Apis (münbitlik allahı)

Misir Tanrıları
Apis (münbitlik allahı)
Apis

Apis


Apis

Qədim padşahlıq
V28Aa5Q3G38G7
Orta padşahlıq
V28Q3
Aa5
G43Z4E1
Yeni padşahlıq
Aa5Q3E1
Determinativ 1. Ən qədim
V28Aa5Q3G38
Determinativ 2. Orta qədim
V28Q3G43A40
Determinativ 3. Qədim
Q3
Aa5
Z4G43E1

Ḥp
Hep
Apis
Yunan Απις (Apis)
Qibti ϩⲁⲡⲓ


Apis — Qədim Misir mifologiyasında müqəddəs öküz qiyafəsində, obrazında olan məhsuldarlıq, münbitlik allahı. Memfis şəhəri ona sitayişin mərkəzi idi. Apis Ptaxın və Ranın ruhu hesab edilirdi. Apisin mücəssəməsi xüsusi ləkələri olan qara Öküz idi. Qədim misirlilər inanırdılar ki, Apis-öküzün qaçma ayini tarlaları münbitləndirir. Ptolemeylərin dövründə Osirisin Apislə vahid Serapis allahda birləşməsi baş vermişdir. Apisöküzün ölümü böyük bədbəxtlik hesab olunurmuş. Ölmüş Apisi balzamlayır və Memfis yaxınlığında xüsusi mərasimlə basdırırmışlar. [1]

  1. Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 573. ISBN 978-9952-441-02-4.