Parana ştatı

Parana (port. Paraná) — Braziliyanın cənubunda yerləşən ştat. Şimaldan Matu-Qrosu-du-SulSan-Paulu ştatları ilə sərhədə malikdir. Cənubdan Santa-Katarina ştatı və Argentina, qərbdən isə Paraqvay ilə sərhədi mövcuddur. Şərqini Atlantik okeanın suları yuyur[3][4]. İnzibati mərkəzi Kuritibadır.

Parana ştatı
Bayraq[d] Gerb[d]
Bayraq[d] Gerb[d]

24°40′ c. e. 51°37′ q. u.HGYO


Ölkə
İnzibati mərkəz Kuritiba
Tarixi və coğrafiyası
Yaradılıb 1889
Sahəsi
  • 199.314,9 km²
Hündürlük
672 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 11.444.380 nəf. (2022)[2]
Rəqəmsal identifikatorlar
ISO kodu BR-PR
Rəsmi sayt
Parana ştatı xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Parana ştatı (Santa-KatarinaRiu-Qrandi-du-Sul) ərazisi Braziliyanın Cənub tropikindən cənubda yerləşən ştatlarındandır[3].

Ştat ərazisi əsasən platodan ibarətdir ki, burada da hündürlük 200-1000 metr arasında dəyişir. Platonun kənarları getdikcə alcalır. Bu ərazilərin böyük qismi kamposla örtülüdür.

Ştat ərazisindən axan çaylar güçlü hidroenergetika potensialına malikdirlər. Ən iri çaylarından biri Parana çayıdır[5].

Parananın paytaxtı olan Kuritiba planlı arxitektura sayəsində, avanqardizm elementlərinə baxmayaraq özünə məxsusluğu ilə seçilir.

Ştat ərazində etnik rəgarənlik yüksəkdir. Bu səbəbdən ona «Bütün xalqların torpağı» adı verilmişdir. Ştat əraxisində təqribi olaraq 30 xalqın nüşmayəndəsi yaşayır[3]. Ştat rəhbərliyi uzun zaman miqrasiya dalğasını stimullaşdırırdılar. Bura almanlar, livanlılar, yaponlar, ukraynalılar, italyanlarpolyaklar miqrasiya etmişlər.

Ştat ərazisinə ilk polyak immiqrantlar 1869-cu ildə kiçik qrupla köç etmişlər. Sonradan 1890-cu polyakların ştat ərazisinə ikinci köç dalğası olmuşdur. Artıq 1930-cu illərdə ştat ərazisində 150 min polyak yaşayırdı. Bu isə ştat əhalisinin 18% təşkil edirdi.

Polşadan gələn immiqrantların böyük qismi kənd təsərrüfatı ilə məşğul olurdular.

İnzibati bölgü

[redaktə | mənbəni redaktə et]

Ştat inzibayi cəhətdən 10 mezoregiona və 39 mikroregiona bölünür.

Əlverişli iqlim şərtləri əsasında ştat ərazisində ilk dəfə heyvandarlıq inkişaf etdirilmişdir. Bununla belə artıq XIX əsrin ikinci yarısından etibarən əkinçiliyin müxtəlif sahələri cücərməyə başlayır. Əsasən matekofe yetişdirilir. Parana Braziliyanın ən varlı beş ştatı siyahısına daxildir. Ştatda qoyunçuluq çiçəklənir. Üdtəlik ekoturizm isə inkişaf mərhələsindədir[3].

  1. 1 2 ArchINFORM (alm.). 1994.
  2. https://censo2022.ibge.gov.br/panorama/.
  3. 1 2 3 4 "Parana ştatı, russobras.com saytında". 2012-02-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-29.
  4. "Parana ştatı". 2021-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-29.
  5. "Paraná". Encyclopaedia Britannica. 28 April 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 January 2013.