]
# Mahnı/İfaçı Rehion
1 "Thunderclap" - Eskimo Co Avstraliya
2 "Frente al Mar" - Ximena Sarinana Meksika[10][11]
3 "Sed" - No Way Out İspaniya & Meksika[11]
4 "Cavalier Noir" - BB Brunes Fransa[12]
5 "Es Tut Wieder Weh" - Cennifer Rostok Almaniya[13]
6 "Destiny" - Miliya Kato Yaponiya

The Twilight Saga: New Moon – Original Motion Picture Soundtrack Companion

[redaktə | mənbəni redaktə et]

“The Twilight Saga: New Moon – Original Motion Picture Soundtrack Companion” CD/DVD albomuna, “Yeni Ay” film musiqisindən beynəlxalq bonus parça (yapon bonus parçası istisna olmaqla) da daxil idi.[14] Əvvəlcə albomun çıxarılması 16 mart 2010-cu ilə təyin edilmişdi. 1 martda Warner albomu “satışı gözlənilənlər”[15] siyahısına daxil etdi və 2011-ci ilin dekabrında çıxarılacağını bildirdi. 24 may 2010-cu ildə Warnerin yenidən albomun çıxış tarixini dəyişərək 25 may 2010-cu il olaraq qeyd etdi Kris Veytz və Aleksandra Patsavasın müsahibələri v Lupe Fiasconun “Solar Midnite” mahnısına çəkilmiş klip isə albomdan çıxarıldı.[16]

CD
# Mahnı/İfaçı Müddət
1 "Solar Midnite" - Lupe Fiasko
2 "All I Believe In" - The Magic Numbers
3 "Die Fledermaus – Duettino: Ach, ich darf nicht hin zu dir" - APM Orchestra
4 "Thunderclap" - Eskimo Co
5 "Cavalier Noir" - BB Brunes
6 "Sed" - No Way Out
7 "Frente al Mar" - Ximena Sarinana
8 "Es Tut Wieder Weh" - Cennier Rostok
9 "Satellite Heart" (Air Mail Remix) - Anya Marina
DVD
# İfaçı/Mahnı Müddət
1 "Death Cab for Cutie" qrupu və Aleks Patsavasla müsahibə
2 Death Cab for Cutie – "Meet Me on the Equinox" (klip)
3 Anya Marina – "Satellite Heart" (klip)
4 Hurricane Bells – "Monsters" (klip)

Bütün ABŞ ərazisində olan “Hot Tpoic” mağazaları “Yeni Ay” film musiqisi albomunun satışa çıxarıldığı 16 oktyabr tarixində azad dinləmə günü təşkil etmiş və fanatların alboma daxil olan musiqiləri və ifaçıların xüsusi mesajlarını dinləmək şansı yaratmışdır.[17] CD bukletinin arasında isə “Yeni Ay”ın posteri yerləşdirilmişdi.[18]

Albomun beynəlxalq versiyası müəyyən ölkələrdə, “lokal” ifaçıların bonus parçaları ilə satışa çıxarılmışdı.[19] Məsələn, Meksika və Latın Qremmi nominantı Ximena Sarinana albomun ispan dilli versiyasında “Frente al Mar” mahnısı ilə iştirak etmişdi.[10][11]

 İcmallar
Tənqidçilərin qiyməti
Mənbə Reytinq
Allmusic 2 5 dən ulduz2 5 dən ulduz2 5 dən ulduz2 5 dən ulduz2 5 dən ulduz[20]
CHARTattack 3 5 dən ulduz3 5 dən ulduz3 5 dən ulduz3 5 dən ulduz3 5 dən ulduz[21]
Dose 4 5 dən ulduz4 5 dən ulduz4 5 dən ulduz4 5 dən ulduz4 5 dən ulduz[22]
Drowned in Sound (8/10)[23]
Entertainment Weekly (A)[24]
IGN (9.0/10)[25]
The New York Times (müsbət)[26]
NME (6/10)[27]
Pitchfork Media (5.4/10)[28]
Rolling Stone 3.5 5 dən ulduz3.5 5 dən ulduz3.5 5 dən ulduz3.5 5 dən ulduz3.5 5 dən ulduz[29]

“Yeni Ay”ın film musiqisi albomu tənqidçilər tərəfindən əsasən müsbət qarşılanmışdır. Metacritic 11 tənqidçinin rəyinə əsasən albomu 100 ballıq sistemlə 70 balla dəyərləndirmişdir.[30]

Hit-parad nəticələri

[redaktə | mənbəni redaktə et]

Film musiqisi “Billboard 200” albom hit-paradında ikinci yerdə debüt etmiş[31] və bir həftə sonra 153.000 nüsxə iklə satılaraq birinci yerə yüksəlmişdir.[32] Hir-parad tarixində ilk dəfə film musiqisi albomu və onun davamı olan albom birinci yerə yüksəlmişdi.[33] Albom RIAA tərəfindən platinum sertifikata layiq görülmüş[34]2013-cü ilin avqustuna kimi 1,305,000 nüsxə ilə satılmışdı.[35]

18 oktyabr 2009-cu ildə Yeni Zellandiyada albom gold sertifikata layiq görülmüş və çıxışının ilk iki günündə 7.500 nüsxədən çox satılmışdır. İkinci yerdə debüt edən albom 15.000 nüsxə ilə satılaraq ilk həftəsində platinum sertifikat almışdır.[36] Avstraliyada albom iTunes Store birinci yerə yüksəlmiş, çıxarılmasına kimi ilk beşlikdə qalmışdır. 26 oktyabr 2009-cu ildə “ARIA Albums Chart” hit-paradında ikinci yerdə debüt etmiş və ilk həftəsində platinum sertifikat almışdır.[37] Meksikada albom beynəlxalq hit-paradda birinci yerdə, daxili hit paradda isə dördüncü yerdə yerləşmiş, filmin uğurunu təkrarlamışdır.[38] Birləşmiş Krallıqda ümumiləşdirici hit-paradda albom beşinci yerdə debüt etmişdir.[39]