Riu-Qrandi-du-Sul (port. Rio Grande do Sul) — Braziliyanın ən cənub ştatı. İnzibati mərkəzi Portu-Aleqridir. Şimaldan Santa-Katarina ştatı, cənubdan Uruqvay, qərbdən isə Argentina ilə sərhədə malikdir.
Riu-Qrandi-du-Sul | |
---|---|
Rio Grande do Sul | |
|
|
Ölkə | |
İnzibati mərkəz | Portu-Aleqri |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 1889 |
Sahəsi |
|
Hündürlük | 121 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
ISO kodu | BR-RS |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Riu-Qrandi-du-Sul ÜDM istehsalına görə Braziliya ərazisində dördüncü,[4] əhalisinin sayına görə beşinci[5] və insan potensialının inkişafına görə isə dördündü-beşinci yerləri tutur.[6]
Ştatın adı bir sıra kartoqrafik sıhvlərin sayəsində meydana gəlmişdir. Bölgəyə gələn ilk portuqallar Patus gölünü Böyük Çayın mənsəbi gesab edirdilər (bu çayın Riu-Qrandi olması hesab edilir). Böyük çayın xəritədə tərtibini verən 1670-ci ildə hollandiyalı Federik de Vit olmuşdur. İlk dəfə məhz o, Patus adını ortaya atmışdır. 1698-cu ildə Nikolaus Bisser xəritədə gölün konturlarını vermişdir. 1720-ci ildə Azor adalarından gələnlər Patus gölü regionuna çıxaraq San-Joje-du-Norti şəhərini salırlar. Bölgə də ilk portuqal taxt-tacına məxsus şəhər Riu-Qrandi olur.[7]
Ştatın ərazisi 281 748,538 km² təəşkil edir. Riu-Qrandi-du-Sul sahəsinə görə Braziliyanın 3%-ni təşkil edir. Şimaldan Santa-Katarina ştatı ilə sərhədlənir. Ştat bütünlüklə Cənub tropikindən cənubda yerləşir. Ərazisində yerləşən Patus gölü sahəsinə görə dünyanın ən iri laqun məşhəlli göllərindəndir.
Bölgədə yaşayan insanların böyük qismi Portuqaliya, İtaliyadan gələnlərin törəmələridir. Az sayda isə İspaniya, Fransa, Almaniya və digər dövlətlərdən gələnlərin törəmələridir.[8]
İnzibati cəhətdən 7 mezoregiona və 35 mikroregiona bölünür.
İnqtisadi baxımdan digər sahələrin inkişanının yüksək olmasına baxmayaraq kənd təsərrüfatı aparıcı rol oynayır. Xüsusi ilə iri buynuzlu heyvandarlıq mühüm rol oynayır.