Həyat naminə (rəsm əsəri)

Həyat naminə — azərbaycanlı rəssam Toğrul Nərimanbəyovun 1965-ci ildə çəkdiyi rəsm əsəri.

Həyat naminə
Rəssam Toğrul Nərimanbəyov
Tarixi 1965
Materialı Kətan, yağlı boya

Azərbaycanlı rəssam Toğrul Nərimanbəyovun 1963-1965-ci[1] illərdə çəkdiyi müharibəyə qarşı, soyuq və sərt rəsm əsəri.[2] Şəkildə həbs düşərgəsindən uşağı çıxarmaq üçün öz bədənləri ilə tikanlı məftilləri qoparan əsirlər təsvir olunub. 1965-ci ildə bu rəsm əsəri Bakıda keçirilmiş "Sülhün keşiyində" respublika bədii incəsənət sərgisində nümayiş etdirilmişdir.[3]

Nərimanbəyov bu əsərində insanların xoşbəxtliyi üçün canından keçmək qətiyyətini özündə göstərən fədakar igidlik mövzusunu davam etdirir.[4] Həm də qeyd olunur ki həm tutumuna həm də rəsmin koloritinə görə alleqorik məzmun daşıyan bu əsər faşizm qurbanlarını da yad edir.[5]

Qriqoriy Anisimov yazır ki, rəsm əsərində həyəcanlı qəhrəmanlıq melodiyası səslənir. Və bu əsərdə Meksika monumentalistlərin təcrübəsi hiss olunur. Anisimov isə qeyd edir ki, bu rəsm əsərinin pafosu inqilabi romantikanın pafosudur.

  1. Nurəddin Həbibov, Cəmilə Novruzova. Изобразительное искусство Азербайджанской ССР. Moskva: Советский художник. 1978. 252.
  2. Огонёк jurnalı. . 1987. səh. 30.
  3. Rasim Əfəndiyev. Toğrul Nərimanbəyov. Moskva: Советский художник. səh. 19.
  4. Журнал «Культура и жизнь». . 1970.
  5. Nurəddin Həbibov. Искусство Азербайджанской Советской Социалистической Республики. IX. Изобразительное искусство. B.V. Veymarn, L.S.Zinger. 1984. səh. 160.