Bella Svon

İzabella “Bella” Mari Svon (sonra Bella Kallen) Stefani Mayer tərəfindən yazılmış “Alatoran” romanlar seriyasının əsas qəhrəmanlarından biridir. “Alatoran” romanlar seriyasına daxil olan “Alatoran”, “Yeni ay”, “Tutulma” və “Sübh” romanlarında hadisələr Bella obrazının dilindən nəql edilir. Romanlar əsasında çəkilmiş “Alatoran” film seriyasında Bella obrazı aktrisa Kristen Stüart tərəfindən canlandırılmışdır.

Bella Svon
ing. Bella Swan
Alatoran obrazı
Kristen Stüart tərəfindən Alatoran filmlərində
yaradılmış Bella Svon obrazı
Yaradan Stefani Meyer
Canlandıran Kristen Stüart
Məlumat
Cinsi qadın
Peşə tələbə
Həyat yoldaşı Edvard Kallen
Milliyyəti amerikalı

“Alatoran”da Forks, Vaşinqtona, atasının yanına köçən Bella, sirli Kallenlər ailəsi ilə tanış olur və Edvard Kallenə vurulur. Lakin tezliklə, ailənin vampir birliyi olduğunu öyrənir. Edvardın əlehinə olmasına baxmayaraq, Bella vampir olmaq istəyini ifadə edir. “Yeni ay” da Edvard və Kallenlər ailəsindən olan digər vampirlər Bellanı vampir aləmindən uzaq tutmaq üçün Forksu tərk edir. Quilet tayfasından olan, və sonradan canavar adam olması meydana çıxan Ceykob Blek Kallenlərin şəhəri tərk etməsinə sevinərək, Bella ilə yaxınlıq etməyə çalışır. Bellanın əlaqəsindən şad olmasına baxmayaraq, Bella yalnız Edvardı sevir. “Tutulma” romanının sonunda onlar nişanlanır, “Sübh” romanında isə evlənirlər. Bal aylarında Bella Edvarddan hamilə qalır, lakin uşağı dünyaya gətirərkən Bella ölür. Edvard və Bellanın qızı Renesme Kallen dünyaya gəlir. Edvard Bellanın həyatını qorumaq üçün onu vampirə çevirir.

Həm Bella Svon obrazının, həm də “Alatoran” romanlar seriyasının yazılması ideyası Stefani Mayerin yuxuda “adi qız”“fantastik gözəl, parlaq...vampiri...meşənin ortasındakı çəmənlikdə birlikdə” görməsindən sonra yaranmışdır. Yuxuda cütlük “həyatın çətinliklərini, müxtəlif faktları müzakirə edir...bir-birinə aşiq olur, lakin onun qanına qarşı özünü saxlamaqda çətinlik çəkən vampirlərin Bella ilə birgə həyata alışması çətin olur.”[1]

Obrazlar üzərində işləməyə başlarkən onlara ad seçilməmişdi; yazıçı birinci romanı yazarkən onları o (ingilis dilində he; she) deyə adlandırırdı. İzabella adının seçilməsi xeyli vaxt çəkmişdir, yazıçı qeyd edir ki, “romanın yazılması zamanı obrazla o qədər vaxt keçirdim ki, onu öz qızım kimi çox sevdim...bu sevgidən təsirlənərək obraza öz qızım üçün seçdiyim adı...İzabella adını verdim.”[1]

Bellanın Forksda, yeni məktəbədə yaxşı qarşılanması, oğlanlar arasında sevilən obraza çevirlməsi Mayerin məktəb və kollec həyatından götürülmüşdür. Öz məktəb dəyişməsini Bella ilə müqayisə edərkən Mayer qeyd edir ki, onun məktəbi dəyişdirməsi “elə bir vəziyyət yaratmışdı ki” o düşünürdü ki, “gözəllik qəbul edildiyindən daha subyektivdir.”[2]

"Alatoran", anasının yaşadığı Foniks, Arizonadan, atasının yanına, Forks, Vaşinqtona köçən on yeddi yaşlı yeniyetmə Bella Svonun həyatı haqqındadır. Forksda o, tələbələrdən biri olan Edvard Kallenlə maraqlanmağa başlayır.[3] Avtomobil qəzasında Bellanı xilas edərkən Edvard istəmədən super-insani bacarığını nümayiş etdirir. Bella ailə dostu Ceykob Blekdən öyrənir ki, Quilet tayfasının Kallenlər ailəsinin vampir olması haqqında əfsanəsi var. Sonradan Edvard bu əfsanənin gerçək olduğunu təsdiqləyir, lakin ailəsinin insan qanı ilə yox, heyvan qanı ilə qidalandığını bildirir.[4] Edvard Bellaya xəbərdarlıq edərək bildirir ki, onun qanı bu zamana qədər rastlaşdığı bütün insanlardan daha çox cəlbedici görünür və Edvardla birgə olmaq Bella üçün təhlükəli ola bilər. Lakin Bellanın Edvarda olan sevgisi və bağlılığı o qədər güclü olur ki, o bütün bu xəbərdarlıqlara əhəmiyyət vermir və Kallenlərlə yaxınlıq etməyə başlayır. Bu zaman sadist vampir Ceymsin hədəfinə çevrilir. Ailəsinin köməyi ilə Edvard Bellanı Ceymsin qurbanı olmaqdan xilas edə bilir, lakin vampirə çevirmək istəmir.[5]

"Yeni ay" Bellanın 18 yaşı günü Edvarddan yaşlı olması haqqında yuxu görməsi ilə başlayır. Kallenlərin evində ad günü zamanı hədiyyəni açarkən Bella barmağını kəsir və qan axır, Edvardın qardaşı Casper özünü saxlaya bilməyərək ona hücum etməyə çalışır. Edvard qərara gəlir ki, Bella ilə əlaqə yaradarkən onu təhlükəyə atır. O Bellanı qorumaq üçün artıq onu sevmədiyini söyləyərək, ailəsi ilə birgə şəhəri tərk edir, Bellanın qəlbi sınır və o, aylarla depressiyada qalır.

Atasının narahatlığına son qoymaq üçün Bella rəfiqəsi Cessika ilə gəzməyə gedir. Burada o, ehtiyatsızlıq edərək təhlükəli görünən insanlara yaxınlaşır və anlayır ki, təhlükəli anlarda adrenalin yüksəldikdə o, Edvardın səsini eşidə bilir. Yenidən Edvardın səsini eşitmək üçün o, təkrarən özünü təhlükəyə atır, Ceykoba motosiklet sürmək istədiyini deyir və ondan bunu öyrətməsini xahiş edir. Edvardın yoxluğu dövründə Ceykob və Bellanın əlaqələri xeyli inkişaf edir və Ceykob Bellaya qarşı romantik hissləri olduğunu bildirir, lakin Bella qarşılıq vermir. Loren adlı vampir Bellaya hücum etməyə çalışarkən bir qrup nəhəng canavar ona kömək edir. Sonra Bella öyrənir ki, Ceykob da daxil olmaqla Quilet tayfasının bütün üzvləri insanları vampirlərdən qoruyan canavar adamlardırlar. Bella eyni zamanda öyrənir ki, vampir Viktoriya öldürülmüş sevgilisi Ceymsin qisasını almaq üçün Forksa gəlmişdi. Edvardın səsini eşitmək üçün Bella qayalıqdan dənizə tullanır, lakin Ceykob tərəfindən xilas edildiyinə görə boğulmur. Rozalinin səhvən Bellanın intihar etməsi haqqında məlumat verməsindən sonra Edvard İtaliyadakı Volterra şəhərində gedərək, Volturi vampir klanından onu məhv etmələrini xahiş edir. Elis Forksa dönür və Bellanın sağ olduğunu müəyyənləşdirir. O və Bella birlikdə İtaliyaya gədərək, Edvardın edamı anlamına gələn, özünü gün işığına göstərməsi mərasimindən xilas edirlər. Üçlük Volturilər tərəfindən götürülür. Çünki Bella insan olduğu halda vampirlər haqqında bilirdi. Volturilər Bellanı öldürmək istəyərkən, Elis öncədəngörmə sayəsində Bellanın da qısa zamanda vampirə çeviriləcəyini bildirir. Volturilər bunun qısa zamanda baş verməyəcəyi halda, Bellanı öldürəcəklərini bildirirlər, çünki insanların gerçək həyatda vampirlərin olması haqqında məlumatlı olmamalı idi. Evə döndükdən sonra Edvard Bellaya onu həmişə sevdiyini, yalnız təhlükədən qorumaq üçün özündən uzaqlaşdırdığını deyir. O, Belladan bağışlanmasını və yenidən qəbul edilməsini xahiş edir. Bella vampir olmaq istədiyini bildirir və Kallenlər ailəsinin bu haqda qərar verməsini xahiş edir. Rozali və Edvarddan başqa hamı Bellanın vampir olmasına razılaşır, Edvard Bella ilə evləndikdən sonra onu vampirə çevirməyə razılaşır.[6]

"Tutulma"da Bella və Edvardın dramı davam etdirilir. Edvard Bellanı vampirə çevirməyə qarşı olduğunu bildirir və vampirlərin Cənnətdə yeri olmayan, ruhsuz varlıqlar olduğunu söyləyir. Evlənmək qərarı erkən boşanmış valideynləri tərəfindən dəstəklənən Bella Edvardın toydan sonra onu vampirə çevirməsi şərtiylə onunla evlənməyə razılaşır. Edvard əvvəlcə onu dişləyərkən özünə nəzarəti itirə və onu öldürə biləcəyini söyləyərək bundan imtina edir. Lakin bunun Bella üçün nə qədər vacib olduğunu gördükdən sonra, o evləndikdən sonra bunu etməyə razılaşır.

Əsas hadisələr öldürülmüş sevgilisinin qisasını almaq üçün vampir ordusu toplamış Viktoriyanın Kallenlər üzərinə hücuma keçməsi ilə başlayır. Buna cavab olaraq Kallenlər və yerli Amerika tayfası Quiletin Sem Uili və Ceykob Blekin rəhbərlik etdiyi canavar adamlar güclərini birləşdirməyə qərar verirlər. Ceykob isə Bellaya qarşı sevgisinə görə Edvarda qarşı çıxmaqda davam edir. Əvvəlcə, Bella Ceykobu yalnız dost kimi sevdiyini düşünür, lakin onun hissləri haqqında öyrəndikdən sonra, onu öpərək öz hisslərini dəqiqləşdirmək qərarına gəlir, Edvardı sevdiyinə bir daha əmin olur. Bu arada, Bellanın Ceykoba qarşı səmimi hisslərini qəbul edən Edvard, Viktoriyanı məhv edir. Bella, Edvardın onun həyatındakı ən mühüm insan olduğu qərarına gəlir və münasibətləri haqqında atasına məlumat vermək qərarına gəlir.[7]

"Sübh" Bella və Edvardın Kallenlərin Forksun kənarındakı evində təşkil olunmuş toy mərasimi ilə başlayır. Onlar balayılarını Karlaylın Esmeyə hədiyyə etdiyi Braziliya sahillərində yerləşən uydurma Esme adasında keçirirlər. Onlar evlilik mərasimini tamamlasalar da, Edvard Bellanı zədələməkdən qorxaraq, onunla yaxınlıq etməkdən çəkinir, lakin, Bella hər şeyin yaxşı olduğunu və yenidən onunla məhəbbətlə məşğul olmaq istədiyini bildirir. Bir müddət sonra Bellanın hamilə olduğu məlum olur.

Edvard heyrətlənir və həkim olan Karlaylın baxması üçün Bellanı evə aparır, Karlayl Bellanın uşaq gözlədiyini təsdiqləyir. Hamiləlik Bellanın həyatını təhlükə qarşısında qoyur və Edvard Bellanı aborta razı salmağa çalışır. Lakin Bella, hələ doğulmamış övladına qarşı bağlılıq hiss edir və onu dünyaya gətirmək qərarına gəlir. Edvard uşağın Bellanı sevdiyi və onu incitmək istəmədiyi haqqında fikirlərini oxuduqdan sonra onu sevməyə başlayır.

Bella uşağı dünyaya gətirərkən ölür, lakin Edvard uşağın sağlam dünyaya gəlməsinə və öz zəhərinin Bellanın ürəyinə getməsinə nail olur, beləcə Bella vampirə çevirilir. Bellanın ağrılı və uzun çəkən çevirilməsi müddətində Ceykob yeni doğulmuş körpə Renesme Kallenin onun ikinci yarısı olduğunu anlayır.

İrina adlı vampirin səhvən Renesmeni ölümsüz vampir uşaq (bu varlıqlar vampirlər aləmində qadağan edilib) hesab edərək, Volturilərə xəbər verməsindən sonra, Elis öncədəngörmə nəticəsində Volturilərin pozulmuş qanuna görə Kallenləri məhv etmək üçün Forksa gəldiyini xəbər verir. Kallenlər Renesmeninin sonradan ölümsüzləşdirilimədiyini və doğumdan belə olduğunu sübut etmək üçün şahid axtarmağa başlayırlar. Bella insanları qalxan kimi kənar təsirlərdən qorumaq qabiliyyətinin olduğunu müəyyən edir. Edvard və Bella ailələrinin köməyi ilə Volturiləri Renesmenin təhlükəsiz olduğuna inandıra bilirlər və Volturilər geri dönür. Bundan sonra Edvard və Bella əbədi xoşbəxt yaşayırlar.[8]

Xarakterizasiya

[redaktə | mənbəni redaktə et]

Fiziki xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Romanlarda Bella şokolad qəhvəyisi gözlü və uzunsov üzlü solğun qız kimi təsvir edilir. Bu xüsusiyyətlərdən başqa romanlarda obrazın xarici görünüşünün başqa detalları göstərilmir. Stefani Mayer qeyd edir ki, oxucunun fantaziyasını bir qədər istifadə etməsi üçün Bellanın xarici görünüşünü tam təsvir etməyib.[9] Mayer eyni zamanda bildirir ki, “Bella interpretasiyaya açıq görünür.”[9] Şəxsi saytında öz interpretasiyasını təqdim edən Mayer yazır:

" Həddən artıq bəyaz dəri, uzun tünd qəhvəyi rəngli saçlar və şokolad qəhvəyisi gözlər. Onun üzü uzunsov ürək formalı, alnı və gözləri iridir, almacıq sümükləri qabarıq nəzərə çarpır, incə burnu və kiçik çənəsi var. Dodaqları üz xəttindən bir qədər irəli çıxır. Qaşlarının rəngi saçının rəngindən bir qədər tünddür. Ayaqları bir qədər doludur, lakin əzələli deyil, çəkisi futdur. Dırnaqları qısadır, çünki əsəbləşəndə onları yeyir.[9] "

Bellanın əlində, "Alatoran"da Ceymsin dişləməsindən sonra əmələ gəlmiş, aypara şəkilli çapıq da var. Çapıq dərisinin ümumi rəngindən boz görünür və günəş işığında bir qədər parıldayır. “Sübh”də Bella əri Edvard Kallen tərəfindən vampirə çevirildikdən sonra, o, bütün vampirlərə xas olan həddən artıq gözəlliyə sahib olur, gözləri qırmızı rəng, dərisi isə parlaq süd rəngi alır.

Şəxsi bacarıqları və adətləri

[redaktə | mənbəni redaktə et]

Bella bacarıqsız və inadkar bir insan kimi təsvir olunur. O, yalan danışa bilmədiyini desə də, bəzən bu onda yaxşı alınır. Sevgilisinin dodağını dişləmək adəti var. Qan qoxusu gəldikdə huşunu itirir, lakin bu çox davam etmir, çünki sonradan o vampirə çevrilir.[10]

Vampirə çevirildikdən sonra daha dəqiq və təmiz görməyə başlayır. Eyni zamanda o, özünə çox yaxşı nəzarət edir, ilk ovu zamanı insan qanından imtina edərək, heyvan qanı ilə qidalanır.[8] Bellanın zehni bəzi vampirlərin zehni bacarıqlarını məhdudlaşdırmaq qabiliyyətinə malikdir.[8]Sübh”ün sonunda o, öz qabiliyyətini inkişaf etdirərək xüsusi qoruma qalxanı əmələ gətirməyə nail olur. Edvard onun, adi vampirlə müqayisədə “çox zərif” olduğunu qeyd edir.

Romanların film adaptasiyalarında Bella obrazı aktrisa Kristen Stüart tərəfindən canlandırılmışdır.[11] Mayer qeyd edir ki, Stüartın Bella obrazını canlandıracağını eşitdikdə çox həyəcanlandım və “onun bu mürəkkəb rolu necə oynayacağını düşündüm”, Mayerin bunu söyləməsindən sonra isə “Alatoran” filminin bir neçə janrı əhatə edən çəkilişləri başlamışdı.[12] Stüart kitabda təsvir olunduğu kimi tünf qəhvəyi gözlərə sahib olmaq üçün kontakt linzadan istifafdə etmişdi.

Ümumilikdə Bella obrazı tənqidçilər tərəfindən mənfi rəylər almışdır. “Publishers Weekly” qeyd edir ki, onun vampirə çevirilməsindən sonra “onu əvvəlki obrazı ilə müqayisə etmək mümkün deyil.”[13]Chicago Tribune” dan Layla Lor Bellanın xarakterini Quilet tayfasının hekayəsi ilə müqayisə edir və bunların “zəif uyğunlaşdırılma”sını qeyd edir.[14]Alatoran”ın yayımlandığı dövrdə “Kirkus Reviews” da Bellanın meydana çıxmasının xarakterin özündən daha çox sehrli olması, onun və Edvardın təhlükəli sevgisinin xüsusi nəzərə çarpması qeyd edilir.[15]

Yeni ay” haqqında “Kirkus Reviews”də yayımlanmış məqalədə isə Bellanın şəxsiyyətinin “tərs və ləng” olduğu qeyd edilir.[16]salon.com”dan Laura Miller qeyd edir ki, Bella və Edvard obrazlarına hörmət etsə də, “onlardan heç biri haqqında geniş bəhs ediləcək şəxsiyyətə malik deyil.”[17]Entertainment Weekly”də Cennifer Rizin “Sübh” haqqındakı şərhində Bella obrazına xüsusi diqqət yetirilərək “sən ona yaxın olmaq, ona sahib olmaq istəyirsən, amma bu nağıldan başqa bir şey deyil və sanki Disney şahzadələrinin qəliblərinə sadiq qalınaraq Bella obrazı da xoş, şirin qız xüsusiyyətinə malikdir” və Bella hamiləliyi dövründə “yalnız xarakterinin təyin edilməsi mürəkkəb obraz olmaqla qalmır, eyni zamanda, xüsusilə uşağını qidalandırmaq üçün qan içdiyi səhnələrdə, xeyli qorxunc təsir bağışlayır” deyilir.[18] "Washington Post”un müxbiri Elizabeth Hend yazır ki, Bella te-tez incə qız kimi təsvir olunur, “Edvardın onu özünə sarı çəkərək qucaqlaması və əzizləməsi səhnələrində isə körpə uşaq təsiri bağışlayır”“bu kiçiltmə elə qəribə təsir bağışlayır ki, böyük oxucuların öz övladlarının nümunə götürməsini istədikləri obraz olmasını çətinləşdirir.”[19]National Review” vebsaytında yayımlanmış məqaləsində Gina Dalfonzo vampirə çevrildikdən sonra “özünün əlehinə gedən”, əvvəl isə “dözülməz dərəcədə mənasız” tip olduğunu qeyd edir.[20] Dalfonzo eyni zamanda qeyd edir ki, Bella istədiyi hər şeyi əldə edir və öz dəyərini anlayır.[20]

  1. 1 2 "The Story Behind Twilight". Stepheniemeyer.com. 2008-07-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2008-09-02. (#invalid_param_val)
  2. "Bella's Move to Another High School". Stepheniemeyer.com. 2008-07-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2008-08-06. (#invalid_param_val)
  3. Meyer, Stephenie. Twilight. Park Avenue, New York, ABŞ: Little, Brown. 2005. səh. 126. ISBN 978-0-316-01584-4. Blood drinkers," he replied in a chilling voice. "Your people call them vampires.
  4. Meyer, Stephenie. Twilight. Park Avenue, New York, ABŞ: Little, Brown. 2005. səh. 337. ISBN 978-0-316-01584-4. One night, a herd of deer passed his hiding place. He was so wild with thirst that he attacked without thought. His strength returned and he realized there was an alternative to being the vile monster he feared.
  5. Meyer, Stephenie. Twilight. Park Avenue, New York, ABŞ: Little, Brown. 2005. səh. 475. ISBN 978-0-316-01584-4. Exactly", he [Edward] snapped. "And I won't end it [life] for you [Bella].
  6. Meyer, Stephenie. (2006) New Moon. 563pp.
  7. Meyer, Stephenie. (2007) Eclipse. 629pp.
  8. 1 2 3 Meyer, Stephenie. (2008) Breaking Dawn. 756pp.
  9. 1 2 3 "What Does Bella Look Like?". Stepheniemeyer.com. 2008-10-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2008-09-02. (#invalid_param_val)
  10. "Eclipse FAQ". Stepheniemeyer.com. 2008-10-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2008-09-02. (#invalid_param_val)
  11. "Kristen Stewart chosen". MTV. 2008-07-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2008-08-20. (#invalid_param_val)
  12. "Excitement Towards Stewart's role". Stefani Mayer. 2016-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-08-20.
  13. "Publisher's Weekly for Breaking Dawn". Publisher's Weekly. ASIN 031606792 (#bad_asin). 2021-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-15.
  14. "Chicago Tribune Breaking Dawn review". Chicago Tribune. 2008-08-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2008-08-08. (#invalid_param_val)
  15. "Twilight at Kirkus Reviews". Kirkus Reviews. 2008-08-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2008-08-08. (#invalid_param_val)
  16. "New Moon at Kirkus Reviews". Kirkus Reviews. 2008-08-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2008-08-08. (#invalid_param_val)
  17. "Twilight series at salon.com". Salon.com. 2008-08-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2008-08-08. (#invalid_param_val)
  18. "Entertainment Weekly Breaking Dawn review". Entertainment Weekly. 2008-08-08. 2008-08-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2008-08-20. (#invalid_param_val)
  19. Hand, Elizabeth. "Washington Post Review". Washington Post. 2008-08-10. 2019-11-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-08-20.
  20. 1 2 "National Review". National Review. 2008-08-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2008-08-22. (#invalid_param_val)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
П: «Alatoran»
П: «Ədəbiyyat»