Yaylaqda (rəsm əsəri)

Yaylaqda — azərbaycanlı rəssam Toğrul Nərimanbəyovun 1966-cı ildə çəkdiyi rəsm əsəri.[1]

Yaylaqda
Rəssam Toğrul Nərimanbəyov
Tarixi 1966
Materialı Kətan, yağlı boya

Toğrul Nərimanbəyovun 1966-1967-ci illərdə çəkdiyi Yaylaqda rəsm əsərində rəssam yaylağı təsvir edib. Rəsm əsərinin mərkəzində xalçanın üzərində iki qadın əyləşib, onlardan arxada isə yüklənmiş arabalar, ön planda isə qoyunla birlikdə papaqlı oğlan təsvir edilib.

Nurəddin Həbibov qeyd edir ki, Nərimanbəyov özünün bu əsərində digər rəsmlərində olduğu kimi rənglərin ən yüksək emosionallığına çatıb.[2] Sənətşünas İvan Qorin yazır ki, bu rəsm əsərində fırça burulur, şişir hərəkət edir, mübarizə aparır həyatın mübarizə nəticəsində güclü olduğunu təsdiq edir. Cisimlər elastik rənglər isə şəndir.[3]

  1. Nurəddin Həbibov, Cəmilə Novruzova. Изобразительное искусство Азербайджанской ССР. Moskva: Советский художник. 1978. 252.
  2. Nurəddin Həbibov. Искусство Азербайджанской Советской Социалистической Республики. IX. Изобразительное искусство. 1984. səh. 160.
  3. İvan Qorin. Образ современника в советской жанровой живописи. Советский художник. 1969. səh. 129.