Matu-Qrosu (port. Mato Grosso) — Braziliyanın mərkəzi hissəsində yerləşən ştat. İnzibati mərkəzi Kuyaba şəhəridir.
Matu-Qrosu | |
---|---|
Mato Grosso | |
|
|
Ölkə | |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 1889 |
Sahəsi |
|
Hündürlük | 408 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
ISO kodu | BR-MT |
Poçt indeksi | 78000-000 по 78890-000 |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Matu-Qrosu Braziliya ərazisində sahəsinə görə üçüncü ştatdır. Ancaq əhalisi ərazisinə görə olduqca azdır. Şimaldan Para və Amazonas, şərqdə Tokantins və Qoyas, cənubdan isə Matu-Qrosu-du-Sul, üstəlik Rondoniya ştatları və Boliviya ilə sərhədlənir[2].
Ərazisi əsasən savannadan ibarətdir[3].
Ştatın şimalında Amazon meşələri geniş sahə tutur. Cənubu isə bataqlaşmış Pantanal düzənliyindən və Matu-Qrosu platosundan ibarətdir. Kontinental iqlimə malikdir. İki mövsüm hökm sürür: Yağışlı mövsüm və quraq mövsüm. İllik yağıntının miqdarı 1250 – 2750 mm[4] arasında dəyişir.
Ştat ərazisində Pantanal qoruğunun böyük hissəsi yerləşir[5].
Bölgənin ən böyük ekoloji fəlakəti məhv olmuş meşələrdir.
1920-ci ildə Matu-Qrosu ərazisinin hansısa bölgəsində itmiş şəhəri axtarmaq məqsədilə ekspedisiya təşkil edən topoqraf Persi Fosettin ekspedisiyası və özü itkin düşmüşdür[6].
1977-ci ildə Matu-Qrosunun cənubunda Matu-Qrosu-du-Sul ştatı təşkil olunmuşdur.
2010 il siyahıya alma zamanı ştatın əhalisi 3 035 122 nəfər olmuşdur. Ştatda urbanizasiyalaşma 76,6 % təşkil edir (2006).
İrqi tərkib:
Ştat 5 mezoregiona və 22 mikroregiona bölünür. Burada 141 rayon var.
Matu-Qrosunun əsas gəlir mənbəyi kənd təsərrüfatıdır. Burafa Soya və Pambıq istehsal edilir. Əsasən pambıq istehsalına görə Braziliyada birincidir[4].