Misir heroqliflərində Heb-Sed | ||||||
---|---|---|---|---|---|---|
Qədim padşahlıq |
| |||||
Unikodu | ḥb-Sd / ḥb-jrj-Sd | |||||
Transkripsiyası | Heb-Sed / Heb-iri-Sed | |||||
Mənası | Sed bayramı | |||||
və ya |
| |||||
Sed bayramında Snofrunun iştirak səhnəsi | ||||||
Heb-Sed və ya Sed Bayramı ("quyruq bayramı") Qədim Misirdə ən qədim və qədim dövrlərə aid hökümdarın şərəfinə təşkil olunan bir mərasimdir. Bu mərasim Ptolomey dövrünə qədər hökumdarların həyatında onların təqdimatı üçün mühüm hadisə sayılırdı.
Bayram xüsusən fironun hökumranlığının otuzuncu ilindən başlayaraq üç ildən bir keçirilərmiş. Bu qədim mərasim hələ firon Den və Coserin zamanında qeyd olunmuşdur. Təkcə hökumdar Xatşeptsut Heb-Sed mərasimini vaxtından əvvəl, Hökumranlığının XVI ilindən başlayaraq qeyd etmişdir. Bu mərasimdə məqsəd hökumdar səltənətinin nəyə qadir olmasını göstərmək olmuşdur.
Mərasimin ilkin yaranma səbəbi tam izah edilməmişdir. Bəzi misirşünaslar qeyd edirlər ki, mərasimin qayəsi yaşlaşmış və qocalmış hökumdarın hakimiyyət dövrünün yubiley kimi qeyd etməklə yanaşı onun öldürülərək cavan hökumdarla əvəz etdirilməsi olmuşdur. Afrika xalqları arasında hökumdarın bu şəkildə öldürülməsi müasir dövrlərə qədər gəlib çatmışdır. Bayramın əsas elementi heyvan quyruğu olmuş sonrakı dövrlərdə onu ced əvəz etmişdir.
Bəzən bu mərasim dünyasını dəyişmiş hökumdarın məzar üstü məbədində təşkil edilərmiş. Bunu Coser ehram kompleksində mövcud olan Heb-Sed meydançası bir daha təsdiqləyir.