Göyçay bağlarında (rəsm əsəri)

Göyçay bağlarında — azərbaycanlı rəssam Toğrul Nərimanbəyovun 1965–1966-cı illərdə çəkdiyi rəsm əsəri.[1] [2]

Göyçay bağlarında
Rəssam Toğrul Nərimanbəyov
Tarixi 1965
Materialı Kətan, yağlı boya
Saxlanıldığı yer Azərbaycan Mədəniyyət Nazirliyi

Toğrul Nərimanbəyovun çəkdiyi Göyçay bağlarında rəsm əsərində xalçanın üzərinə sallanmış nar ağacının meyvəli budaqları təsvir olunub. Sağ aşağı küncdə isə vedrə çəkilib. Sonradan bu əsər Azərbaycan SSR Mədəniyyət Nazirliyinin mülkiyyətinə keçib. Bu şəkildən həm də Böyük Sovet Ensiklopediyasında Toğrul Nərimanbəyov haqqında yazılmış məqalədə də illustrasiya kimi istifadə olunub.[1]

Aleksandr Kamenskiy yazır ki, bu rəsm əsəri peyzaj və ya natürmort adlandırıla bilməz çünki burada açıq qeyd olunmuş məkan, təbiət alət dünyasının elementar proporsional əlaqələri yoxdur. O qeyd edir ki, kompozisiya şaquli oxa uyğun olaraq ən azad və qəribə bir şəkildə ayrı ayrı detalları, meyvələri, çiçəkləri, budaqları, səhəngi, xalçanı özündə birləşdirir. Kamenski həm də qeyd edir ki, şəkildə nə birbaşa nə də geri prespektiv yoxdur cisimlər şəklin tam mərkəzində möhkəmlənib və künclərə doğru kiçilir.[3]

Yazıçı Lyudmila Bubnova bu rəsm əsəri haqqında yazırdı:[4]

" Və nəhayət "Göyçay bağlarında" — genişlik, cəsarət, böyük bir daxili güclə rəssm yolu ilə danışmaq qabiliyyəti. Və bu güc özünə hər şeyi tabe edirdi, çəkmək istədiyi hər şeyi istəyir bu peyzaj olsun ya da natürmort. "
  1. 1 2 "Нариманбеков Тогрул Фарман оглы" (rus. ). Большая советская энциклопедия azərb. Böyük Sovet Ensiklopediyası‎. 1969–1978. 16 may 2019 tarixində arxivləşdirilib. (#apostrophe_markup)
  2. Nurəddin Həbibov, Cəmilə Novruzova. Изобразительное искусство Азербайджанской ССР. Moskva: Советский художник. 1978. 252.
  3. Aleksandr Kamenskiy. Романтический монтаж. Советский художник. 1989. səh. 294.
  4. Lyudmila Bubnova. Стрела Голявкина. Историческая иллюстрация. 2008. səh. 96.