Qondarma Dağlıq Qarabağ Respublikası — heç bir ölkə tərəfindən tanınmayan Qondarma Dağlıq Qarabağ Respublikasının bayrağı. Bayrağın iki kənarından başlayaraq və həmin tərəfdən məsafənin üçdə birinə bərabər nöqtədə birləşən, ağ rəngli, beşdişli, pilləli xalça naxışının əlavə olunduğu Ermənistan bayrağından hazırlanmış bayraq 2 iyul 1992-ci ildə qəbul edilmişdir.[1] DQR 2017-ci ildə keçirilən referendumdan sonra adı dəyişdirilərək Artsax Respublikası adlandırılıb və bayrağı özündə saxlayıb.[2]
Qondarma Dağlıq Qarabağ Respublikası bayrağı | |
---|---|
Təfərrüatlar | |
Proporsiya | 1:2 |
Vikianbarda əlaqəli mediafayllar |
Bayraq üç üfüqi və bərabər uzunluqlu zolaqdan ibarət düzbucaqlıdır. Sağ tərəfində ağ rəngli beşbucaqlı pilləli xalça naxışı var.[3][4] Naxış bayrağın üçdə bir hissəsini tutur. Bayrağın nisbəti 1:2-dir.[1][5] 2 iyun 1992-ci ildə qəbul edilib.
Rənglərin simvolizmi belədir:
Ənənəvi erməni xalçalarının ornamentlərini və naxışlarını xatırladan ağ rəngli ziqzaq naxışını əks etdirir. Ermənistan bayrağı əsasında dizayn edilmişdir.[7] Rənglərin ayrılması və eskiz ideyası DQR Ali Sovetinin birinci rəhbəri Artur Mkrtçyandan gəlib.[8] Bayrağın dizaynı Suriyada doğulmuş erməni əsilli amerikalı tanınmış rəssam Vahe Fattala məxsusdur.[9] Dizaynına görə o, 1993-cü ildə DQR Ali Soveti tərəfindən Xankəndiyə dəvət olunub.[10]
DQR Ali Sovetinin 26 yanvar 1993-cü il tarixli fərmanı ilə DQR-in gerbi, bayrağı və himni təsdiq edilmişdir. Bayraq DQR Konstitusiyasında da təsbit edilib və 2006-cı il dekabrın 10-da keçirilmiş ümumxalq səsverməsində qəbul edilib. "DQR-in bayrağı, gerbi və himni haqqında" qanun 27 noyabr 2008-ci ildə qəbul edilib. 2017-ci il DQR Konstitusiyasında bayrağın təsvirində kiçik dəyişikliklər edilib.[11]