Nazim Mehdi oğlu İsmayılov (24 iyul1952, Kürdşaban, Göyçay rayonu) — siyasətçi, Göyçay, Şamaxı, Sabirabad və Saatlı rayonlarının keçmiş İcra Hakimiyyətinin başçısı. Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvüdür.
Nazim İsmayılov 24 iyul 1952-ci ildə Göyçay rayonu Kürdşaban kəndində anadan olub. 1974-cü ildə Azərbaycan Neft və Kimya İnstitutunu, 1991-ci ildə isə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirmişdir. İxtisasca istilik energetik mühəndisi və politoloqdur.[3]Ailəlidir, 3 övladı, 6 nəvəsi vardır.
Əmək fəaliyyətinə 1974-cü ildə "Sumqayıtkimyasənaye" İstehsalat Birliyi Oktyabr inqilabının 50 illiyi adına üzvü məhsullar zavodunda mühəndis kimi başlayıb.[4]
1977–1980-ci illərdə Göyçay Birləşmiş Qazanxana və İstilik Şəbəkələri idarəsində usta və direktor[5]
1980–1981-ci illərdə Göyçay rayonu Partiya Komitəsində təlimatçı, şöbə müdiri.
1981–1989-cu illərdə Göyçay rayonu Xalq Nəzarəti Komitəsinin sədri.[6]
1989–1990-cı illərdə Göyçay rayonu Partiya Komitəsinin katibi.
1990–1991-ci illərdə Göyçay rayonu Xalq Deputatları Sovetinin sədr müavini.
1991–1992-ci illərdə Göyçay rayonu İcra Hakimiyyəti başçısının birinci müavini.
1992–1994-cü illərdə Göyçay rayonu Xalq Deputatları Sovetinin sədr müavini.
1994–2001-ci illərdə Göyçay rayonu İcra Hakimiyyəti başçısının birinci müavini.
2001–2006-cı illərdə Göyçay rayonu İcra Hakimiyyətinin başçısı.[7],
2006–2011-ci illərdə Şamaxı rayonu İcra Hakimiyyətinin başçısı[8]
2011–2019-cu illərdə Sabirabad rayonu İcra Hakimiyyətinin başçısı.
2019–2020-ci illərdə Saatlı rayonu İcra Hakimiyyətinin başçısı.[4]
Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvüdür.
Qeyd 1: Saatlı rayonu 25 may 1943-cü ildə təşkil olunmuşdur. 4 yanvar 1963-cü ildə Saatlı rayonu ləğv edilərək Sabirabad rayonuna birləşdirilmiş, 6 yanvar 1965-ci ildə isə yenidən müstəqil Saatlı rayonu təşkil olunmuşdur. Qeyd 2: Xalq Deputatları Soveti 1977-ci ilədək Zəhmətkeş Deputatları Soveti adlanmışdır.
Qeyd 1: Saatlı rayonu 8 avuqst 1930-cu ildə Petropavlovka rayonu adı ilə təşkil olunmuşdur. 7 oktyabr 1931-ci ildə Petropavlovka rayonu şair Mirzə Ələkbər Sabirin şərəfinə Sabirabad rayonu adlandırılmışdır. 4 yanvar 1963-cü ildə Saatlı rayonu ləğv edilərək Sabirabad rayonuna birləşdirilmiş, 6 yanvar 1965-ci ildə isə yenidən müstəqil Saatlı rayonu təşkil olunmuşdur. Qeyd 2: Xalq Deputatları Soveti 1977-ci ilədək Zəhmətkeş Deputatları Soveti adlanmışdır.
Qeyd 1: Şamaxı rayonu 8 avqust 1930-cu ildə təşkil olunmuşdur. 4 dekabr 1959-cu ildə Mərəzə rayonu ləğv edilmiş, ərazisi isə Şamaxı rayonuna birləşdirilmişdir. 24 aprel 1990-cı ildə müstəqil Qobustan rayonu təşkil edilmişdir. Qeyd 2: Xalq Deputatları Soveti 1977-ci ilədək Zəhmətkeş Deputatları Soveti adlanmışdır.