Atabəy Şahmur oğlu Cahangirov (7 iyul 1951, Novruzlu, Saatlı rayonu – 5 fevral 2022) — Azərbaycan ictimai-siyasi xadimi, Saatlı Rayon İcra Hakimiyyətinin başçısı (1991–1992), Saatlı Rayon Sovetinin sədri (1991), Azərbaycan Kommunist Partiyası Saatlı Rayon Komitəsinin birinci katibi (1987–1991).
Atabəy Cahangirov | |
---|---|
oktyabr 1991 – 28 iyul 1992 | |
Əvvəlki | vəzifə təsis edilib |
Sonrakı | Mikayıl Hümbətov |
sentyabr 1991 – oktyabr 1991 | |
1987 – sentyabr 1991 | |
Əvvəlki | Almas Hacıyeva |
Sonrakı | vəzifə ləğv edilib |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 7 iyul 1951 |
Doğum yeri | |
Vəfat tarixi | 5 fevral 2022 (70 yaşında) |
Təhsili |
Atabəy Şahmur oğlu Cahangirov 7 iyul 1951-ci ildə Saatlı rayonunun Novruzlu kəndində anadan olmuşdur. Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirmiş, əmək fəaliyyətinə 1970-ci ildə Nəriman Nərimanov adına kolxozda aqronom kimi başlamışdır. Bu vəzifədə 1975-ci ilə qədər işləmiş, eyni zamanda kolxozun ilk komsomol təşkilatının katibi olmuşdur. Azərbaycan LKGİ Saatlı Rayon Komitəsinin ikinci, sonra isə birinci katibi vəzifələrinə seçilmişdir.[1]
Atabəy Cahangirov 1975–1981-ci illərdə Azərbaycan LKGİ Saatlı Rayon Komitəsində işləmişdir. 1981–1987-ci illərdə Azərbaycan Kommunist Partiyası Saatlı Rayon Komitəsinin katibi olmuş, 1987-ci ildə həmin komitənin birinci katibi seçilmişdir. Saatlı Rayon Sovetinin sədri olmuş, Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmışdır.[1] 28 iyul 1992-ci ildə vəzifəsindən azad edilmişdir.[2]
Atabəy Cahangirov Azərbaycan Ali Sovetinin XII çağırış deputatı seçilmiş, Ekologiya və təbii ehtiyatlardan istifadə olunmasına nəzarət komissiyasının, sonra isə Milli siyasət və millətlərarası münasibət məsələləri komissiyasının üzvü olmuşdur.[3]
Atabəy Cahangirov 5 fevral 2022-ci ildə vəfat etmişdir. Kardioloq Tofiq Cahangirovun qardaşı idi.[1]