Ana — azərbaycanlı rəssam Toğrul Nərimanbəyovun 1966-cı ildə çəkdiyi rəsm əsəri. Azərbaycanlı rəssam Toğrul Nərimanbəyovun 1966-cı ildə çəkdiyi "Ana" rəsmində üzü qırışlı bir qadın təsvir olunub. O bu portret üçün öz dayəsini model seçib.[1]
Ana | ||
---|---|---|
| ||
Rəssam | Toğrul Nərimanbəyov | |
Tarixi | 1966 | |
Materialı | Kətan, yağlı boya |
1930-cu ilin sonlarında Toğrul Nərimanbəyovun atası Fərman Nərimanbəyov Avropada təhsil almış digər azərbaycanlılar kimi represiyyaya məruz qalır və Sibirin Marinski şəhərinə sürgün edilir. Daha sonra anası da həbs edilərək sürgün edilir. Toğrul Nərimanbəyov bir müddət anası ilə birgə həbsdə yaşayır. Daha sonra məktəbə başlayır və səhərlər dərsə gedib axşam yenidən həbsxanaya qayıdaraq çətin şəraitdə təhsil alır.[2] 1941-ci ildə Fransa Almaniya tərəfindən işğal olunarkən Toğrul Nərimanbəyovun anası İrma xanımın qarşısına Fransa vətəndaşlığından çıxması əks halda sürgün edilməsi şərti qoyulsa da o vətəndaşlıqdan çıxmayaraq əvvəlcə Qostanaya daha sonra Səmərqəndə sürgünə göndərilir. Valideynləri həbsdə olduğu bu illərdə Toğrul və qardaşına Polyak əsilli dayələri Anna Andreyevna baxır. Əsərdə rol modeli məhz Anna Andreyevnadır.[3]
Bu, qara və mavi fonda rəsmin mərkəzində öndən təsvir edilmiş ağ saçlı və üzündə qırışlar olan yaşlı qadının frontal portretidir. Fiqurun iri gözləri və yuvarlaq siması var, baxışları ifadəlidir və gözləri bir az aşağı çevrilmişdir. Əsər çox az rəng ilə təsvir edilmiş və mavi və qara çalarları ilə tamamlanmışdır.[4]
Rus sənət tarixçisi Qriqori Anisimovun bu əsəri şərh edərkən yazır:
Qadının baxışları harasa uzaq bir yerə zillənib, bəlkə də o öz çətin olan keçmişi haqqında düşünür. Amma bu qürurlu sima xeyirxah işıqla işıqlanındırılıb, uşaq etibarlı bu yumşaq baxışlı simanı bir dəfə görüb ömürlük yadda saxlamaq olar. |
Anisimov qeyd edir ki, Nərimanbəyov bu əsərində abstrakt humanizmdən uzaq, real və romantik obrazı təsvir edir. Bu şəkildə həm də rəssamın mövqeyi aydın şəkildə ortaya çıxıb.[1]
Rəsmin müəllifi Toğrul Nərimanbəyov əsəri haqqında bunları deyirdi:[1]
İş zamanı modelin xarakterik cizgiləri arxa plana keçdi, mən psixoloji xüsusiyyətlərin, insanın daxili dünyasının inandırıcı təfsirini göstərməyi vacib bilirdim. Mən qarşıma qoyduğum məqsədəuyğun olan dəqiq rənglər quruluşunu tapmaq istəyirdim. Mən rəsmin bütün aparıcı fikrini tabe edəcək və işin başlanğıcı olacaq böyük bir kompoziysiya axtarırdım. Bu fikir isə Ananın lirikanın və dünya faciəsinin mərkəzi olmasıdır. Mən onda insanlığın qəliz bioqrafiyasını hiss edirəm. Yalnız qəliz deyil həm də yüksəkdir. Ana dünyadakı bütün xeyirxahlıqların simvoludur. Bəlkə də bu çox şişirdilmiş deyimdir lakin və öz ideyamı daha dəqiq başa salmaq istəyirdim. |