Nərimanbəyli Fərman bəy Əmir bəy oğlu (1898, Şuşa – 1977, Mingəçevir) — Cümhuriyyət tələbəsi, mühəndis.
Fərman bəy Nərimanbəyli | |
---|---|
Fərman bəy Əmir bəy oğlu Nərimanbəyli | |
Doğum tarixi | |
Doğum yeri | Şuşa, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | |
Vəfat yeri | Mingəçevir, Azərbaycan SSR, SSRİ |
Həyat yoldaşı | İrma Lyarude |
Uşaqları | Vidadi, Toğrul |
Fəaliyyəti | mühəndis |
Fərman bəy Nərimanbəyli 1898-ci ildə Şuşa şəhərində dünyaya gəlmişdir. Orta təhsil aldıqdan sonra 1920-ci ilin yanvarında ADR hökuməti onu Fransaya ali təhsil almağa göndərmişdir. Kann şəhərindəki Politexnik Universitetini bitirdikdən sonra Azərbaycana dönmüşdür. İxtisasca energetik idi. Azərbaycan Dövlət Plan Komitəsində elektrikləşdirmə bölməsinin rəisi işləmişdir. 1937-ci ildə həbs olunmuş və sürgünə göndərilmişdir. Sürgündən qayıtdıqdan sonra Mingəçevirdə yaşamış və işləmiş, 1977-ci ildə orada vəfat etmişdir.
Fərman bəy Fransada oxuyarkən fransız qızı İrma Lyarude ilə ailə həyatı qurmuşdur. Vidadi və Toğrul adlı oğulları var.