Artsax Cumhuriyəti

Qondarma Dağlıq Qarabağ Respublikası (erm. Լեռնային Ղարաբաղի Հանրապետություն, translit. Lernayin Ğarabaği Hanrapetut’yun) və ya rejimin özünü adlandırdığı kimi Artsax Respublikası (erm. Արցախի Հանրապետություն) — Beynəlxalq hüquqa əsasən Azərbaycan Respublikasına aid, Cənubi Qafqazda dənizə çıxışı olmayanErmənistan Respublikası, Rusiya Federasiyası və Erməni Diasporunun hərbi, siyasi və maliyyə dəstəyi ilə qurulmuş, BMT-yə üzv olan heç bir dövlət tərəfindən müstəqilliyi tanınmayan keçmiş dövlət.[6] 1991–2024-cü illər arasında tanınmamış respublika keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin bəzi hissələrinə, o cümlədən mərkəz Xankəndinə nəzarət edirdi. Onun Ermənistana yeganə quru yolu eni 5 km olan Laçın dəhlizindən keçirdi.

tanınmayan
Qondarma Dağlıq Qarabağ Respublikası
erm. Արցախի Հանրապետություն[1]
Bayraq Gerb
Bayraq Gerb
Qondarma Dağlıq Qarabağ Respublikası himni

Paytaxt Xankəndi
Rəsmi dilləri
Valyuta Dağlıq Qarabağ dramı, Ermənistan dramı
Ərazisi
Əhalisi
  • 146.600 nəf. (2012)[5]
İdarəetmə forması respublika
Prezident
 • 1994-1997 Robert Köçəryan (ilk)
 • 2023-2023 Samvel Şahramanyan (son)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Rəsmi olaraq 10 noyabr 2020-ci ildə üçtərəfli atəşkəs bəyannaməsinə əsasən böyük hissəsində Azərbaycan Respublikası suveren nəzarəti bərpa etmişdir, bir hissəsinə isə Rusiya sülhməramlı qüvvələri nəzarət edir.

28 sentyabr 2023-cü ildə qondarma respublikanın "prezidenti" Samvel Şahramanyanın imzaladığı fərmana əsasən, 1 yanvar 2024-cü ildən etibarən idarə fəaliyyətində olan bütün dövlət qurumları və təşkilatları ləğv edilir və qondarma rejim fəaliyyətini dayandırır.

Qondarma rejimin elanı

[redaktə | mənbəni redaktə et]

10 dekabr 1991-ci ildə azərbaycanlıların boykot etdiyi və yalnız ermənilərin qatıldığı referendum nəticəsinə görə "müstəqillik qərarı" alınmış və 6 yanvar 1992-ci ildə də "müstəqillik" rəsmən elan edilmişdir. Lakin Ermənistan Respublikası daxil, heç bir ölkə və ya beynəlxalq qurum qondarma rejimin müstəqilliyini tanımamışdır.

Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilər BMT-də daxil olmaqla, bütün dünya dövlətləri tərəfindən Azərbaycanın ərazisi kimi tanınmışdır.

İnzibati bölgü

[redaktə | mənbəni redaktə et]
DQR və ətraf ərazilərin xəritəsi. Qırmızı sərhədlərlə əhatə olunmuş ərazi, 1994-cü ildən 2020-ci ilədək Dağlıq Qarabağ Respublikasının nəzarətində olan ərazilərə uyğundur. Sarı bölgələr keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinə (DQMV) uyğundur, yaşıl zolaqlı bölgələr işğal edilmiş yeddi Azərbaycan rayonudur, lakin İkinci Qarabağ müharibəsinə qədər DQR tərəfindən idarə edilirdi.

Hal-hazırda "paytaxt" Xankəndi ilə yanaşı 2020-ci ilə qədər Əsgəran, Hadrut, Ağdərə, Xocavənd, Şuşa bölgələrinə bölünmüşdür. Qondarma rejimin ən böyük şəhəri Xankəndidir. Qondarma Dağlıq Qarabağ Respublikasının ərazisində yerləşən inzibati bölgələr: 1.Ağdərə; 2.Əsgəran; 3.Xocavənd; 4.Hadrut; 5.Şuşa.
Xəritədə Xankəndi göstərilməmişdir.

Qondarma Dağlıq Qarabağ Respublikası[7] Azərbaycan Respublikası SSRİ dövründə
Mərzlər Şəhər / Qəsəbə Rayon Şəhər / Qəsəbə Dağlıq Qarabağ Muxtar Vilayətinin
1 Əsgəran Əsgəran (qəsəbə) Xocalı içində
2 Hadrut Hadrut (qəsəbə) Cənubi Xocavənd qismən içində
3 Ağdərə Ağdərə qismən içində
4 Xocavənd Xocavənd Şimali Xocavənd, Ağdamın bir hissəsi qismən içində
5 Şuşa Şuşa Şuşa (rayon) Şuşa içində
6 Xankəndi Xocalı Xankəndi içində

1988–1994-cü illər ərzində Qarabağda azərbaycanlı yerli əhaliyə qarşı davam edən etnik təmizləmə prosesi nəticəsində 2020-yə qədər rejimin nəzarətetdiyi ərazilərdə bir nəfər də azərbaycanlı yaşamırdı.[8] Bu da bu regionda azərbaycanlılara qarşı aparılan etnik təmizləmə prosesinin ən bariz sübutudur.

2001-ci ildə Qondarma rejimin hesabatlarına görə ölkə nüfuzunun 95 faizi erməni, digər etnik qruplar isə süryanilər, rumlarkürdlərdir.[8] mart 2007-ci il tarixində yerli hakimiyyət əhalinin 138.000 olduğunu bildirmişdir. Ölkədə illik doğum sayının 2200–2300 aralarında olduğu, 1999-cu ilə görə təxminən 1500 nəfərlik artım olduğu elan edilmişdir.[9]

2021-ci ildə isə bu rəqəm 120 000 nəfər açıqlansa da bu say mübahisəlidir.[10]

İl Sayı
2006 137.700 [5]
2007 138.800 [5]
İl Sayı
2008 139.900 [5]
2009 141.400 [5]
İl Sayı
2010 143.600 [5]
2011 144.700 [5]
İl Sayı
2012 146.600 [5]

Separatçı qurum xaricdən maliyyə yardımları edilməsinə möhtac olduğu üçün onnu ərazisində uzun müddət ağır nəqliyyat problemi olmuşdur. Lakin xaricdə yaşayan ermənilərin fondu olan Hayastan All-Armenian Foundation nəqliyyat probleminin həlli üçün 25 milyon dollar yardım etmişdir. Bu vəsait hesabına Hadrut-Xankəndi-Əsgəran-Ağdərə avtomobil yolu çəkilmişdir. Bu yolun uzunluğu 169 kilometrdir.[11]Lakin 2020-ci ildə bu yolun bir hissəsi Azərbaycanın nəzarətinə keçmişdir.

Beynəlxalq arenada vəziyyəti

[redaktə | mənbəni redaktə et]

Qondarma Dağlıq Qarabağ Respublikası, onun yaradılmasında birbaşa iştirak edən və hal-hazırda rəhbərləri, Qarabağdakı separatçı hərəkatın vaxtilə öndə gedən şəxsləri olmasına baxmayaraq Ermənistan Respublikası daxil heç bir dövlət tərəfindən tanınmamışdır. BMT-yə üzv olan heç bir dövlət tərəfindən tanınmayan qondarma rejimi yalnız onun özü kimi bəzi tanınmamış separatçı rejimlər tanımışdır.

Bütün bu torpaqlar dünya birliyi tərəfindən Azərbaycanın ərazisi kimi tanınır. Lakin bütün bunlara baxmayaraq dünya birliyi Azərbaycanın ərazi bütövlüyünün pozulmasına və ərazisində qonşu dövlətin (Ermənistan Respublikası) iştirak ilə terrorçu rejimin yaradılmasına göz yumurdu. Buna baxmayaraq, Azərbaycan 2020-ci ildə bu işğala son qoyaraq torpaqlarının böyük əksəriyyətini azad etdi. Qalan hissəsinə isə müvəqqəti olaraq Rusiya Sülhməramlı Kontingenti yerləşdirildi. Amma buna baxmayaraq, bu ərazilərdə hələ də erməni terrorçuları var idi.

19–20 sentyabr 2023-cü il, Azərbaycanın həyata keçirdiyi antiterror əməliyyatları nəticəsində, erməni terrorçuları "ağ bayraq" qaldıraraq Qarabağ ərazilərindən tam şəkildə tərksilah olmağa razı oldu.

28 sentyabr 2023-cü ildə, qondarma respublikanın "prezidenti" Samvel Şahramanyanın imzaladığı fərmana əsasən, 1 yanvar 2024-cü ildən etibarən idarə fəaliyyətində olan bütün dövlət qurumları və təşkilatları ləğv edilir və qondarma rejim fəaliyyətini dayandırır. Ancaq Azərbaycan Silahlı Qüvvələri 4 oktyabr 2023-cü ildə Xankəndiyə girərək Bako SaakyanArayik Harutyunyan olmaq üzrə qondarma rejimin üst səvviyəli şəxsləri saxladı. Azərbaycan ərazi bütövlüyünü tam bərpa etti və ermənilər bölgədə hakimiyyətini itirdi.

2020-ci il Dağlıq Qarabağ atəşkəs razılaşmasının xəritəsi.
  1. https://web.archive.org/web/20110526142019/http://www.nkr.am/hy/constitution/9/.
  2. https://www.lemonde.fr/international/article/2023/09/28/la-republique-separatiste-du-haut-karabakh-va-s-autodissoudre_6191377_3210.html.
  3. https://lenta.ru/news/2021/03/25/nkr/.
  4. https://www.kavkaz-uzel.eu/blogs/83781/posts/45972.
  5. 1 2 3 4 5 6 7 8 http://stat-nkr.am/files/publications/joxovrdagrakan_2012.pdf.
  6. C. Маркедонов. "СНГ-2. Феномен непризнанных государств на постсоветском пространстве". По материалам Информационно-аналитического бюллетеня «ЕвроАзия». М., 2006 г., август. Кафедра стран постсоветского зарубежья РГГУ. 2012-05-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-10-10.
  7. "2005 nüfus sayımı sonuçları" (PDF). 2009-03-06 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2018-05-22.
  8. 1 2 "Country Overview". 2012-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-01.
  9. "К сожалению, запрошенная Вами страница не найдена". 2015-04-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-06-01.
  10. "Qarabağ iqtisadi rayonunda 120 min erməni yaşayır? - FAKTLAR". 2022-12-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-16.
  11. ""The Backbone of Karabakh"". 2014-05-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-06-01.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]