Avstriya irsi uğrunda müharibə (alm. Österreichischer Erbfolgekrieg) — Avropa dövlətlərinin 1740–1748-ci illərdə Avstriya irsi üstündə apardığı müharibə.
Avstriya irsi uğrunda müharibə | |||
---|---|---|---|
| |||
Tarix | 16 dekabr 1740 – 18 oktyabr 1748 | ||
Yeri | |||
Səbəbi | Mariya Terezanın taxta çıxması ilə Praqmatik sanksiyanın rəddi | ||
Nəticəsi | Axen sülhü | ||
Ərazi dəyişikliyi | |||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
Ümumi itkilər | |||
|
|||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
İmperator VI Karl və əksər Avropa dövlətləri tərəfindən 1713-cü ildə qəbul edilmiş Praqmatik sanksiyaya görə, Avstriya Habsburqlarının geniş torpaqları (Avstriya, Çexiya, Macarıstan, Cənubi Niderland, habelə İtaliyadakı torpaqlar) VI Karlın qızı Mariya Terezanın ixtiyarına keçməli idi, ancaq Karlın ölümündən sonra Fransa tərəfindən müdafiə olunan Prussiya, Saksoniya, İspaniya Mariya Terezanın varislik hüququnu tanımaqdan imtina etmişdir.[7]
Avstriya torpaqlarını bölüşdürmək uğrunda Fransanın kömək etdiyi Prussiya, Bavariya, Saksoniya, İspaniya və Sardiniyadan ibarət koalisiya Britaniya, Hollandiya və sonralar Rusiya tərəfindən də müdafiə olunan Avstriyaya qarşı müharibəyə başlamışdır. Hərbi əməliyyatlar Avropa, Amerika və Hindistanda aparılırdı. Rusiya ordusunun Reynə çıxmasından qorxan Fransa sülh danışıqlarına razılıq vermişdir. Müharibə 1748-ci ildə imzalanmış Axen sülhü ilə başa çatmışdır. Beləliklə, Habsburqlar ərazilərinin böyük hissəsini əldə saxlamışdır (Mariya Terezanın varislik hüququ tanındı), lakin Sileziyanın çox hissəsi Prussiyaya verilmiş və İtaliyadakı torpaqların bir hissəsi itirilmişdi (bu torpaqlar İspaniyaya qaytarılmışdır). Sülh Avropa dövlətləri arasındakı ziddiyyətləri həll etmədi. Avstriya irsi uğrunda müharibə ilə Yeddiillik müharibə araasında ancaq qısa fasilə olmuşdur.[7]