Ceykob "Ceyk" Blek Stefani Mayer tərəfindən yazılmış "Alatoran" romanlar seriyası və həmin romanlar əsasında çəkilmiş "Alatoran" filmlər seriyasının qəhrəmanıdır. O, əslən Forks, Vaşinqton yaxınlığındakı La Puş ərazisində yaşayam yerli Amerika tayfalarından biri olan Quilet tayfasına mənsubdur. İkinci kitabda Ceykob canavara çevrilə bildiyini öyrənir. Romanlar ərzində Ceykob Bellanın sevgisi uğrunda Edvardla mübarizə aparır. "Alatoran" filmlər seriyasında Ceykob obrazı aktyor Teylor Lotner tərəfindən canlandırılmışdır.
Ceykob "Ceyk" Blek | |
---|---|
ing. Jacob "Jake" Black Alatoran obrazı | |
Yaradan | Stefani Meyer |
Canlandıran | Taylor Lautner |
Məlumat | |
Cinsi | kişi |
Milliyyəti | amerikalı |
Stefani Mayer qeyd edir ki, Ceykob əslində Bellanın Edvardın sirrini öyrənməsi üçün vasitə kimi nəzərdə tutulmuşdu. Mayer, onun köməkçisi və redaktoru bu obrazı o qədər bəyənirlər ki, "Yeni ay" romanında bu obraza daha böyük rol vermək qərarına gəlirlər. Mayer Ceykob obrazını ""Yeni ay" tərəfindən mənə verilmiş ən böyük hədiyyə" adlandırır.[1]
"Bir xarakterin bu şəkildə diqqət mərkəzinə gətirilməsi, kiçik bir obrazın belə inkişaf etdirilməsi baxımından Ceykob mənim ilk təcrübəm idi və mən onu ötəri bir hadisədə əhəmiyyətə malik kiçik obraz olaraq saxlaya bilməzdim… "Alatoran" romanının altıncı fəslində ilk dəfə görünməsindən sonra sonuncu kitaba kimi bir obraz diqqət mərkəzində qaldı. Mən bu obrazı, buna bərabər olan digər obrazlarımdan daha çox bəyənirəm."
Mayer qeyd edir ki, "Yeni ay" romanında Ceykob obrazı əsas xarakterlərdən biri kimi meydana gətirildikdən sonra, "Mən yenidən "Alatoran" romanı üzərinə qayıtdım, burada Ceykob və onun atası Billi obrazlarının üzərində yenidən işlədim."[1]
"Alatoran" romanında Ceykob obrazına kiçik rol verilmişdir. Romanda o, Billi Blekin oğlu və Svonlar ailəsinin köhnə dostu kimi təqdim edilir. Bella Ceykobdan Edvard haqqında məlumat almağa çalışdıqda o, Quilet tayfası haqqında əfsanəni danışır və Edvardın vampir olma ehtimalını dilə gətirir. Bella Ceykobun xoşuna gəlir və onların münasibəti inkişaf etməyə başlayır.[2]
"Yeni Ay" romanında Ceykob obrazı, Edvardın gedişindən sonra ağır depressiya keçirən Bellanın sakitləşdirilməsi və Edvardın ayrılığına tab gətirə bilməsi üçün bir vasitə kimi istifadə edilmişdir. İki obraz arasında dostluq münasibətləri daha da möhkəmlənir, lakin Ceykob Bellaya qarşı romantik hisslərini də inkişaf etdirir, Bella isə bu hisslərə cavab vermir. Məlum olur ki, qədim Quilet tayfasına mənsub olan Ceykob həmin tayfanın digər üzvləri kimi canavara çevrilmək bacarığına malikdir. Qədim dövrlərdən Quilet tayfası vampirlərin əsas düşmənlərindən biri olmuşdur. Vampir təhlükəsi yarandığı zaman əsəbləşən Ceykob ilk çevrilməsini gerçəkləşdirir. Tezliklə Ceykob yoldaşları ilə birgə meşədə gəzərək əraziyə nəzarət edir. Bella vampir Lorentdən xilas olmaq üçün qaçdığı zaman, Ceykob və yoldaşları onu xilas edir və Lorenti öldürür.
Ceykob Bellanın xilaskarı rolunda çıxış etməyə başlayır, Edvardın ona vura biləcəyi zərərlərin qarşısını almağa çalışır. Bella, Edvarda qovuşmaq üçün öz həyatını risk altına alaraq qayalıqdan okeana tullandığı zaman, Ceykob yenidən Bellanı xilas edir. Edvardın yenidən şəhərə qayıtması və Bellanın onu yenidən həyatına qəbul etməsi Ceykobu narahat edir. Ceykob, Kallaenlər və Quilet tayfası arasındakı razılaşmanı Edvarda xatırladaraq, Kallenlərin heç vaxt insan dişləməməli olduqlarını bildirir.[3]
"Tutulma" romanında Bellanın vampir olmaq istədiyini öyrənən Ceykob o qədər əsəbləşir ki, birdəfəlik Belladan uzaq durmaq qərarına gəlir, zənglərinə cavab vermir, onunla görüşməkdən imtina edir. Bir müddət sonra Bella və Edvardın vampir Viktoriya ilə bağlı təhlükəni müzakirə etdiyi səhnədə, Ceykob Bellaya onun üçün darıxdığını və yenidən əvvəlki kimi dost olmaq istədiyini bildirir. Bundan sonra Edvardın razılığı ilə Bella tez-tez Ceykobun yanına gedir. Belə görüşlərdən birində Ceykob Bellaya onu sevdiyini bildirir və bu haqqda düşünməsini xahiş edir, lakin Bella gülümsəyərək, Ceykobu yalnız dost kimi sevdiyini bildirir. Bu zaman Ceykob qəfildən Bellanı öpür, o isə buna pis reaksiya verərək Ceykobu istələyir və çıxıb gedir.
Ceykobun canavar gücünün inkişaf etdiyi müddətdə, Kallenlər Viktoriya və onun yaratdığı cavan vampirlər ordusundan Bellanı qorumağa çalışırlar. Döyüşdən əvvəl Ceykob, Edvard və Bellanın bir-birinə bağlılıqlarını müzakirə etdiklərini eşidir və çox əsəbləşir. Ceykob özünü öldürmək haqqında düşünr və bu zaman Bella onu sakitləşdirmək üçün öpür. Bundan sonra Bella etiraf edir ki, o, Ceykobu da sevir, lakin onun Edvarda olan sevgisi daha böyükdür. Epiloq isə tamamilə Ceykobun mövqeyi ilə yazılmışdır; əsəbi, qəlbi qırılmış və Bellanın vampirə çevrilmək qərarından sarsılmış halda o canavara çevrilib, müşənin içərilərində gözdən itir.[4]
"Sübh" romanında bir neçə həftəlik yoxluqdan sonra, Ceykob, Edvard və Bellanın toyunda iştirak etmək üçün yenidən şəhərə qayıdır. Ayrılıq onu nə qədər üzsə də, Ceykob Bellaya onun xoşbəxt olmasını istədiyini deyir, lakin Edvard və Bellaın, Bella vampir olmamışdan əvvəl cinsi əlaqədə olmaq planlarını öyrəndikdə, Ceykob çox əsəbləşir, çünki bu halda güclü Edvard Bellanı öldürə bilərdi. Bella və Edvardın bal ayından dönməsindən sonra bəzi fəsillərdə hadisələr Ceykobun dilindən nəql olunur, bu zaman o öyrənir ki, Bella Edvarddan hamilədir, onun yarı insan, yarı vampir uşağı isə Bellanın qanı ilə qidalandığından, onu zəiflədərək ölümə aparır. Ceykobun Bellanın hamiiləliyi haqqında xəbəri canavar adam sürüsünün rəhbəri Sem Yuliyə söyləməsindən sonra canavar adamlar Kallenlərin evinə hücum edərək Bellanı və onun doğulmamış uşağını öldürməyi planlaşdırırlar, çünki, onlar bu uşağın təhlükəli olacağına inanırlar. Kallenlərin günahsız olduğuna inanan Ceykob Semin bu qərarına qarşı çıxır və sürüdən ayrılır. Bundan sonra o, Set və Li Klirvoterlə birgə yeni sürüyə qoşulur və onlar Bellanın və Kallenləri qoruyurlar.
Bella və Edvardın qızları Renesme Karli Kallenin doğulmasından sonra məlum olur ki, Ceykob Renesme üçün damğalanıb və ömürünün sonuna kimi onu qorumağa borcludur. Nəticədə Bella və ceykob arasında xırda romantik mübahisə yaranır. Sonra hər şey yoluna düşür. Ceykob və Edvard yoldaş olurlar, Elis Ceykobun gələcəkdə Renesme ilə romantik münasibətləri olacağını görür.[5]
Ümumilikdə Ceykob, "tünd dərisi", "qəhvəyi gözləri" və "qara saçları" ilə qarayanız biri kimi təsvir olunur. "Alatoran" romanlnda o, 6' 2" fut boylu, saçları çiyinlərinə töküləcək qədər uzun bir oğlandır. "Sübh" romanına kimi onun boyu ucalaraq 6'7" fut olur, həmçinin bədən əzələləri inkişaf edir. "Yeni Ay" romanında Ceykob canavara çevrilə bildiyini öyrəndikdən sonra uzun saçlarını kəsdirir. "Tutulma" romanında Bellanın uzun saçları sevdiyini düşünən Ceykob saçlarını bir qədər uzadır. Adətən cins və şort geyinir, əynində ya köynək olur ya da olmur. Canavar kimi Ceykob tünd qəhvəyi tüklərə malikdir. Filmdə bütün sürü üzvlərində olduğu kimi, Ceykobun da sağ çiynində eyni tatuaj vardır.
Bella Ceykobu "xoşbəxtliyini ətrafındakılarla bölüşən "xoşbəxt insan" adlandırır. O, şən, həmçinin olduqca seksual biridir. Ceykob eyni zamanda canavara çevrilmək qabiliyyətinə malikdir. Onun bədəninin temperatiri adi insanlarda olduğundan xeyli yüksək — 108,9 °F (42.7 °C) dərəcədir və bu Ceykoba soyuq havada da köynəksiz gəzməyə imkan verir. İnsan formasında onun bədənində yaralar bir neçə saniyədə sağalır, o, super insan gücünə və sürətinə malikdir. Canavar formasında o, sürüdəki canavarlarla telepatiya vasitəsiylə əlaqə saxlaya bilir, eyni zamanda böyük gücə və sürətə malik olur. Onun canavar adam dişləri vampir bədənini asanlıqla parçalamağa qabildir. Əgər davamlı olaraq çevrilsələr, canavar adamlar yaşlanmırlar, "Sübh" romanında Ceykob 25 yaşlı oğlan görünüşünə malik olur. Ceykob sürünün ən güclü canavarlarından biridir. Canavar adamların "damğalanaaraq" bir adama bağlanmaq xüsusiyyəti vardır və "Sübh" romanında Ceykobun Renesme Kallenə damğalandığı məlum olur.
"Tutulma" romanında Karlayl Ceykobu müalicə edərkən ondan qan nümunəsi götürür. Karlayl tədqiqiat nəticəsində müəyyən edir ki, Ceykobun qanında adi insandakından bir cüt çox, 24 cüt xromosom var.
"Alatoran" romanlar seriyasının film adaptasiyalarında Ceykob Blek obrazı aktyor Teylor Lotner tərəfindən yaradılmışdır.[6] "Alatoran" və "Yeni Ay" romanlarındakı Ceykob Blek obrazları arasındakı fiziki dəyişikləri nəzərə alan rejissor Kris Veyts "yeni, daha böyük Ceykob" obrazı yarada bilmək üçün Teylor Lotnerin yerinə başqa aktyor götürmək istəyirdi.[7] Rolu əlində saxlamaq istəyən Lotner qeyd edir: "Mən çalışmağa başladım. "Alatoran" filminin çəkilişlərinin tamamlanmasına kimi çalışdım. Mən 19 pud çəkiyə malik idim, daha 10 pud da çəkimi artırdım."[8] Bundan sonra Lotner "Yeni Ay" filmində,[9] o cümlədən sonrakı filmlərdə də Ceykob obrazını canlandırır.
"Alatoran" fanatlarının bir çoxu, xüsusilə yeniyetmələr və gənclər Edvardın, yoxsa Ceykobun Bellaya daha çox layiq olduğu mövzusunda mübahisə edirlər. Hər iki mübahisə tərəfi Edvard və Ceykob üçün fan-klublar yaradaraq qruplaşma şəklində fəaliyyət göstərirlər. Bütün debatların nəticəsi olaraq 2008-ci ildə "Novel Novice Twilight" Cetkob fan-klubuna 2,641, Edvard fan-klubuna isə 5,130 səs vermişdir.[10] 12 dekabr 2009-cu ildə "Şənbə Gecəsi Canlı" verilişinin qonağı olan Teylor Lotner mğlubedilməz Edvard fanatını təqlid etmişdir.[11]