Avstriyalı Eleonora

Avstriyalı Eleonora (ing. Eleanor of Austria; fr. Éléonore d'Autriche) (15 noyabr 1498[1], Leuven18 fevral 1558[1]) — Avstriya hersoqinasıKastilya vəliəhdi, fərqli zamanlarda PortuqaliyaFransa kraliçası. Kastilya kraliçası Yuannanın qızı olması səbəbilə bəzi mənbələrdə Kastilyalı Eleonora olaraq da anılır.

Avstriyalı Eleonora
alm. Eleonore von Kastilien
port. Leonor de Austria
16 iyul 1518 – 13 dekabr 1521
ƏvvəlkiAraqonlu Mariya
SonrakıAvstriyalı Ketrin
4 iyul 1530 – 31 mart 1547
ƏvvəlkiFransalı Klod
SonrakıYekaterina Mediçi
Şəxsi məlumatlar
Doğum tarixi 15 noyabr 1498[1]
Doğum yeri
Vəfat tarixi 18 fevral 1558[1] (59 yaşında)
Vəfat səbəbi bronxial astma
Fəaliyyəti siyasətçi
Atası I Filip (Kastiliya kralı)[2][3]
Anası Kastiliyalı I Yuanna[2][3]
Həyat yoldaşları
Uşağı Portuqaliyalı Mariya
Ailəsi Habsburqlar sülaləsi
Dini Roma-Katolik kilsəsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Eleonora 1498-ci ildə Kastilya kraliçası YuannaKastiliyalı Filipin ilk övladı olaraq Belçikanın Löven şəhərində dünyaya gəldi. Anası Yuanna katolik monarxlar — Araqonlu FerdinandKastilyalı İzabellanın qızı, atası Filip isə Müqəddəs Roma imperatoru I MaksimilyanBurqonlu Mariyanın yeganə oğlu idi. Anası əqli cəhətdən zəif idi və bu səbəblə öncə atası, daha sonra isə əri tərəfindən dövlət idarəsindən uzaqlaşdırılmışdı. 1506-cı ilin sentyabrında atasının vəfatından sonra Eleonora bibisi Marqaritanın Antverpendəki sarayında yaşamağa davam etdi.

Uşaq yaşlarında Eleonora İngiltərə kralının böyük oğlu və gələcəkdə İngiltərə kralı olan Henriylə nişanlandı. Ancaq çox keçmədən kral vəfat etdi. VIII Henri adıyla İngiltərə taxtına çıxan varis Eleonorayla olan nişanını pozaraq onun xalası və qardaşı Artur Tüdorun dul xanımı Araqonlu Ketrinlə evləndi. Nişanın pozulmasının ardından bibisi Eleonoranı Fransa kralı XII Lüdovik və ya Polşa kralı I Sigismundla evləndirilməyi planlaşdırdı. Ancaq bu evlilik planlarının heç biri baş tutmadı.

1517-ci ildə Eleonora və elektor II Fridrix arasında məhəbbət şayələri yayılmağa başladı. O əsnada babası Araqonlu Ferdinand vəfat etmiş, yerinə Eleonoranın qardaşı Karl İspaniya kralı olaraq hakimiyyəti ələ almışdı. V Karl öncə elektoru saraydan qovdu və daha sonra bacısını da alaraq İspaniyaya qayıtdı.

İlk evliliyi — Portuqaliya kraliçası

[redaktə | mənbəni redaktə et]

Eleonora 1518-ci ildə Portuqaliya kralı I Manuellə evləndirildi. I Manuel bundan öncə Eleonoranın 2 xalası ilə — Araqonlu İzabellaMariya ilə evlənmişdi. Əslində Eleonoranın kralın vəliəhdi və xalası oğlu olan Conla evləndirilməsi müzakirə edilsə də, bu bir nəticə vermədi. Cütlüyün toy mərasimi 16 iyul 1518-ci ildə baş tutdu və bu nigahdan 2 övladları — İnfant Karl və İnfanta Mariya dünyaya gəldi. İlk övladları yalnız 1 yaşında vəfat etdi. Qızının doğumundan 6 ay sonra isə əri I Manuel vəba epidemiyasında vəfat etdi və Eleonora dul Portuqaliya kraliçası olaraq qızını da alıb İspaniyaya geri döndü. Portuqaliya taxtına əyləşən ögey oğlu (keçmiş nişanlısı və xalası oğlu) III Conla kiçik bacısı Ketrin evləndirildi.

1523-cü ilin iyulunda Eleonora Fransaya qarşı ittifaq qurmaq məqsədilə Burbon hersoqu III Karlla nişanlandırıldı. Ancaq bu evlilik baş tutmadı. 1526-cı ildə isə o əsnada İspaniyada əsir tutulan Fransa kralı I Fransisklə nişanlandı.

İkinci evliliyi — Fransa kraliçası

[redaktə | mənbəni redaktə et]

1529-cu ildə tərəflər arasında baş tutan sülh sazişinə əsasən cütlüyün evlənməsinə qərar verildi. Eleonora qızını Portuqaliyaya göndərərək Fransa kralının o əsnada əsir tutulan oğulları ilə birlikdə İspaniyadan yola düşdü və 28 il boyunca qızını görə bilmədi. Sərhəd bölgəsində kral tərəfindən qarşılandı və burada 4 iyul 1530-cu ildə toy mərasimi baş tutdu. Eleonoranın tacqoyma mərasimi isə 31 may 1531-ci ildə Parisdə keçirildi. I Fransisk bu nigaha məcbur edilmişdi və bu səbəblə Eleonoranı özündən daim uzaq tutdu. Üstəlik məşuqələriylə birlikdə icatimai yerlərdə görünməkdən də çəkinmirdi.

Eleonora yalnız rəsmi mərasimlərdə Fransa kraliçası olaraq iştirak edirdi. Ögey oğlu olan Henri ilə Yekaterina Mediçinin 1533-cü ilə baş tutan toy mərasimini təşkil etdi. Bundan başqa ögey qızları MedlinMarqaritanı da öz himayəsinə alaraq yüksək təhsil almalarını təmin etdi. Fransa kraliçası olaraq siyasi gücü olmasa da, Fransa ilə Müqəddəs Roma imperiyası arasında vasitəçi olaraq istifadə edildi. 1538-ci ildə qardaşı V Karlla I Fransiskin sülh görüşündə iştirak etdi. 1544-cü ildə sülh müzakirələri aparmaq məqsədilə V Karl və bacıları Mariya ilə görüşdü. Həmin ilin noyabrında qardaşını ziyarət etmək üüçn Brüsselə getdi.

Ərinin ölümündən 1 il sonra 1548-ci ildə Eleonora dul Fransa kraliçası olaraq ölkəni tərk etdi və Brüsselə qardaşının yanına getdi. 1555-ci ilin oktyabrında qardaşı V Karl taxtdan əl çəkdi və İspaniyaya dönərək kilsəyə qapandı. Eleonora və bacısı Mariya da ertəsi ilin avqustunda qardaşının yanına qayıtdı. İspaniyada Estremadurada qardaşının yaşadığı kilsəyə yaxın bir yerdə yaşayan bacılar tez-tez onu ziyartə etdilər. 1558-ci ildə Eleonora 28 ildir görmədiyi qızı Mariya ilə görüşdü. Görüşün ardından dönüş yolunda vəfat etdi.

  1. 1 2 3 4 Diccionario biográfico español (isp.). Real Academia de la Historia, 2011.
  2. 1 2 3 4 Бутенко В. Элеонора Австрийская (rus.). // Энциклопедический словарь СПб: Брокгауз — Ефрон, 1904. Т. XLа. С. 639.
  3. 1 2 3 4 5 6 Kindred Britain.